Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Moskva bizim seçkiyə hücum edir! – Almaniya mətbuatı

Tarix 23.09.21, 21:00

Font ölçüsü : - / +
bitmap-img6


Sentyabrın 26-da Almaniya parlamentinə – Bundestaqa seçki keçiriləcək. Seçki başa çatandan sonra ölkədə yeni hökumət və yeni hökumət başçısı (kansler) müəyyənləşəcək.

Seçkiqabağı kampaniya bir neçə aydır gedir. Novator.az-ın məlumatına görə, Almaniyanın “Bild” qəzeti yazır ki, bu dövrdə rusiyalı hakerlər Bundestaqın məlumat bazasına durmadan hücum edirlər.

Qəzetin “Moskva bizim seçkiyə hücum edir! Putinin hakerləri şifrələri oğurlamağa çalışırlar” başlığı altında dərc etdiyi məqalədə deyilir ki, hücumları “Ghostwriter” adlı haker qruplaşmasının üzvləri həyata keçirirlər. Bu qrupun Rusiya Silahlı Qüvvələrinin Baş Kəşfiyyat İdarəsinə aid olduğu iddia edilir. Ona görə də “Bild” qəzeti bütün bunları Rusiya prezidenti Vladimir Putinin hücumu kimi qiymətləndirir və belə bir sual verir: “Görəsən Putin bizim Bundestaqın deputatlarından oğurlanan məlumatlarla nə etmək fikrindədir?”

Almaniyanın dövlət qurumlarının hakerlərin ələ keçirdiyi məlumatlardan Putinin nə vaxt, necə, nə məqsədlə istifadə edəcəyi sarıdan çox narahat olduğunu vurğulayan qəzet yazır: “Belə görünür ki, məlumatlardan parlament seçkisindən sonra istifadə olunacaq. Onlardan daha çox hökumət koalisiyası qurulması üçün danışıqlar aparılan zaman istifadə ediləcəyi gözlənir”.

“Bild” yazır ki, oğurlanan məlumatlar məxfi informasiyalar deyil, əsasən gündəlik yazışmalar, deputatların bir-birilərinə elektron poçt vasitəsilə göndərdiyi məktublardır. Ancaq qəzet bu yazışmaların əldə edilməsinin də təhlükəli olduğunu diqqətə çatdırır. Çünki həmin məktublarda ayrı-ayrı partiyaları təmsil edən şəxslərin bir-biriləri haqda mənfi xarakterli fikirləri yer ala bilər. Belə fikirlərin ictimailəşməsi isə seçkidən sonra parlament partiyalarının koalisiya hökuməti qurmaq istədiyi vaxt problemlər yarada bilər.

Seçkilərin Keçrilməsinə Nəzarət Komissiyasından da qəzetə deyiblər ki, haker hücumlarında əsas məqsəd yazışmalardan kompromat kimi istifadə etməkdir.

Komissiyadan qəzetə onu da bildiriblər ki, hakerlər Bundestaq üzvlərinin elektron poçtlarının şifrələrini kütləvi şəkildə ələ keçirməyə çalışırlar.

Rusiyanın bu işdə tək “Ghostwriter” qrupundan deyil, pul mükafatı müqabilində başqa hakerlərin xidmətindən də yararlandığı vurğulanır.

Almaniya Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Gerhard Şindler “Bild”ə deyib ki, Moskva xeyli vaxtdır ayrı-ayrı cinayətkar haker qruplaşmaları ilə əməkdaşlıq edir, çünki bu ölkənin xüsusi xidmət orqanlarının, o cümlədən hərbi kəşfiyyatının haker əməliyyatlarının hamısını yalnız öz imkanları hesabına həyata keçirmək gücü yoxdur. 



Xəbərin oxunma sayı : 961




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap