|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Məhsul fermerin əlində batır - İxrac da monopoliyadadır?
Tarix 28.05.21, 11:58 |
|
Arxada qoymaqda olduğumuz həftə Göyçay və Cəlilabad fermerlərinin məhsulu sata bilməmələrindən dolayı narazılıqları ictimai müzakirəyə çıxarıldı.
Bir neçə gün əvvəl Milli Məclisin Cəlilabaddan olan deputatı Elman Nəsirov parlamentdəki çıxışında rayonda kartof yetişdirən insanların öz məhsullarını ixrac edə bilmədiklərini dedi:
“Cəlilabadda 5400 ha ərazidə kartof əkilib və yaxşı kartof var. Amma fermerlərimiz bu məhsulu bazara çıxara bilmir. Samur gömrük postunda yüzlərlə TIR dayanıb”. E.Nəsirov Dövlət Gömrük Komitəsinə müraciətlə bu məsələ ilə bağlı operativlik göstərməyə çağırıb. Bildirib ki, əks halda, məhsullar məhv olacaq.
Cəlilabaddakı fermerlər əziyyətlə becərdikləri faraş kartofu satmaqda çətinlik çəkdiklərini ölkə mətbuatına da açıqlayıblar. Onların sözlərinə görə, bu il kəskin quraqlıq səbəbi ilə kartof sahələrini normal suvara bilməyiblər, nəticədə məhsuldarlıq ötən illə müqayisədə 40 faizədək aşağıdır. Qiymətlərin 30-40 qəpiyə qədər aşağı düşməsi məhsulun satışından qazanc əldə etməyə imkan vermir. Belə ki, istixana şəraitində yetişdirilən kartofun ilkin qiyməti 1,20 qəpikdən başlasa da, sonra qiymətlər sürətlə aşağı düşüb (Report).
Son günlər Rusiya ilə sərhəddə yaranan sıxlıq məhsulun vaxtında ixracına da imkan vermir. Cəlilabad sakinləri bildiriblər ki, keçən il Rusiyaya gündə 5 maşın - 100 ton məhsul göndərirdilərsə, indi bu, gündə 2 maşına - 40 tona düşüb. Bunun səbəbi Rusiyaya keçid prosesində ləngimələrdir. Bundan əlavə, məhsulun daşınma xərci də artıb: 10-15 gün əvvəl 1 maşın 3200-3300 dollara aparırdısa malı, indi 4200-4300 dollara aparır.
Kartof istehsalçıları ilə yanaşı bir sıra rayonlardakı pomidor istehsalçıları da məhsulun ucuzlaşması və satış bazarının məhdudluğundan narazılıq edirlər. Göyçay rayon Ləkiçıplaq kəndinin sakinləri də məhsullarını sata bilmədiklərini deyirlər.
Onu da qeyd edək ki, son bir həftədə Azərbaycanda pomidorun qiymətində kəskin ucuzlaşma baş verib. Qiymətlər 1,8-2 manatdan 0,70-1 manata qədər düşüb. Düzdür, burada son iki həftədə havaların isti keçməsi nəticəsində istilikxanalarda pomidor sahələrinin üstünün açılması və daha çox məhsulun yetişməsi də xeyli rol oynayır. Bundan əlavə, pandemiyaya görə toy-yas məclislərinin keçirilməsinə qoyulan qadağa Azərbaycanda nəinki pomidorun, əksər kənd təsərrüfatı məhsullarının istehlakını azaldıb. Lakin aydın məsələdir ki, prosesdə ixracın azalmasının təsiri daha yüksəkdir.
Rəsmi statistikaya əsasən bu ilin yanvar-apelində meyvə tərəvəz ixracımızın həcmi 131 milyon 543.29 min dollar olub. Bunun 42 milyon 271.35 min dollarını pomidor, 35 milyon 335.02 min dollarını meşə fındığı, 8 milyon 729.67 min dollarını alma, 31 milyon 865.68 min dollarını xurma, 2 milyon 984.25 min dollarını nar təşkil edib. Bu, cəmi meyvə-tərəvəz ixracının 121 milyon 185,97 min dolları deməkdir. Qalan bütün meyvə-tərəvəz ixracımız isə cəmi 10 milyon 357,2 min manat təşkil edib. Keçən ilin eyni dövründə bu göstərici 14 milyon 775,61 min dollar olmuşdu.
Onu da qeyd edək ki, Rusiyanın Azərbaycandan alma və pomidor idxalına qoyduğu məhdudiyyət xeyli dərəcədə aradan qalxıb. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarəti Xidməti ilə apardığı danışıqlar, istilikxana təsərrüfatlarında aparılan yoxlama və nəzarət tədbirlərindən sonra indiyədək 131 şirkət və fiziki şəxsin Rusiyaya pomidor ixracına icazə verilib.
AQTA-dan əlavə İqtisadiyyat Nazirliyinin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də Rusiya bazarına meyvə-tərəvəz ixracının prosesinin sürətləndirilməsi istiqamətində Azərbaycan sahibkarlarına köməklik göstərir.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun mətbuata verdiyi məlumata görə, məsələ ilə bağlı AQTA-nın dəstəyi ilə bir neçə görüşlər təşkil olunub:
“”Bildiyiniz kimi, Rusiyaya mütəmadi olaraq səfərlər təşkil olunur. Müsbət hal ondan ibarətdir ki, daha çox şirkətimiz qeydiyyata alınıb. İlin əvvəlində şirkətlərin sayı 50-yə yaxın idisə, hazırda 130-dan çox sahibkar qeydiyyata alınıb və öz məhsullarını Rusiyaya ixrac edir. Proses təkmilləşdirilir, sahibkarlar və müəssisələr karantin və qida təhlükəsizliyi şəraitinə uyğunlaşaraq artıq öz məhsullarını ixrac edə bilir. KOBİA sahibkarlar, AQTA və Rusiya həmkarları ilə mütəmadi olaraq əlaqələndirmə işləri aparır ki, bu proses daha tez, daha sürətli şəkildə getsin".
Lakin atılan addımlar pomidor ixracındakı azalmanın qarşısını ala bilməyib. Keçən ilin 4 ayında xaricə 73 milyon 341.05 min dollar dəyərində 58 min 985.91 ton pomidor satılmışdısa, bu ilin eyni dövründə idxal dəyər ifadəsində 42,4 faiz azalmaqla 42 milyon 271.35 min dollara, çəki ifadəsində isə 37,8 faiz azalmaqla 36 min 674.22 tona düşüb.
Maraqlıdır ki, hər hansı qadağa olmamasına rəğmən Azərbaycanın kartof ixracında da ötən illə müqayisədə azalma var. Belə ki, ötən ilin yanvar-aprel aylarında xaricə 7798,6 ton kartof satılmışdısa, Dövlət Gömrük Komitəsindən aldığımız məlumata görə, bu ilin eyni dövründə satış həcmi 5 min 134.53 tona qədər (34,2 faiz) azalıb.
Rəsmi statistikadan aydın olur ki, Azərbaycanda illik faraş kartof ixracı 80 min ton civarında olur. Bunun 85 faizə qədəri Rusiyaya reallaşdırılır. Kartof ixracatımızda ikinci böyük paya Ukrayna malikdir, lakin bu ölkəyə məhsul satışı 7-8 min tondan yuxarı deyil.
Maraqlıdır ki, koronavirus pandemiyasına görə kəskin məhdudiyyətlərlə keçən 2020-ci ilin dekabrına (Rusiya pomidor-alma idxalına məhdudiyyət tətbiq edənədək) qədər Azərbaycandan meyvə-tərəvəz ixracında azalma qeydə alınmamışdı. Amma indi 30 faiz civarında azalma ilə qarşı-qarşıyayıq. Belə ki, mayın əvvəllərindən etibarən Azərbaycan-Rusiya sərhədindəki Samur gömrük-keçid məntəqəsində yük avtomobillərinin növbəsi yaranmağa başlayıb. Mayın ortalarında ərazidə 1 000-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün növbə gözləməkdəydi.
Samur gömrük-keçid məntəqəsindən verilən açıqlamada yaranan növbələrin mövsümi xarakter daşıdığı qeyd edilib: “Hazırda gün ərzində 250-300 maşın Rusiyaya keçir və hər hansı texniki problem yoxdur”.
Samur gömrük-keçid məntəqəsindən həmçinin bildirilib ki, əgər Rusiya tərəfi bu sayı artırsa, Azərbaycan tərəfi artıra bilər. Keçid məntəqəsindən əlavə ediblər ki, ötən illərə nisbətən Rusiyaya keçmək istəyən yük maşınlarının sayında da artım var (APA).
Dünən Dövlət Gömrük Komitəsindən “Yeni Müsavat”a verilən məlumatda “Samur” gömrük postunda Rusiya Federasiyası istiqamətində hərəkət edən yük nəqliyyat vasitələrinin nisbi sıxlığının davam etdiyi bildirilir: “Buna səbəb tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artmasıdır. Hazırda ”Samur" gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir və gün ərzində ixrac xətti üzrə 300-ə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Rusiya Federasiyası tərəfində yerləşən gömrük-keçid məntəqəsinin imkanları hələlik bu rəqəmi artırmağa imkan vermir. Bir daha bildiririk ki, Azərbaycan tərəfdə yerləşən “Samur” gömrük postu hazırkı yük axınını növbələr yaranmadan qəbul etmək və müvafiq gömrük nəzarət tədbirlərini həyata keçirərək yola salmaq imkanlarına malikdir. Sıxlıqların yaranmasına səbəb isə Rusiya tərəfdəki gömrük-keçid məntəqəsinin bu həcmdə nəqliyyat vasitəsini qəbul edə bilməməsidir".
Komitədən onu da bildirirlər ki, hazırda problemin həlli istiqamətində lazımi addımlar atılır: “Qarşı tərəfin gömrük orqanları ilə mütəmadi danışıqlar aparılır və yaxın günlərdə sıxlıqlar tam aradan qaldırılacaq”.
Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında çox böyük ölçüdə bir ölkədən - Rusiyadan asılılığın qaldığı müddətdə bu kimi problemlərin də davam edəcəyi açıq görünür.
Problemi ağırlaşdıran bir amil də budur ki, xaricə aparılması mümkün olmayan məhsulların daxili bazara, əsasən Bakı bazarlarına çıxarılması sahəsində də istehsalçıların ciddi çətinlikləri mövcuddur. Bu problemlər Bakı bazarlarına məhsul çıxarılması sahəsində faktiki inhisarlaşmanın olmasından qaynaqlanır. Belə ki, hətta istehsalçı öz məhsulunu Bakıya gətirsə belə, onu heç bir maneəsiz bazarlarda satmasının qarşısı alınır. Buna görə də istehsalçılar öz məhsullarını rayonlarda dəyər-dəyməzinə vasitəçilərə satmalı olurlar. Belə vasitəçiliyin və inhisarçılığın nəticəsidir ki, Cəlilabadda sahədən 30-40 qəpiyə alınan kartof Bakı bazarlarında iki dəfədən də baha qiymətə - 80-90 qəpiyə satılır.
Bu gün Azərbaycanın aqrar istehsalçılarının satış problemləri on il əvvəlki ilə eynidir: ixrac da, yeri bazara çıxış da inhisarçıların əlindədir. Uzun illər boyu bu vəziyyətin dəyişməsi məqsədilə çoxsaylı addımlar atılıb, müxtəlif sənədlər qəbul olunsa da, mövcud vəziyyət göstərir ki, problemlər demək olar ki, olduğu kimi qalmaqdadır.
Xəbərin oxunma sayı : 1090
İqtisadiyyat
Xəbərlər
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
TOP 10
ARXİV