Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Müsavat Partiyasının üzvünə 25 sutka həbs cəzası verilib - Patiyadan açıqlama

Tarix 14.10.21, 16:12

Font ölçüsü : - / +
bitmap-img6


Müsavat Partiyasının üzvü Rövşən Hüseynov 25 sutka həbs edilib.

Turan-ın məlumatına görə, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəyli bildirib ki, Rövşən Hüseynov oktyabrın 13-də küçədə saxlanılıb və Suraxanı Rayon Polis İdarəsinin 30-cu bölməsinə aparılıb.

Həmin gün Suraxanı Rayon Məhkəməsi onu İnzibati Xətalar Məcəlləsinin 2535.1-ci maddəsi (polisə tabe olmama) ilə təqsirli bilərək həbs edib.

Partiyada fəalın konkret nədə təqsirli sayıldığını bilmirlər. Ona yaxınları ilə əlaqə saxlamağa icazə verməyiblər, vəkil olmadan mühakimə ediblər.

Müsavat Partiyası müdafiə işinə etibarlı vəkil cəlb edəcək və həbsdən apellyasiya verəcək. Partiyada həbsi siyasi motivli hesab edirlər.

Müsavat Partiyasında Hüseynovun həbsini partiyanın yaradılmasının 110 illiyi münasibətilə oktyabrın 11-də Novxanı qəsəbəsində Məhəmməd Əmin Rəsulzadənin abidəsinə yürüş ilə əlaqələndirirlər.

Polis Müsavat Partiyası üzvlərinə maneələr yaradıb, Rövşən Hüseynov isə hüquq-mühafizə orqanlarının hərəkətlərinə kəskin etiraz edib.



Xəbərin oxunma sayı : 526




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap