Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI
Axtar
 
  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

Məhkəmə Eşqi Bağırova bir ay vaxt verdi: Hüquqpozma aradan qaldırılmasa...

Tarix 07.04.26, 11:46

Font ölçüsü : - / +
bitmap-img6


Məhkəmə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırova bir ay vaxt verib. 

Qaynarinfo-nun məlumatına görə, Agentlik barəsində İnzibati Xətalar Məcəlləsinin (İXM) 539.3-cü (Dövlət Əmək Müfəttişliyi tərəfindən verilən qanuni əmrlərin və ya tələblərin icra edilməməsi, yaxud müfəttişin fəaliyyətinə maneə törədilməsi ilə bağlı inzibati məsuliyyət) maddəsi ilə protokol tərtib edilib.

Sənəd Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən tərtib edilib və işə məhkəmədə baxılıb. 

Məlum olub ki, vətəndaş X.A.-nın şikayəti əsasında Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən, Agentliyə 2025-ci ildə məktub göndərilərək, həmin şəxsə aid qeyd olunan sənədlərin təqdim edilməsi tələb olunub, lakin sənədlər bugünədək təqdim edilməyib. 

Məhkəmənin qərarı ilə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İXM-nin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və bu Məcəllənin 116.1-ci maddəsinə əsasən şərti olaraq 2.000 manat məbləğində cərimə olunub. Agentlik tərəfindən törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün bir ay müddət müəyyən edilib və nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilməyəcək. Hüquqpozma aradan qaldırılmadıqda cərimə ödəniləcək.



Xəbərin oxunma sayı : 1039




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap