Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Manatı nə gözləyir? – “Əhalinin 90%-i bundan zərər çəkə bilər”

Tarix 15.01.22, 14:00

Font ölçüsü : - / +
bitmap-img6


“Ərzaq məhsullarının bahalaşması heç də manatın kursu ilə bağlı deyil. Manatın kursu Azərbaycanda inzibati yollarla müəyyən olunur. Bu da birbaşa neftin qiymətinə bağlıdır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında iqtisadi ekspert Nazim Bəydəmirli deyib.

Nazim Bəydəmirli: Azərbaycanda qiymət artımı bazar instrumentləri ilə  tənzimlənmir

Mütəxəssisin sözlərinə görə, ölkəyə daxil olan valyutanın ölkədən çıxan valyutaya nisbətində yerli valyutların kursu dəyişir:

“Dövlət başçısının bəhs etdiyi hadisələr, 2015-ci ilin devalvasiyaları ilə bağlı idi və o zaman da, əslində, ölkəyə daxil olan valyuta, ölkədən çıxan valyutaya nisbətən çox idi. Ancaq neftin qiyməti aşağı düşməkdə davam edirdi və o zaman belə bir tendensiya var idi ki, iri çinli məmurların həbs olunması və ölkədən kifayət qədər kapital axını buna səbəb verdi. 

Əsas səbəblər bu idi ki, daxilə təzyiq var idi. Müxtəlif şəxslər ajiotaj fonunda tələbdən daha artığını, yəni manatda olan vəsaitlərini dollara çevirmək çabasında idi. Oradakı səbəblər təkcə iqtisadi səbəblər deyildi. Daha doğrusu iqtisadi səbəblərdən daha çox idarəetmədə olan ciddi korrupsiya halları ilə bağlı bir neçə nazirlərin vurulması və bu fonda onların ətrafında baş verən hadisələrdir. 

Heç kəsə sirr deyil ki, məmur sahibkarlığı Azərbaycan iqtisadiyyatında demək olar ki, 80%-dir. Hər hansı bir yüksək çinli məmuru yerindən tərpətdikdə belə hadisələr baş verir”.

Ekspert onu da vurğulayıb ki, 2015-ci ildə baş verən hadisələr ölkəyə daxil olan valyutayla, ölkədən çıxan valyutanın tədiyyə balansının mənfi olmasından qaynaqlanmırdı:

“Çünki 2014-cü ilin yekunlarına görə, yəni birinci devalvasiyaya qədər vəsait daha çox gəlmişdi, nəinki çıxmışdı. Səhv etmirəmsə 21-22 milyard ölkəyə valyuta gəlmişdi, ölkədən çıxan isə 10 milyarddan çox idi.

Ona görə də, təbii ki, hökumət də 2022-ci ilin makroiqtisadi göstəriciləri olaraq 1,7 manat müəyyən edib və manatın ucuzlaşması hökumətin özünə xeyir deyil. Çünki əhalinin 90%-i bundan zərər çəkə bilər və biz idxal məhsullarından çox asılıyıq. İdxal məhsullarından asılı olan ölkələrdə yerli valyutanın kursu dəyişirsə, bu çox ciddi proseslərə və sosial təzyiqlərə gətirib çıxarır. 

Ona görə, hökumətin bu addımı atacağına güman etmirəm, çünki əvvəlki ildə süni devalvasiya oldu və hökumətin təzyiqi ilə Mərkəzi Bank buna getdi. Bu gün isə buna obyektiv səbəblər görmürəm. Çünki neftin qiyməti 45 dollardan yuxarı olan zaman heç vaxt Azərbaycan manatına təzyiq olmur”, - deyə Nazim Bəydəmirli fikrini yekunlaşdırıb.



Xəbərin oxunma sayı : 460




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap