Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Mallar rüsumdan azad edilir, ancaq qiymətlər artır – Səbəb nədir?

Tarix 19.04.23, 23:24

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycana idxal olunan 270 növ müxtəlif mallar 2030-cu il dekabrın 31-dək gömrük rüsumundan azad edilib. Dəyişikliyə qədər idxal rüsumundan azad edilən 203 mal üzrə gömrük dərəcəsi 15, 67 mal üzrə isə 5 faiz təşkil edirdi. Bu siyahıya balıq unu, şəkər əlavələri, siroplar, bəzi bitki toxumları, çörəkçilik məhsulları, heyvan yemləri, yem əlavələri, gübrələr, tropik meyvələr, kağız, karton və sair mallar daxil edilib. Qərar 2024-cü il yanvarın 1-dən qüvvəyə minəcək.

AzFakt.com “Turan”a istinadla xəbər verir ki, Ümumdünya Ticarət Təşkilatının 2021-ci il hesabatına görə, Azərbaycana idxal edilən aqrar məhsullarının 30, qeyri-aqrar məhsullarının isə 26.2 faizindən gömrük rüsumu tutulmur. Həmin ildə Dövlət Gömrük Komitəsinin yaydığı məlumatda bildirilmişdi ki, idxalın dəyərinin 59 faizi gömrük rüsumundan azaddır. Lakin buna baxmayaraq, qiymətlərdə nəinki azalma, hətta artım davam edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-mart aylarında Azərbaycanda inflyasiya 2022-ci ilin analoji dövrünə nisbətən 13.8 faiz təşkil edib. Ərzaq məhsullarında bu rəqəm 17.1 faiz göstərilir. Müstəqil iqtisadçılar isə bu rəqəmlərin daha yüksək olduğunu düşünürlər.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı "Turan"a bildirib ki, sonuncu qərar bilavasitə ölkəyə idxal olunmuş həmin malların qiymətinə öz təsirini göstərəcək: "Çünki sahibkar öz gətirdiyi malların qiymətinə də əlavə qiymət qoyur və bir sıra hallarda bu qiymətlər çox ədalətsiz müəyyən olunur. Bu da nəticədə qiymətlərə təsir göstərir və biz ölkədə qiymətlərin süni şişirdilməsinin şahidi oluruq. İstənilən halda Nazirlər Kabinetinin malların idxal rüsumundan azad edilməsi qərarı özünü qiymətlərdə büruzə verəcək".
Deputat gələcəkdə də malların gömrük rüsumundan azad olunması prosesinin davam edəcəyinə ümid bəslədiyini vurğulayıb.
İqtisadçı, işadamı Nazim Bəydəmirli xatırladır ki, koronavirus pandemiyası vaxtı sərhədlərin bağlı olmasını nəzərə alaraq hökumətə gömrük rüsumlarını sıfırlamaq təklif edilmişdi: "Amma hökumət buna getmədi, baxmayaraq ki, bir çox ölkələrdə həmin rüsumlar ləğv olundu. Hətta geridə qalmış Rusiyanın Gömrük Komitəsi idxal zamanı malların minimal qiyməti ilə rəsmiləşdiriləcəyini əvvəlcədən bəyan edib. Sahibkar da hesablayır, onun gətirəcəyi malları gətirməyə dəyər, ya da ki, dəyməz".
O vurğulayıb ki, bütün bu qərarlar iqtisadi analizdən sonra verilir: "Azərbaycanda isə qiymətləri artıran gömrükdür. Bu qiymət artımı sahibkarların gətirdiyi mallara statistik dəyər adı ilə bəyannamə qiymətlərinin tətbiqinə görədir".
Bəydəmirli hesab edir ki, daxili bazarlarda qiymət artımına təsir edən əsas faktorlardan biri hökumətin tarif siyasətidir: "Hansı ki əhalinin həyatına mənfi təsir edir. Hökumət bazar iqtisadiyyatı adını qoyaraq sovet sistemində planlı iqtisadiyyatda olduğundan daha betər idarəçilik edir. Burada feodal üsullardır - qapını kəsərək sahibkarı artıq vəsait ödəməyə məcbur edirlər. Yəni, ölkədə bahalaşmanın əsas səbəbi hökumətin fəaliyyətidir".
Mövzu ilə bağlı Dövlət Gömrük Komitəsindən münasibət almaq mümkün olmayıb. Amma bu qurumdan əvvəllər bildiriblər ki, sahibkarların şikayətlərini araşdırmağa hazırdırlar.



Xəbərin oxunma sayı : 856




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap