Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Marketlərin gizli sövdələşməsi: Qiyməti belə bahalaşdırırlar?

Tarix 22.12.22, 22:47

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyənin Rəqabət Qurumu 5 market şəbəkəsini ("BİM", "A101", "ŞOK", "Migros", "Carrefour") və 1 tədarükçünü ("Savola") 2,7 milyard türk lirəsi cərimələyib.

Araşdırmalar zamanı müəyyən edilib ki, bu şirkətlər qiymət artımlarının koordinasiyasını təmin edərək, məhsulların rəf qiymətlərini müəyyən etmək üçün kartel yaradıblar. Həmçinin araşdırma çərçivəsində belə qənaətə gəlinib ki, kartellə yanaşı, araşdırılan bəzi təsərrüfat subyektləri də marketlərdə rəf qiymətlərini birbaşa müəyyən etməklə Rəqabət Qanununu pozublar.

Bu çərçivədə, bazarlarda rəf qiymətlərinin artmasına səbəb ola biləcək rəqabət pozuntuları səbəbiylə bir sıra tanınmış şirkətlər yüksək məbləğdə cərimələniblər. Bu gün ölkəmizdə fəaliyyət göstərən marketlərdə qiymət artımı demək olar ki, hər gün müşahidə edilir. Bir neçə ay öncə isə bəzi marketlər şəbəkəsi birləşdirilmişdi.

Mövcud bahalaşmanı nəzərə alsaq, bu problemin də məhz kartel anlaşmasından irəli gəldiyini də düşünmək olarmı?

AzFakt.com-un məlumatına görə, iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirib ki, İqtisadiyyat Nazirliyi yanında Antiihinsar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti məhz kartel anlaşmalarının olub-olmamasını yoxlamaq üçün yaradılıb:

“Bu tipli anlaşmalarla bağlı mütləq Antiihinsar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəyi alınmalıdır. Əgər ölkə qanunvericiliyinə görə, bazarın 33 faizindən, yəni üçdə birindən yuxarısına nəzarət edən hansısa bir qurum, pərakəndə, topdansatış, eləcə də şirkət varsa, onlar Antiihinsar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ciddi şəkildə yoxlanılmalıdır.

Təəssüf ki, Azərbaycanda belə bir praktikanı görmürük. Ölkəmizdə Antiihinsar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti çox zaman kiçik şirkətlərin hansısa bir formada cərimələnməsi ilə məşğul olurlar. Böyük kartel anlaşmalarının olması ehtimalının yüksək olduğu şirkətlərdə ciddi yoxlamalar aparılmır. Ümumiyyətlə, kartel anlaşmasını sübut etmək o qədər də asan deyil. Uzun araşdırmalar, şahid ifadələri, istintaq əməllərinə də ehtiyac var. Hər halda Antiihinsar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin belə bir səlahiyyəti var.

Onlar istənilən halda belə bir araşdırmalar, istintaq əməlləri aparıb sübutlar toplaya bilərlər. Əgər sübutlar olacaqsa qanunvericiliyə görə, ilkin mərhələdə cərimə, ikinci və üçüncü mərhələdə isə təkrar olarsa, hətta hüquqi məsuliyyət yarada bilən qanunvericilik bazası var. Ancaq onun işləmə mexanizmləri yoxdur. Ona görə də Azərbaycanda Antiihinsar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin işləmə mexanizmlərinin yenidən qurulmasına və yenidən bu mexanizmlərin işə düşməsi üçün şəraitin yaranmasına ehtiyac var”.



Xəbərin oxunma sayı : 544




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap