Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Möhtəşəm tarixi Qələbənin daha bir təsdiqi

Tarix 29.11.22, 18:33

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci ilnoyabrın 10-da imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də Laçın rayonuna daxil oldu. 

Həmin gün Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu gün qədim Azərbaycan torpağı, ərazi baxımından Azərbaycanın ən böyük rayonlarından biri olan füsunkar təbiətə, zəngin mədəni irsə, tükənməz təbii ehtiyatlara malik Laçının işğaldan azad olunması münasibətilə bütün Azərbaycan xalqını, xüsusən də laçınlıları təbrik etdi.

Laçın rayonunun azad edilməsi Azərbaycan Prezidenti, qalib sərkərdə İlham Əliyevin uzaqgörən, düşünülmüş, düzgün taktika və strategiyasının parlaq nəticəsinin təzahürü kimi qiymətləndirilməlidir. Bu zəfər həm də şanlı Azərbaycan Ordusunun igid, qorxmaz, qəhrəman əsgər və zabitlərinin müqəddəs və doğma torpaqlarımız uğrunda yüksək hərbi peşəkarlıq və tükənməz Vətən sevgisi ilə son damla qanlarına kimi qəhrəmancasına vuruşmalarının əyani təzahürüdür.
1992-ci il mayın 8-də Şuşanın Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilməsindən az
sonra – həmin il mayın 18-də Laçının qaniçən düşmən tərəfindən işğalını xeyli asanlaşdırdı. Nəticədə,
günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovuldu, Laçının tarixi abidələrinə, təbiətinə
böyük ziyan vuruldu. Laçının işğalı Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan
rayonlarının da mənfur düşmən tərəfindən tutulmasına imkan yaratdı.
Ən qədim yaşayış məskənlərindən olan Laçın zəngin və ecazkar təbiəti ilə doğma Vətənimizin
şanlı tarixini qəlbində yaşadan, heç vaxt unudulmaz və həmişə yaddaşımızda əbədi qalan əziz
yurdumuzdur. Eyni zamanda, füsunkar uca dağları, saysız-hesabsız müalicəvi bulaqları, zəngin mineral ehtiyatları ilə məşhur olan Laçın 28 ildən artıq bir müddətdə ermənilər tərəfindən talandı, sərvətlərimiz Ermənistana daşındı. Ermənilər Laçını da tərk edərkən dünya ölkələrinin və onların insanlarının gözləri qarşısında meşələri qırıb taladılar, vəhşicəsinə yandırdılar, ekoloji faciə və fəlakət yaratdılar. Onlar hətta evləri, məktəbləri, tarixi abidələri yandırmaqdan belə çəkinmədilər, bütün maddi-mədəni irsimizi yerlə- yeksan etdilər. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin nüfuzlu beynəlxalq təşkilatların yüksək kürsülərindən Ermənistan dövləti və onu idarə edən kriminal liderləri barədə söylədikləri və dünyanın aparıcı kütləvi-informasiya vasitələrinə verdiyi müsahibələrdə ermənilərin iç üzünü, əsil simasını açıb
dünyaya göstərdi. Dünya xalqları dərk etdilər ki, ermənilər yalnız yalan iddialarla bəşəriyyətə daim fəlakət və bəla gətirən faşist ideologiyasını utanmadan və çəkinmədən yerinə yetirən yeganə ölkə kimi, son dərəcə təhlükəli və qorxulu bir düşməndir. Ermənistanın əsas məqsədi onu dəstəkləyən ölkələrin hesabına yaşamaq və başqalarının qanuni ərazi və torpaqlarına sahib çıxmaqdır.

Rüfər Şahəliyev



Xəbərin oxunma sayı : 352




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap