Röya kanallardan gileyləndi: “Hər kəsə pulsuz olar, bizə yox“ Nura çimərlik geyimində - FOTO Aygün Kazımovadan cəsarətli klip - VİDEO Aysel Əlizadə çimərlik geyimində - Fotolar
Axtar
 
  • / Maqazin / — 19 İyul 2021

    Röya kanallardan gileyləndi: “Hər kəsə pulsuz olar, bizə yox“

  • / Maqazin / — 15 İyul 2021

    Nura çimərlik geyimində - FOTO

  • / Maqazin / — 13 İyul 2021

    Aygün Kazımovadan cəsarətli klip - VİDEO

  • / Maqazin / — 09 İyul 2021

    Aysel Əlizadə çimərlik geyimində - Fotolar

  • / Maqazin / — 07 İyul 2021

    Azərbaycanlı aparıcı çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 03 İyul 2021

    Pərvindən çimərlik geyimində - FOTOLAR

Mina xəritələri, Zəngəzur dəhlizi: Ərdoğanın Şuşa səfəri hansı mesajları verir?

Tarix 11.06.21, 13:26

Font ölçüsü : - / +
bitmap-img6


“Azərbaycanın paytaxtı Bakıya səfər edib qardaşım İlham Əliyevin qonağı olacağıq. Oradan isə Şuşa şəhərinə səfər edəcəyik. İşğaldan azad olunan Şuşaya ailəvi səfər edib həm rəsmi görüşlərimizi keçirəcəyik, həm də müxtəlif yerləri ziyarət edəcəyik”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qrup iclasında demişdi.

Bəs Türkiyə prezidentinin Azərbaycana səfəri hansı mesajlardan xəbər verir?

Məsələ ilə bağlı Türkiyə-Azərbaycan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, AKP-nin  İstanbul millət vəkili Şamil Ayrım Modern.az-a açıqlama verib.

Onun sözlərinə görə, Ərdoğanın Azərbaycan səfəri son dərəcə önəmli mesajlar verəcək:

“Azərbaycanın şanlı qələbəsindən sonra İlham Əliyev prezidentimizi Şuşaya dəvət etdi. O da məmuniyyətlə bunu qəbul etdi. Artıq bu bayram görüşünə az müddət qalıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın bu ayın 14-də bəzi dövlət başçıları ilə görüşləri olacaq. Bu görüşlərdən sonra Bakı səfəri gözlənilir. Proqrama görə, Prezidentlər Şuşada da olacaq. Təbii ki, bu gəliş son dərəcə önəmlidir. 44 günlük Vətən müharibəsində prezidentimizin öndərliyi ilə Azərbaycanın yanında olduq, indi də yanındaydıq.  Azərbaycan xeyli şəhid verdi. Allah onlara rəhmət eləsin!

Müharibədən sonra bölgədə Türkiyəsiz bir həll yolunun olmayacağınını görmüş olduq. Bizim sərgilədiyimiz duruş savaşdan sonra da davam edir. ATƏT-in Minsk qrupu tərəfindən neçə ildir həll edilə bilməyən problemi Azərbaycan ordusu həll etdi. Müharibədən sonra Türkiyə yenə hər cür şərtlər altında Azərbaycanın yanındadır”.

Ş.Ayrım deyib ki, müharibədən sonra da Prezident İlham Əliyev tərəfindən də belə söylənildi ki, bu bölgədə sülh, istiqlaliyyət davamlı olaraq təmin ediləcək:

“Həmin mesajı bir daha Azərbaycanın öz torpağı olan Şuşada verəcəyik.  Ermənilər xəyal edirlər ki, Ərdoğan Şuşaya gələ bilməz və s. Bu, belə deyil, Rəhbərimiz iyun ayının 15-də orada olacaq. 16-sı axşamı isə qardaşı İlham Əliyevlə birlikdə Türkiyənin Uelslə futbol oyununu izləyəcək.

Birlikdə mesaj belə olacaq:

Şuşaya ailəvi səfər olacaq. Şuşa bizim üçün mədəniyyət paytaxtıdır. Bütün dünyaya bunu eşitdirmək lazımdır. Bundan əlavə, son hadisələrə də toxunulacaq. Biz doqquz maddəlik sülh bəyanatına əməl edilməməsinin şahidi olduq. Zaman-zaman ermənilərin sərhəd xəttini keçdiyini görürük. Buna qarşı olaraq birlikdə mesaj verəcəyik. Bu ana qədər Ermənistan əlində olan mina xəritələrini verməyib və Azərbaycanın onlarla vətəndaşı bu minalara görə şəhid olub.  Burda mina xəritələri və Zəngəzur dəhlizi də çox önəm daşıyır. Ermənistan bu dəhlizə mane olmaq üçün əlindən gələn bütün işləri görür. Təbii ki, bunula bağlı  iki qardaş qərarlı duruş sərgiləyəcək. Bir daha Azərbaycan-Türkiyə qardaşlığı, bu qardaşlığın bütün dünyaya örnək olmasını Şuşa şəhərindən göstərəcəklər”.

Əsgərlərlə görüş olacaq:

Azərbaycan xalqı  türk əsgərinin Qarabağda olmasından son dərəcə xoşbəxtdir. Bizim əsgərlərimizin bir qismi Azərbaycandadır. Hazırda bir hissəsi gözləmə məntəqəsinə nəzarət edir. Bəziləri isə təlimdədir. Əsgərlərimiz onsuz da təcrübəli hərbçilərdi. Ərdoğan və Hulisi Akar sadəcə bəzi tapşırıqlar verəcək. Görüşün əsas məqsədi ruh yüksəkliyi yaratmaqdır”.



Xəbərin oxunma sayı : 697

loading...

Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda