Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO Hamam xələtində hovuza girdi - VİDEO Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO
Axtar
 
  • / Maqazin / — 13 Sentyabr 2024

    Nigar çimərlik görüntülərini paylaşdı - VİDEO

  • / Maqazin / — 03 Sentyabr 2024

    Hamam xələtində hovuza girdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Aygün Kazımova görünüşü ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 18 Avqust 2024

    Azərbaycanlı aktrisa iş adamı ilə sevgilidir - FOTO

  • / Maqazin / — 08 Avqust 2024

    Nigar çimərlik geyimində poz verdi - Fotolar

  • / Maqazin / — 28 İyul 2024

    Roza Zərgərli ərə getmək istəyir - VİDEO

Müəllimlərin yerdəyişməsi prosesi “biznes”ə çevrilir? - RƏSMİ CAVAB

Tarix 15.09.24, 11:29

Font ölçüsü : - / +
bitmap-img6


Dünən sosial şəbəkələrdə bəzi şəxslərin müəllimlərin yerdəyişməsi prosesini "biznes"ə çevirməsi, yerdəyişmə üçün "hörmət" edəcəyini bildirməsi ilə bağlı paylaşım edilmişdi.

Modern.az mövzu ilə bağlı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi Elm və Təhsil Nazirliyi tərəfindən, mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə həyata keçirilir:

"Prosesdə iştirak etmək istəyən müəllimlər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında ən az 1 tədris ili müəllim olaraq çalışan və həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan, müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsi olan şəxslər iştirak edə bilərlər. Proses üzrə minimum keçid balı 30 bal olaraq müəyyənləşdirilmişdir. Müəllim bir tədris ili ərzində bir dəfə qarşılıqlı yerdəyişmə etmək hüququna malikdir".

Sonda qeyd edilib ki, mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə həyata keçirilən proses tam ödənişsizdir.



Xəbərin oxunma sayı : 472




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap