Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

Maçadonun Nobel Sülh Mükafatı alacağı məlumatı sızdırılıb - Onun qələbəsinə böyük pullar qoyulub

Tarix 10.10.25, 21:07

Font ölçüsü : - / +
bitmap-img6


Nobel Komitəsi Mariya Maçadonun qələbəsinə edilən anormal mərclər barədə xəbərlərdən sonra Nobel Sülh Mükafatı laureatı seçkiləri ilə bağlı mümkün məlumat sızmasını araşdırmaq qərarına gəlib.

Bu barədə "Report" "Aftenposten"ə istinadən xəbər verir.

Məlumata görə, cümə gününə keçən gecə - laureatın adının açıqlanmasından bir gün əvvəl ehtimalları hesablayan "Polymarket" saytında Venesuela müxalifətinin lideri ilə bağlı mərclər kəskin şəkildə artmağa başlayıb.

Belə ki, cümə günü saat 00:40-da Maçadonun qalib gəlmə ehtimalı 3,75 % idisə, saat 02:00-da bu göstərici 72,8 %-ə yüksəlib. Bu, onun qələbəsinə edilən bir neçə böyük mərcdən sonra baş verib, onlardan biri 67 min ABŞ dollarından çox olub.

Cümə günü axşam Nobel İnstitutunun direktoru Kristian Berq Harviken baş verənləri araşdıracaqlarını, lakin laureatın adını neçə nəfərin bildiyini açıqlamayacaqlarını söyləyib.

"Düşünürəm ki, bunun sızma olduğuna əmin olmaq hələ tezdir. Amma biz bunu araşdıracağıq", - Harviken bildirib.

Onun fikrincə, burada söhbət, böyük ehtimalla, "rəqəmsal sızma"dan gedir.

Qeyd edək ki, bu gün Nobel Sülh Mükafatı Komitəsi mükafatı Venesuela parlamentinin keçmiş üzvü və müxalifətçi siyasətçi Maria Korina Maçadoya verib. Mükafata ABŞ Prezidenti Donald Tramp da namizəd olub.



Xəbərin oxunma sayı : 1501




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap