| |
|
Xankəndi futbol stadionunda nə baş verir? - Mühəndis yoxluğu, fəhlələrə keyfiyyətsiz yemək...
Yüksək faiz, qanunsuz girov: “S Lombard”ı kim himayə edir?
“Azəraqrar”da qalmqal - “Nazirin komandiri” yeni direktora qarşı...
Məmurların adından “təcili” pul istəyirlər - DTX araşdırma aparır
Sabiq sədr Almaniyada tikinti biznesinə başlayıb - Şərikli bina tikir + FOTO
Məmməd Musayevlə əlbir olub 100 milyonu “yeyiblər” - Vəzifəli şəxslər həbs edildi
“Qardaşımla birgə 16 milyon vermişik” - Tale Heydərovun ifadəsi oxundu
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Məmur-vətəndaş münasibətlərinin mənmunluğu qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir
Tarix 13.11.25, 14:01 |
|
Dövlətimizin başçısı İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən "Neft kapitalını insan kapitalına çevirək!" tezisini irəli sürəndə təbii ki, burada əsas məqamların, çağırışların nədən ibarət olduğunu da açıqladı. İqtisadi artımın qeyri-nefr sektorunun hesabına olmasını təmin etmək üçün regionların malik olduqları potensialdan səmərəli istifadənin prioritetliyini bildirdi və bunu konkret Dövlət proqramlarının qəbulu və uğurlu icrası ilə təsdiqlədi. Dövlətimizin başçısı Regional inkişaf proqramlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi ilə yaxından tanış olmaq məqsədilə mütəmadi olaraq bölgələrə səfərlər etdi. Eyni zamanda, hər bir il çərçivəsində mütəmadi olaraq Nazirlər Kabinetinin hesabat dövrü ilə əlaqədar müşavirəsini, həmçinin Regionların sosial-iqtisadi inkişaf proqramlarının ildönümləri ilə bağlı yekun tədbirlər keçirərək qarşıya qoyulan vəzifələrin hansı səviyyədə yerinə yetirildiyinə dair hesabatlar dinlənildi.
Prezident İlham Əliyev noyabrın 12-də Naxçıvanda Prezidentin yeni səlahiyyətli nümayəndəsini və bir sıra rayonların icra hakimiyyətlərinə təyin olunan başçıları qəbul edərkən qeyd etdi ki, əfsuslar olsun bəzi hallarda məmurlar özlərini cəmiyyətdə düzgün apara bilmirlər, ifrat dərəcədə təkəbbürlülük göstərirlər, özlərini hamıdan üstün tutmağa çalışırlar və beləliklə, həm öz nüfuzlarını itirirlər, eyni zamanda, dövlətimizə, dövlətin siyasətinə də ləkə vurmuş olurlar. Bununla bərabər, bəzi hallarda korrupsiyaya, rüşvətxorluğa düçar olurlar. Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var. Ancaq o da cəmiyyət üçün tam aydındır ki, heç bir qanunsuz hərəkət nəticəsiz qalmayacaq. Prezident İlham Əliyev yeni vəzifələrə təyin olunanlardan tələbinin bu olduğunu açıqladı. Bildirdi ki, sizin başlıca vəzifəniz xoşagəlməz hallara qarşı ciddi mübarizə aparmaq, kadr siyasətində etibarlı, peşəkar və mənəvi cəhətdən təmiz kadrları seçmək, rəhbərlik edəcəyiniz bölgələrdə öz işinizlə mənim seçimimin düzgün olduğunu sübut etməkdir. Əks təqdirdə, əlbəttə ki, lazımi ölçülər götürüləcəkdir.
Dövlət başçısı İlham Əliyevin siyasətində vətəndaş məmnunluğunun təmin edilməsi bütün dövrlərdə prioritet məsələ kimi öndə dayanıb və dayanır. Məmur-vətəndaş münasibətləri dayanıqlı inkişafın təmin edilməsində əsas faktorlardan biri kimi önə çəkilir. Dövlətimizin başçısı İlham Əliyev ölkəmizin hər sahədə nümunəvi olması istəyini ortaya qoyur və bunun üçün zəruri addımlar atır, müvafiq qurumlara tapşırıqlarını verir. Hər sahə üzrə konkret Dövlət proqramlarının qəbulunda da məqsəd bu sənəddən irəli gələn vəzifələrin uğurlu icrası, Azərbaycanın hərtərəfli inkişafına töhfə verməkdir. Yeni mərhələnin əsas məqsədi təbii ki, iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya iqtisadi sisteminə səmərəli inteqrasiyasına nail olmaqla uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdir. Bunun üçün ölkənin malik olduğu iqtisadi potensial daha da gücləndirilməli, qeyri-neft sektorunun inkişafı sürətləndirilməli, hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunmalı, yeni iş yerlərinin açılmasına şərait təmin edilməli, sahibkarlıq inkişaf etdirilməli, sosial xidmətlərin həcmi, keyfiyyəti və ünvanlılığı əhəmiyyətli dərəcədə artırılmalıdır. Ölkəmiz qeyd olunan istiqamətlərin hər biri üzrə uğurlu nəticələrə nail olub. Bölgələrimizdə əsas infrastruktur layihələri demək olar ki, başa çatıb. Dövlət xətti ilə, dövlət investisiya proqramları xətti ilə son illər ərzində müsbətə doğru böyük dönüş təmin edilib. Bütün şəhərlərdə, kəndlərdə içməli su ilə bağlı lazımi tədbirlər görülür, suvarma layihələri icra edilir. Ən əsası şəffaflığın təmin olunması prioritet məsələ kimi öndə saxlanılır. Nəzərdə tutulan islahatların həyata keçirilməsi ölkədə dövlət qurumlarının nüfuzunu daha da artırır, dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə təkan verir.
Dövlət başçısı İlham Əliyev yeni vəzifələrə təyin olunanları qəbul edərkən bir daha bu çağırışı etdi ki, yerlərdə bu gün hələ də mövcud olan, insanları narahat edən məsələlər öz həllini tapmalıdır. Burada da əsas prinsip sosial ədalət prinsipidir. Hər bir bölgədə, hər bir kənddə insanlar görməlidir və bilməlidir ki, ədalət hər zaman üstünlük təşkil edir. Vaxtilə bizim bölgələrimizdə proseslərin mənfi istiqamətdə getməsinin səbəbi də məhz mərkəzi icra orqanlarındakı bəzi məmurların xoşagəlməz hərəkətləri və tapşırıqları idi. Artıq o məmurlardan əsər-əlamət qalmayıb. Azərbaycanda məmur korpusunda, xüsusilə mərkəzi icra orqanlarında aparılan kadr islahatları nəticəsində vəziyyət böyük dərəcədə sağlamlaşdırılıb.
Atılan addımların, müəyyənləşdirilən hədəflərin əsasında Azərbaycanın bölgələrinin bu gün ən yüksək standartlara cavab verməsi çağırışı dayanır. Son illər ərzində aparılmış işlər nəticəsində bölgələrin canlanmasını hər bir Azərbaycan vətəndaşı əyani şəkildə görür. Doqquz beynəlxalq hava limanı, yenilənmiş, təmir edilmiş və yeni çəkilmiş dəmir yolları, magistral avtomobil yolları, elektrik infrastrukturu, suvarma ilə bağlı, içməli su ilə bağlı olan layihələr, qazlaşdırma, bütün bunlar görülən işlərin uğurlu nəticələridir. Dövlət başçısı İlham Əliyev məmurların qarşısında bir daha bu vəzifələri qoydu ki, insanlara diqqət göstərmək, onların qayğıları ilə yaşamaq, daim onların arasında olmaq lazımdır. Bütün kəndləri bir-bir gəzib orada - kəndlərdə insanlarla təmasda olmaq lazımdır: "Hər təyinatda icra başçısı olsun, digər rəhbər şəxs olsun, mənim təlimatlarım bundan ibarətdir. Amma əfsuslar olsun ki, yenə də deyirəm, göstərdiyim etimada rəğmən bəzi məmurlar bu göstərişləri yerinə yetirmək əvəzinə, ancaq öz ciblərini güdərək qanunsuz varlanmaya üstünlük verirlər. Əminəm ki, bu yüksək etimadı siz öz işinizlə doğruldacaqsınız. Sizin üzərinizə böyük vəzifə düşür, bəziləriniz artıq rəhbər vəzifələrdə çalışmısınız, təcrübəniz də var. Bəziləriniz yeni təyin olunursunuz. Ona görə əminəm ki, öz işinizlə bu etimadı doğruldacaqsınız və xalqın rəğbətini qazanacaqsınız."
Atdığı hər addımı ilə 2003-cü ildə verdiyi "Mən hər bir vətəndaşın Prezidenti olacağam" vədini yüksək səviyyədə yerinə yetirdiyini təsdiqləyən Prezident İlham Əliyevin dövlət məmurlarından tələbi hər zaman bu olub ki, xalqın yanında olun, onların qayğıları ilə yaşayın, həlli istiqamətində ciddi səylər göstərin. Dövlət başçısı İlham Əliyev məmur-vətəndaş münasibətlərində, xalqla ünsiyyətdə öz şəxsi keyfiyyətləri və nümunəvi davranışı ilə ən mükəmməl örnək olmaqla yanaşı, haqlı olaraq dövlət idarəçiliyindəki hər kəsdən tələb edir: Vətəndaşlarla münasibətdə şəffaflığın artırılması, etik qaydalara əməl edilməsi, onlara daha keyfiyyətli, rahat, müasir şəkildə xidmət göstərilməsi və vətəndaş məmnunluğunun təminatı əsasdır. Təbii ki, məmur-vətəndaş münasibətlərinin sağlam əsaslar üzərində qurulması bütövlükdə dövlətin güclənməsinə xidmət edir.
Rahib Fərzəliyev
Xəbərin oxunma sayı : 481
Sosial
Xəbərlər
-
İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı - FOTO
-
“Sabah“ azarkeşlərə müraciət etdi - “Xüsusi avtobus marşrutları təşkil olunacaq“
-
Beyləqanda şagirdlər hazırladıqları qidadan zəhərləniblər – Fotolar
-
Məhkəmədən Afət Fərmanqızı ilə bağlı qərar: - Vəfa Şərifovanın qardaşına 7 min manat ödəyəcək
-
Xəzərin dayazlaşması həm də çay axınının azalması ilə bağlıdır - Prezident
-
Bakıda bu yollar üç gecə bağlı olacaq - XƏBƏRDARLIQ
-
Azərbaycanın xaricdəki səfirliklərinə yeni səlahiyyət verildi - Dəyişiklik
-
İlham Əliyevlə Məsud Pezeşkian arasında görüş keçirildi - FOTOLAR
-
Dünyanın yaşamaq üçün ən yaxşı şəhərləri açıqlanıb - Bakı neçənci yerdədir?
-
Məktəblərdə elektron sistemlər yenilənir - MİLYONLUQ LAYİHƏ
-
Prezident Türkmənbaşıda MDB-nin iştirakçı ölkələrinin milli stendləri ilə tanış oldu - FOTO
-
“ABŞ İrana qarşı yeni hücum planları hazırlayır” - “The New York Times”
-
Bu gün Bakıya güclü yağış yağacaq - Sel riski olan ərazilər açıqlandı
-
Kənd məhsullarını satıb maşını geri qaytardı - Bakıda şok oğurluq
-
Azərbaycanın xarici dövlət borcu nə qədərdir? - Rəqəmlər açıqlandı
-
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
-
Preident MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış etdi - FOTOLAR
-
Yük maşını ilə daşınan sumağın yerə boşaldılması realdır? - RƏSMİ AÇIQLAMA
-
“Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır“ - Prezident
-
“Makler” “Real MTK”-dan mənzil sataraq dələduzluq etdi, İlham Qasımov dindirildi - MƏHKƏMƏ
-
“Retro Holding”də milyon yarımlıq yeyinti - Həbs edilən var
-
Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir - Prezident
-
Məleykə Abbaszadə şöbə müdirini işdən çıxardı - Yeni təyinatlar
-
Binəqədidə 14 mərtəbəli iki binanın damında qəribə tikili - VİDEO
-
Azərbaycan neftinin qiyməti bahalaşdı - Qara qızıl 133 dolları ötdü
-
Nyu-York meri Trampa çağırış etdi: ICE əməliyyatları dayandırılsın
-
İlham Əliyev iclasda iştirak etmək üçün “Avaza” Kompleksinə getdi - Fotolar
-
Bakının mərkəzində yeni yolun çəkilişi niyə ləng gedir? - VİDEO
-
Moskvaya uçan 10-dan çox təyyarə ehtiyat hava limanlarına yönləndirilib - TASS
-
Trampın sülh səylərinin Nobel mükafatı ilə qiymətləndiriləcəyinə ümid edirik - Prezident
-
Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir
-
Azərbaycan Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında mühüm tranzit imkanları təqdim edir
-
İlham Əliyev Türkmənistanda Putinlə ayaqüstü söhbət etdi - FOTO
-
Sinif yoldaşını öldürən şəxsə “dəlilik“ kağızı hazırlanır? - VİDEO
-
Maduro və həyat yoldaşına yeni ittihamlar irəli sürülüb - İşgəncələrlə bağlı
-
Azərbaycanlılar Hindistandan mal əti gətirirlər - 4 manata
-
London Moskvanın nəfəsliyini kəsir - Yeni sanksiyalar elan edildi
-
Məktəb servisi saatlarla gecikir - “2School”la bağlı ŞİKAYƏTLƏR artır
-
Cəbrayılda ikinci mina PARTLAYIŞI: Çobanın atası da minaya düşdü
-
İlham Əliyevlə Paşinyanın qeyri-rəsmi söhbəti oldu - VİDEO
-
Səs-küy yaradan 23 motosiklet sürücüsü məsuliyyətə cəlb edildi - Video
-
Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müşahidə olunur - Rəsmi
-
“Vətənpərvərlər“ İctimai Birliyinin sədri həbs edildi - SƏBƏB
-
Sabah leysan yağacaq, şimşək çaxacaq - Xəbərdarlıq
-
Mərkəzi Asiya ilə Azərbaycanın əlaqələri yüksələn xətlə inkişaf edir
-
AAYDA-da yeni rəis müavinləri təyin edildi - FOTO
-
Dövlət sərhədini pozmağa cəhd etdilər - Saxlanıldılar
-
Kəmalə Günəşli özündən çıxdı: “Üzünə tüpürüb yola salacağam“
-
“Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi qərəzlidir“ - Milli Məclis
-
Bakıda maşın qadın və azyaşlını vurdu - Anbaan video
-
Nazirlikdəki mənimsənilən 160 milyon manat...- General zərərin nə qədərini geri qaytardı?
-
Trampın tədbirində hamının diqqətini çəkən qadın kimdir? - FOTO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Cəbrayılda mina partladı: Mal-qara otaran sakin xəsarət aldı
-
Azərbaycan rəsmiləri Gorusda - Nələr müzakirə olundu?
-
Prezident ona yüksək vəzifə verdi - DSK-nın sədr müavini dəyişdi + DOSYE
-
Nazirliyin sabiq aparat rəhbəri ABŞ-da yeni şirkət təsis etdi - FOTO
-
Xəzərin suyunun duzsuzlaşdırılmasına kredit ayrılacaq - TƏSDİQLƏNDİ
-
Putin “General Armageddon”u müharibəyə cəlb etdi - Qarşısına bu tapşırığı qoydu
-
Azərbaycanda “Stop-Kredit” xidməti istifadəyə verilib - DETALLAR
-
“Kristal” “daxili kredit”i ilə vətəndaşları necə soyur? - FAKTLAR
-
Pensiya hesablanmasında yenilik - Kim nə qədər itirəcək?
-
Azərbaycan və Türkmənistan prezidentləri görüşdü - FOTO
-
Heyvan kəsiminə çəki və yaş həddi qoyulur - Ət bazarında QITLIQ yarancaq?
-
Regional əməkdaşlığın coğrafiyasının genişlənməsində yeni mərhələ
-
Sosial şəbəkədə “qəhrəmanlıq” 7 min manata başa gəldi - Məhkəmə işi
-
Barəsində cinayət işi olan məktəb direktoru nazirlik tərəfindən mükafatlandırıldı - Qarşı tərəf xəbəri təkzib edir
-
Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir - BİRGƏ BƏYANAT
-
Xəstəxanada bıçaqlanan direktor müavini Vüqar Qurbanovun qohumu imiş - FOTO
-
“Qardaş dəstəyi bizim üçün xüsusi əhəmiyyət daşıyır“ - İlham Əliyev
-
Paşinyan Medvedevə cavab verib: Ermənistan heç nəyə çevrilməyəcək
-
Abşeronda işdən çıxarılan xəstəxana əməkdaşı baş həkimin müavinini bıçaqladı - TƏFƏRRÜAT
-
“Golden Street“ hotelinin fəaliyyəti dayandırıldı - VİDEO
-
Sumqayıtdakı parkda məktəbli bıçaqlandı - 16 yaşlı oğlan saxlanıldı
-
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb - Prezident
-
Hörmüzdən gündə 20 milyon barel neft keçir - CENTCOM
-
Dövlət xidmətində qanunsuz əməllər - Cinayət işi məhkəməyə göndərilib
-
Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir - FOTOLAR
-
Naxçıvanda dövlətin 245 milyon manatı necə “yeyilib“? - DETALLAR
-
İlham Əliyev “Avaza” Kompleksində qarşılandı - VİDEO
-
Suriya husilərə qarşı müharibəyə qoşulur? - Dəməşqdən açıqlama
-
Maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ
-
Prezident Türkmənistanda işgüzar səfərdədir - FOTOLAR
-
AAAF Park Yaşayış kompleksinin sakinləri mənzillərinə çıxarış ala bilmirlər - ŞİKAYƏT
-
Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər - Tramp
-
Bakıxanov qəsəbəsində abadlıq işləri niyə yarımçıq dayandırılıb? - VİDEO
-
Azərbaycanda yenidoğulan körpələrin sayı azalır - Səbəb nədir?
-
İnstaqramda bu gün nələr paylaşıldı? - FOTOLAR
-
Ronaldo Messinin gedişini belə şərh etdi - “Səni qucaqlayıram...”
-
“Piano Hall“ şadlıq evində xoşagəlməz mənzərə - FOTOLAR
-
Bu yol da təmirə bağlanacaq - Xəbərdarlıq
-
“Avropanı çətin payız və qış gözləyir“ - Robert Fitso
-
Minlərlə müəllim işsiz qala bilər - Bunu heç kim gözləmirdi...
-
Bu il qızıl nə qədər ucuzlaşıb? – Son məlumat
-
Putin-Tramp telefon danışığı hələ razılaşdırılmayıb - Peskov
-
Heyvanların erkən kəsilməsi qadağan olunur - Ətin qiyməti necə dəyişəcək?
-
Baş prokuror Gəncədə vətəndaşları qəbul etdi - Fotolar
-
Tacikistan prezidentinin qızı rəsmi tədbirdə rəqs etdi - VİDEO
-
Aİ mümkün böyük hibrid hücuma hazırlaşır - Politico
-
Qobustan Qoruğunun 377 minlik abadlıq - Tenderlərin dəyişməz qalibi “Şəmkir Tikinti-18“
-
Xalq artistinin məclisdə pul toplaması qınandı - VİDEO
-
Müəllimlərin geyimləri necə olacaq? - Bunları geyinmək olar...
-
Bu şəxslər həm maaşını, həm də pensiyasını itirəcək - XƏBƏRDARLIQ
-
Yasamaldakı yanğınla bağlı klinika rəhbəri ifadə verdi - “Bağışlanmağımı istəyirəm“
-
Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var - Ömər Çelik
-
Montella ilə yollar ayrılır - 5 aylıq maaşını təzminat alacaq
-
Bakıda 24 yaşlı qadının qətli ilə bağlı şok detal: Qatil sosial şəbəkədə anons edibmiş...
-
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm FƏRMAN
-
“Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib” - Paşinyan
-
Sabiq nazir müavini onu son anda bağışladı - Məhkəmə xitam verdi...
-
Qazaxıstan Rusiyadan vətəndaşlarını tələb edir - Müharibəyə aparılıblar
-
Türkiyəli məşqçi Azərbaycandan deportasiya olundu - Səbəb nədir?
-
August Hanninqlə bağlı istintaqın Azərbaycanla heç bir əlaqəsi yoxdur - AnewZ
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Taksi fəaliyyəti üçün narkoloji müayinə sənədini saxtalaşdırdı - 3000 manat cərimələndi
-
“SOCAR-AQŞ”nin həbsdə olan sabiq baş direktoru Ramin İsayevlə bağlı qərar verilib - TƏFƏRRÜAT
-
Azərbaycanda iş rejimi dəyişəcək? - 4 gün iş 3 gün istirahət
-
Tikinti üçün yeddi nazirlikdən icazə alınmalıdır? - Nazirdən açıqlama
-
İlham Əliyev Vladimir Putinə zəng edib - Nələr müzakirə olunub?
-
Azərbaycanda bitkiçilik məhsulları üzrə özünütəminetmə səviyyəsi azalıb - FOTO
TOP 10
ARXİV






