Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

  • / Maqazin / — 12 May 2026

    Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 05 May 2026

    Müğənni yeni sevgilisinin olduğunu açıqladı - VİDEO

  • / Maqazin / — 26 Aprel 2026

    Aygün Kazımova görünüşü ilə ağılları başdan aldı - FOTOLAR

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

Sumqayıtda həkim başqa yerdə analiz verən pasiyenti müayinə etmədi - ŞİKAYƏTÇİ

Tarix 13.03.26, 23:08

Font ölçüsü : - / +
bitmap-img6


Sumqayıt şəhərində fəaliyyət göstərən "Real” Tibb Mərkəzinin doğum şöbəsinin müdiri, mama-ginekoloq Cavid Allahverdiyev pasiyentin başqa klinikada analiz verdiyini əsas gətirərək onu müayinə etməkdən imtina edib.

AzFakt.com "Bakupost"a istinadən xəbər verir ki, bu barədə pasiyent Yasəmən Əliyeva (ad şərtidir) məlumat verib.

Onun sözlərinə görə, həkimin qəbulunda olub və ona bir neçə analiz təyin edilib. Şikayətçi bildirir ki, həkim analizlərin hansı laboratoriyada verilməli olduğunu deməyib:

"Əvvəllər də ona müraciət etmişdim, kömək etmişdi. Bu dəfə də analiz üçün vərəq yazdı, amma harada verməli olduğumu demədi. Mən də gedib "İmplus"da verdim. Çünki qiymətlər daha münasibdir, "Real" klinikasında isə kəskin bahadır”.

Pasiyentin sözlərinə görə, analizlərin nəticəsini həkimə göndərsə də, o, baxmaqdan imtina edib:

"Axşam nəticələri göndərib soruşdum ki, Sumqayıta gəlməyimə ehtiyac varmı? Əgər adi bir şeydirsə, dərmanı alım. Amma yazdı ki, "İmplus”un analizlərinə baxmıram. Bu müəssisəni qoyub orada analiz vermisən’”.

Y.Əliyeva bildirir ki, səhhətinin ağır olduğunu və yenidən analiz verməyə imkanının olmadığını desə də, həkim razılaşmayıb:
"İşləmirəm, yalnız yoldaşım işləyir. Xahiş etdim ki, bu dəfəlik baxsın, növbəti dəfə harada desə, orada verərəm. Amma mənə yazdı ki, baxan deyiləm, get "İmplus”dakı həkim sənə baxsın. Yazdım ki, bu halda pulumu qaytarın, ora gedim”.

Pasiyent deyir ki, bundan əvvəl həkimdən razı qalıb, ona görə də müalicəsini orada davam etdirmək istəyib. O, məsələ ilə bağlı klinikaya müraciət etsə də, nəticə əldə olunmayıb:

"Klinikadan yazdılar ki, o bizim baş həkimimizdir. Analizi başqa yerdə verdiyiniz üçün həkim sizə baxmaq istəmir. Dedilər ki, ödəniş də qaytarılmayacaq, çünki sizi dinləyib. Halbuki mən onun məni dinləməsi üçün pul ödəməmişdim. Mən pul vermişdim ki, dərdimə çarə tapsın. Baş həkim olsun, kim olur-olsun, mən də Azərbaycan vətəndaşıyam və mənə xidmət göstərilməyib”.

Məsələ ilə bağlı Cavid Allahverdiyev açıqlamasında hadisəni təsdiqləyib və özünü haqlı hesab etdiyini bildirib:

"Əvvəldən tanıdığım xəstədir. Yanıma gəlib, qəbul etmişəm, şikayətini dinləmişəm. Başqa müəssisədə analiz verdiyi üçün isə son müraciətində ona baxmamışam. Bu mənim haqqımdır. Bu qədər bəsit”.



Xəbərin oxunma sayı : 1804




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap