Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Mərkəz Vəkil Bürosunun rəhbəri generalın oğluna qarşı yarım milyonluq dələduzluqda ittiham olunur

Tarix 08.02.23, 19:10

Font ölçüsü : - / +
bitmap-img6


"Mərkəz" Vəkil Bürosunun rəhbəri, həbsdə olan tanınmış vəkil Elçin Qəmbərovun cinayət işi üzrə ibtidai araşdırma başa çatıb.

APA xəbər verir ki, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Səbinə Məmmədzadənin sədrliyi ilə araşdırılacaq.

Elçin Qəmbərovun işində zərərçəkmiş qismində Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, hazırda həbsdə olan general-mayor Mövlam Şixəliyevin oğlu Elgün Şixəliyev tanınıb.

Vəkilin Elgün Şixəliyevin 500.000 (beş yüz min) manat pul vəsaitini ələ keçirdiyi iddia olunur.

Qeyd edək ki, Elçin Qəmbərov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb.

Cinayət Məcəlləsinin 178.4(xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham olunan vəkil barəsində həbs qətimkan tədbiri seçilib.

Vəkillər Kollegiyası Rəyasət Heyətinin 1 iyul 2022-ci il tarixli qərarı ilə Elçin Qəmbərovun vəkillik fəaliyyəti barəsində elan olunacaq hökm qanuni qüvvəyə minənədək dayandırılıb.




Xəbərin oxunma sayı : 745




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap