“Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal
Axtar
 
  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

  • / Maqazin / — 11 Noyabr 2025

    Pərvin Abıyeva yeni geyimi ilə diqqət çəkdi - FOTOLAR

  • / Maqazin / — 10 Noyabr 2025

    “Aygün xanımla aramızda soyuqluq var idi“ - VİDEO

Mehdiyevin qohumu və “Eurohome“un gizli sahibi - Telman Mehdiyev də həbs edilə bilər?

Tarix 01.12.25, 18:49

Font ölçüsü : - / +
bitmap-img6


Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə bağlı cinayət işi ölkənin əsas ictimai-siyasi gündəmlərindən birinə çevrilib.

Bir vaxtlar "boz kardinal” kimi tanınan Mehdiyev hazırda dövlətə qarşı irəli sürülmüş ciddi ittihamlarla üzləşir. Proses yalnız onun özü ilə məhdudlaşmır, ailə üzvləri və yaxın ətrafı da araşdırmalara cəlb olunub.

AzFakt.com-un məlumatına görə, bu barədə "haqqin.az” saytında dərc edilmiş məqalədə bildirilir. Məqalədə qeyd olunur ki, uzun illər dövlət strukturlarında yüksək vəzifələrdə çalışmış, adı müxtəlif korrupsiya iddialarında hallanan gömrük generalı Telman Hüseynqulu oğlu Mehdiyev də Ramiz Mehdiyevin qohumu kimi təqdim edilir.

Generalın Ramiz Mehdiyevlə qohumluğu iddia edilsə də, açıq mənbələrdə bu əlaqə təsdiqini tapmır. Bəzi məlumatlara əsasən, Ramiz Mehdiyev uşaqlıq illərini Naxçıvanda başqa bir ailədə keçirib və onun bioloji qohumları ilə bağlı ziddiyyətli informasiyalar mövcuddur.

Telman Mehdiyev Azərbaycan gömrük sistemində uzun illər yüksək vəzifələrdə çalışıb. 2021-ci ildə ona gömrük xidməti general-mayoru rütbəsi verilib. 2022-ci ilə qədər Dövlət Gömrük Komitəsinin Enerji resursları və dəniz nəqliyyatı Baş Gömrük İdarəsinə rəhbərlik edib. Bu idarə ölkənin strateji yüklərinə, xüsusən dəniz daşımaları və neft ticarəti ilə bağlı proseslərə nəzarət edir.

İddialara görə, general bəzi hallarda birbaşa Ramiz Mehdiyevdən göstəriş alaraq sahibkarlara qarşı cinayət işlərinin açılmasında və təzyiq mexanizmlərində rol oynayıb.

2022-ci ilin əvvəlində həmin dövrdə Dövlət Gömrük Komitəsinin sədri olan Səfər Mehdiyevin əmri ilə Telman Mehdiyev bu vəzifədən azad edilərək Qərb Baş Gömrük İdarəsinin rəisi təyin olunub.

Lakin bu təyinat uzun sürməyib. Səfər Mehdiyevin vəzifədən uzaqlaşdırılmasından sonra Telman Mehdiyev də 2023-cü ilin yanvarında "pensiya yaşı”na çatdığı əsas göstərilərək istefaya göndərilib. Ekspertlər bunu "himayəçisiz qalan generalın sistemdən səssiz şəkildə uzaqlaşdırılması” kimi qiymətləndiriblər.

Telman Mehdiyevlə bağlı mediada yer alan daha bir iddia onun "EuroHome” ticarət mərkəzinin gizli sahibi olmasıdır. 2020-ci ildə müəmmalı şəkildə yanaraq tamamilə məhv olan bu obyektin arxasında onun dayandığı iddia edilsə də, general bu məlumatları açıq şəkildə təkzib etmişdi.

"EuroHome"dakı yanğın zamanı mağazası yanmış və 200 min manat ziyana düşdüyünü deyən icarədar Rafiq Ocaqverdiyev də Qaynarinfo-ya verdiyi açıqlamada "EuroHome”un rəhbərliyindən kompensasiya tələb etdiyini, obyektə isə Ramiz Mehdiyev və onun yaxınlarının himayədarlıq etdiyinə dair məlumatların dolaşdığını bildirmişdi.



Xəbərin oxunma sayı : 568




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap