Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO
Axtar
 
  • / Sosial / — 03 İyun 2026

    Müəllimlərin nəzərinə: Elektron sənəd qəbulu başladı

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

Masallının icra başçısı vaxtilə girov götürülübmüş - Belə xilas olub

Tarix 14.05.26, 9:48

Font ölçüsü : - / +
bitmap-img6


Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədovla bağlı sensasiyalı fakt üzə çıxıb.

AzFakt.com "masallı xəbərləri" səhifəsinə istinadla xəbər verir ki, icra başçısı vaxtilə Dövlət Sərhəd Xidmətinin Şəmkir istiqamətində yerləşən sərhəd zastavasında dəstə komandiri vəzifəsində çalışarkən, tabeliyi altında olan zabitlərdən biri qaçaqmalçılar tərəfindən girov götürülüb.

A.Əhmədov zabiti xilas etmək üçün müxtəlif tədbirlərə əl atsa da, cəhdləri uğursuz olub.

Keçmiş zabitin bildirdiyinə görə, vəziyyətin çıxılmaz olduğunu görən A.Əhmədov çox ağır, lakin qəhrəmanlıq nümunəsi sayılacaq bir qərar qəbul edib. O, öz zabitinin həyatını xilas etmək üçün şəxsi təhlükəsizliyini düşünmədən özünü girov kimi təklif edib. Yəni qaçaqmalçılarla aparılan danışıqlar nəticəsində zabit azad edilib, əvəzində isə komandir özü girov qalıb.

Hadisənin bir çox detalları bu gün də ictimaiyyətə açıqlanmır. Bunun səbəbi isə əməliyyat sirləri və dövlət təhlükəsizliyi ilə məqamlardır. Lakin məlum olan budur ki, sonradan həyata keçirilən xüsusi əməliyyat nəticəsində qaçaqmalçı zərərsizləşdirilib və A.Əhmədov girovluqdan azad olunub.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü A.Əhmədov ehtiyatda olan təhlükəsizlik xidməti general-mayorudur.



Xəbərin oxunma sayı : 1534




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap