“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Müharibədən xatirə kimi gətirdiyi bıçaqla adam öldürdü - Namus cinayətinin TƏFƏRRÜATI

Tarix 05.05.25, 20:49

Font ölçüsü : - / +
bitmap-img6


Qətl törətməkdə təqsirləndirilən qazi hakim qarşısına çıxarılıb. O, həbsdə olan bibisi oğlunun arvadına zəng edən şəxsi öldürüb. Hadisə zamanı istifadə etdiyi bıçağı isə müharibədən xatirə kimi gətiribmiş.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində 25 yaşlı Ələkbər Səmədlinin cinayət işi üzrə məhkəmə araşdırması baş tutub.

Qəsdən adam öldürməkdə və qanunsuz olaraq silah saxlamaqda ittiham edilən Ə.Səmədli 10 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Ələkbər Səmədli Qaradağ rayonunda Rüfət Rüstəmovu qətlə yetirib. Onlar uşaqlıq dostu olublar və bir məhəllədə böyüyüblər.

Təqsirləndirilən Səmədlinin bibisi oğlu narkotik ittihamı ilə həbs edilib. Səmədli bibisi oğlunun xanımının namusunu qorumağı özünə borc bilib. Buna görə də Rüfətin bibisi oğlunun arvadına mesaj yazmasını bilən kimi onunla görüşə gedib.

Səmədli bibisi oğlunun arvadının nömrəsinə zəng gələn zaman telefonu özü açıbmış. O, telefondakı səsdən Rüfəti tanıyıb. Rüfətin işlədiyi sexə gələn Səmədli orada onunla mübahisə edib. Ətrafda olanlar onları sakitləşdirib və aralaşdırıb. Bir neçə dəqiqə sonra onlar aralarındakı söhbəti sonlandırmaq üçün yenidən görüşüblər. Səmədli evdən bıçaq götürərək maşınla Rüfətin yanına gəlib. Onlar maşına əyləşərək qəsəbədən uzaqlaşıblar.

Mübahisə zamanı Səmədli bıçaqla Rüfətə bir neçə zərbə vurub. Səmədli iddia edib ki, Rüfətin də bıçağı olub.

Ələkbər Səmədli Vətən müharibəsində iştirakına görə “Vətən müharibəsi iştirakçısı” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub. Onun ifadəsindən məlum olub ki, Rüfəti vurduğu bıçağı müharibədə əldə edib gətiribmiş. O, bıçağı xatirə olaraq saxladığını deyib.

Hadisə zamanı Səmədli Rüfəti vurandan sonra hadisə yerindən qaçıb. Sonra peşman olaraq geri qayıdıb. Rüfəti xəstəxanaya çatdıranda sağ olub. Həkimlərin müdaxiləsinə baxmayaraq, Rüfətin həyatını xilas etmək mümkün olmayıb.

Məhkəmədə Səmədlinin bibisi oğlunun xanımı da dindirilib. Onun sözlərinə görə, mərhum Rüfət son bir neçə ayda onu narahat edib, zəng edirmiş.

Mərhumun hüquqi varisi, valideyni isə bildirib ki, Rüfətin qətli ilə bağlı səsləndirilən iddia əsassızdır. Onun sözlərinə görə, Səmədli Rüfəti tək qətlə yetirməyib.



Xəbərin oxunma sayı : 1153




Kriminal

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap