| |
|
Deputat Cavanşir Feyziyev Londonda milyonluq mülklər alıb - SİYAHI
Saleh Məmmədov 1 ilə 176 milyon manat artıq vəsait xərcləyib - RƏSMİ
Leysan Məmmədovun fəaliyyəti araşdırılacaq….- Milyonlar necə xərclənir?
“Azəraqrar”ın əsl rəhbəri kimdir? - Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
Bizim iradəmizə qarşı çıxanın başı əziləcək - Azərbaycan Prezidenti
Maliyyə Nazirliyi AAYDA yoxlama aparır - Ciddi yeyintilər aşkarlanıb
Vensin Azərbaycana səfəri: Zəngəzur dəhlizinin müzakirələri yeni mərhələdə
Sovet təhsil elitası və cavabsız qalan suallar:Rektor 6 il sonra universitetə necə daxil olub?
Binəqədi rayonunda neft buruqları ərazisində daha bir qanunsuz tikinti - FOTO/VİDEO
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması - Kompromat savaşı yenidən başlayıb
Sahib Məmmədovun “mənbə” axtarışı qalmaqal yaratdı - İşçilərin otağından dinləyici qurğu tapılıb
Eyyubov və digər vəzifəli şəxslərin əməlləri açıqlandı - Baş Prokurorluq məlumat yaydı
“Bravo”nun sönükən fəaliyyəti - Marketlər şəbəkəsinin rəqabətə davamlılığı niyə hər gün zəifləyir?
Nağıllar diyarı Kapadokiyada evlənərək xoşbəxtliyə ilk addımınızı atın - FOTOLAR
Tarix 04.04.25, 22:54 |
|
PaylaşFacebookTwitterOdnoklassnikiEmailVKWhatsAppTelegram
Toyunuzu fərqli və unikal bir məkanda keçirmək istərdinizmi? Türkiyənin dünyaca məşhur Kapadokiyası – sehrli pəri bacaları, rəngarəng hava şarları və sirli mədəniyyəti ilə zəngin bir səyahət təcrübəsi təqdim etməklə yanaşı, nağılları xatırladan mühiti ilə möhtəşəm toy mərasimləri üçün də mükəmməl bir seçimdir.
Kapadokiyanın füsunkar mənzərəsi və romantik atmosferi, mağara otelləri, hava şarı gəzintiləri toyunuzu bu unudulmaz məkana yaraşan bənzərsiz bir mərasimə çevirə bilər.
Nağılları gerçəyə çevirin
Təsəvvür edin ki, pəri bacaları ilə əhatə olunmuş vadilərin birində, tarixi mağara otelində gözəl bir gününüzü qeyd edirsiniz və ya ulduzlarla bəzədilmiş səmada dam örtüyü terrasında möhtəşəm bir ziyafət təşkil edirsiniz. Hətta toy mərasiminizi bu fərqli yerdə edə sevginizi hava şarında bəyan edə bilərsiniz.
Kapadokiya hər zövqə uyğun fərqli məkanlar təklif edir, istər yaxınlarınızla səmimi bir məclis, istərsə də genişmiqyaslı bir tədbir planlaşdırın. Peşəkar və çoxdilli heyətə malik tədbir və təşkilatçılıq şirkətləri, seçdiyiniz məkanda arzularınıza uyğun yüksək standartlı toy mərasimini həyata keçirə bilər. Onların yüksək səviyyəli xidmətləri və dünya səviyyəsində qonaqpərvərliyi sayəsində toy gününüz unudulmaz bir xatirəyə çevriləcək.

Açıq havada, təbiətin yaratdığı möhtəşəm mənzərələr arasında həyatınızın ən xüsusi gününü qeyd etməyi düşünürsünüzsə, Kapadokiyanın valehedici pəri bacaları fonunda çəkilən unikal fotolarla bu anları əbədiləşdirə bilərsiniz.
Əgər daha romantik və elit bir atmosfer arzulayırsınızsa, dam terrasları mükəmməl seçim ola bilər. Möhtəşəm gün batımı mənzərələri ilə bəzədilmiş məkanlarda təşkil edilən ziyafətlər, yerli mətbəxin ləzzətli təamları və seçilmiş şərablar qonaqlarınıza unudulmaz bir təcrübə yaşadacaq.
Bundan əlavə, tarixlə müasir rahatlığın qovuşduğu mağara otelləri toy mərasiminizə bənzərsiz bir ovqat qatacaq. Füsunkar mənzərələri, dəbdəbəli restoranları və xüsusi konseptli interyerləri ilə bu otellər, lüks və fərqlilik axtaran cütlüklər üçün ideal seçimdir. İsti hovuzlarla təchiz olunmuş eksklüziv suitlər və şərab axan kranlar isə bu unikal təcrübəni daha da yaddaqalan edəcək.

Kapadokiyada keçirilən toy mərasimi təkcə sizin üçün deyil, qonaqlarınız üçün də yaddaqalan olacaq. Toy mərasimi ilə yanaşı, onlar toy öncəsi və ya sonrası bölgəni kəşf etmək imkanı da əldə edəcəklər.
Qonaqlar Kapadokiyanın məşhur pəri bacalarını və sirli yeraltı şəhərlərini – Derinkuyu və Kaymaklı kimi, içərisində otaqlar, kilsələr, tunellər və hətta şərab anbarları olan unikal məkanları ziyarət edə bilərlər. Bu füsunkar mənzərələri ən yaxşı şəkildə izləmək üçün UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmiş Göreme Açıq Hava Muzeyi üzərində hava şarı gəzintisi unudulmaz bir təcrübə olacaq.
Bölgənin möhtəşəm landşaftını fərqli şəkildə kəşf etmək istəyənlər üçün vadilərə yaxşı bələd olan atlarla gəzinti də maraqlı seçimlərdən biridir. Digər tərəfdən, qədim qayalara oyulmuş kilsələr və gözoxşayan freskalarla bəzədilmiş monastırlar Kapadokiyanı dini turizmi üçün də əhəmiyyətli bir məkan halına gətirir. Burada qonaqlar, erkən xristian icmalarının bədii möcüzələrini seyr edərkən, eyni zamanda, əsrlərin dərinliklərinə uzanan mənəvi bir səyahətə çıxaraq Kapadokiya səyahətini daha da maraqlı edəcəklər.
Kapadokiya həm də qastronomiya həvəskarları üçün əvəzolunmaz bir məkandır. Qonaqlarınız toy mərasimində yerli mətbəxin ləzzətlərindən dadacaqlar, lakin onların kulinariya macəraları bununla bitməyəcək.
İlk dayanacaq, bölgənin məhsuldar və geniş üzüm bağları ola bilər. Vulkanik torpağı sayəsində Kapadokiya qədimdən bəri üzümçülük ənənəsi ilə tanınır. Bağlara təşkil edilən turlar çərçivəsində qonaqlar bu qədim ənənənin izlərini kəşf edə bilərlər. Daha sonra, ilboyu açıq olan xüsusi emalatxanalarda üzümün dadlı səyahətinə şahidlik edərək, şərab istehsalının incəliklərini öyrənə bilərlər.

Bundan sonra isə, Emir üzümündən hazırlanan xüsusi şərablarla birlikdə bölgənin məşhur yeməklərindən dadmaq olar. Testi kababı və Nevşehir mantısı (düyü və ət qarışığı ilə doldurulmuş ravioli) bu unikal qastronomik səyahətin ayrılmaz hissəsinə çevriləcək və Kapadokiya təcrübəsini daha da zənginləşdirəcək.
Yeni evlənənlər üçün xoşbəxtlik: Bal ayı
Toydan sonra yeni evlənən cütlüklər Kapadokiyada bal ayı üçün də gözəl imkanlar tapa bilərlər. Günə romantik hava şarı gəzintisi ilə başlamaq, spa mərkəzlərində dincəlmək, Avanosda dulusçuluq emalatxanasına qatılaraq xatirə hədiyyələri hazırlamaq və axşamı qayalıqların kölgəsində şam işığında xüsusi bir şərabla bitirmək Kapadokiyada unudulmaz anlar yaşamağa imkan verəcək.

Kapadokiyanın sehrli atmosferi toy gününüzü və bu möhtəşəm anları sizin və qonaqlarınız üçün ömürlük unudulmaz bir xatirəyə çevirsin!
Xəbərin oxunma sayı : 1699
Xəbərlər
-
6 vəkili, milyonları var, qızına aliment ödəmək istəmirdi - Oliqarx İsmayılovun oğlu yenə uduzdu…
-
Şuşaya gedənlərin diqqətinə: 150 manat cərimə oluna bilərsiniz
-
Prezident Slovakiya Milli Şurası sədrini qəbul etdi - FOTOLAR
-
ABŞ Donbasın Rusiyaya verilməsi ilə bağlı Putinlə razılaşıb? - Trampdan cavab
-
Elnarə Rzayevaya şamil edilən amnistiya aktı ləğv edildi - QƏRAR
-
Şəmkirdə artezianın fəaliyyəti niyə dayandırılıb? - VİDEO
-
İşdən çıxan şəxs hansı halda - Geri qayıda bilər?
-
Beyləqanda asfaltlanma işləri davam edir - FOTOLAR
-
Azərbaycan neftinin qiyməti bahalaşdı - Qara qızıl 115 dolları keçdi
-
Parklanma nişanı görünmür, sürücülər cərimələnir - Yasamalda qəribə vəziyyət (VİDEO)
-
Daha 3 itkin şəhidimiz dəfn olunacaq - Bu tarixdə (FOTO)
-
İran yeraltı raket anbarları və buraxılış sistemlərinin 90 faizini bərpa edib - “The New York Times”
-
Alternativ yollardan istifadə edin - Sürücülərin nəzərinə
-
Zəngilan şəhərinə və Cəbrayılın Şükürbəyli kəndinə köç karvanları yola salınıb - FOTO
-
Aysel Teymurzadə mini geyimdə ağılları başdan aldı - FOTOLAR
-
Məhəmməd Salah Türkiyə klubunun hədəfində: Astronomik təklif
-
Bakıda ilk tramvay xətti bu istiqamətdə olacaq - RƏSMİ
-
“Kristal Abşeron“dan mənzil alanlar niyə peşman olur? - SƏBƏBLƏR
-
233 saylı məktəbdə bıçaqlanma - 7-ci sinif şagirdi yaralandı (VİDEO)
-
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
-
Hörmüz boğazının bağlanması sabitliyə böyük təzyiq göstərir - Hakan Fidan
-
Bu küçədəki xətlənmə sürücülərdə çaşqınlıq yaradıb - VİDEO
-
Prezidentin sosial şəbəkə hesablarında WUF13 ilə bağlı paylaşım edildi - VİDEO
-
Göyçayda 31 yaşlı qadın kafedə qətlə yetirildi - Əri saxlanıldı
-
Joze Mourinyo yenidən “Real Madrid“də: Tərəflər tam razılığa gəldilər
-
Prezident Şahbaz Şəriflə telefonda danışdı - Nələr müzakirə edilib?
-
Bakıda tanışlıq tələsi:3 nəfərlik dəstə saxlanıldı
-
“Sabah“ tarixinin ən bahalı transferini edir - Polşa millisinin üzvü...
-
Vilayət Eyvazov DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı keçirdi - FOTO/VİDEO
-
70 ton yanacaq mənimsəmişdilər - Azadlığa buraxıldılar
-
Azərbaycanda qanunsuz lizinq -“Vüsal 300“-ün adamları sosial şəbəkələri “zəbt” edib
-
Məhkəmə qərar verdi - Aynur Camalın Əli Vəliyevlə bağlı şikayəti rədd edildi
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Müharibə “istənilən an“ dayana bilər, Putin Zelenski ilə görüşə hazırdır - Kreml
-
“Ege Hospital” sığorta ilə körpənin müayinəsindən imtina edib: 350 manatım yoxdur, uşağımı öldürürlər...
-
Abdin Fərzəliyevin sevimli şirkəti: Ötən il 1,3 milyon, bu il 353 min manatlıq sifariş
-
Taker Karlson ABŞ-nin növbəti prezidenti ola bilər - “The Hill“
-
Prezident Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış oldu - FOTOLAR
-
Azərbaycanda hantavirusun yayılma riski yüksəkdir? - ÜST açıqladı
-
Oliqarx oğlu alimentə etiraz edir - Milyonluq obyektləri var
-
Xabi Alonso “Çelsi”nin baş məşqçisi ola bilər - “The Athletic”
-
“Sərnişinlərimizdən bir daha üzr istəyirəm...” - Vüsal Aslanov
-
Azərbaycanda orta aylıq əməkhaqqı 6 %-dən çox artıb - Rəsmi
-
Klubu rəsmən təsdiqlədi: “Qarabağ“ ilk transferini etdi
-
Son günlər əhali arasında yayılan virus nədir? - Səhiyyə Nazirliyindən açıqlama
-
Antarktida buzsuz necə görünərdi? - Alimlər heyrətamiz cavab verib
-
“BƏƏ İrana qarşı gizli hava hücumları həyata keçirib” - “WSJ“
-
Milli Məclis təsdiqlədi: Qubanın üç kəndinin adı dəyişdirilir
-
Yanan anbar “Kontakt Home”a məxsusdur - Şirkət açıqlama yaydı
-
Suraxanı rayonunda kollektor çökdü - Onlarla ailə TƏHLÜKƏDƏ
-
Tramp tədbir zamanı kameralar qarşısında yenə yuxuladı - VİDEO
-
Prezident bp-nin baş icraçı direktorunu qəbul etdi - Fotolar
-
Salyanın bu kəndində yollar acınacaqlı vəziyyətdədir - VİDEO
-
Hindistan Rusiya qazına “yox” dedi - Avropa ölkələri isə idxalı artırır
-
Balaxanıda on illər əvvəl qazılmış quyular - Yenisi niyə qazılmır?
-
Milli Məclisin iclası başladı: Gündəlikdə 8 məsələ var
-
Azərbaycanlılar daimi yaşamaq üçün hansı ölkələrə köçüblər? - Siyahı
-
Süni intellektdən sağlamlıq məsləhəti alanlara xəbərdarlıq - VİDEO
-
Lökbatanda güclü yanğın - Nazir hadisə yerinə gəldi (VİDEO+FOTOLAR)
-
Almaniya klubu azərbaycanlı futbolçuya rəsmi təklif göndərdi - Detallar məlum oldu
-
Maştağada bəzi həyət evlərini çömçəquyruqlar basdı - VİDEO
-
Tramp İrana qarşı müharibəni yenidən başlatmağı ciddi şəkildə düşünür - CNN
-
Bu ərazilərdə maşın saxlamaq qadağan edilir - VİDEO
-
Problemli kreditlərin kəskin artmasının səbəbi nədir? - VİDEO
-
Siyəzəndə dəmiryol xəttinin təmiri sakinlərin vəziyyətini daha da çətinləşdirdi - VİDEO
-
Kəlbəcərdə hərbçilərimiz minaya düşdü - Vəziyyətləri stabildir
-
Türkiyəli iş adamı milyonluq ziyana düşdüyünü iddia edir - VİDEO
-
Makron “Afrika irəli” sammitində özündən çıxdı - “Belə insanlarla mədəniyyətdən danışmaq olmaz”
-
Dünya mediası İlham Əliyevin Zəngilanda çıxışı zamanı verdiyi mesajlardan yazır - Fotolar
-
Paytaxtın 233 saylı məktəbində beşinci sinif şagirdi bıçaqlandı - Polis araşdırır
-
“ABŞ nüvə tozunu qazıb çıxarmalı olacaq“ - Donald Tramp
-
Dünyanın ən böyük 25 suveren sərvət fondu - Norveç liderliyini qoruyur
-
Rusiyanın Avropada təsirləri yenidən artır - Kaya Kallas
-
Sosial şəbəkədə canlı yayım açıb söyüş söyən üç gənc cəzalandırıldı - 15 günlük həbs
-
ABŞ Argentina və Çilidəki Çin kosmik layihələrinə zərbə vurdu - NYT
-
Həftəsonu axtarışda olan 67 nəfər saxlanılıb - Daxili İşlər Nazirliyi
-
Cənubi Koreya ordusunda insanları robotlar əvəzləyəcək? - Nazirlikdən qərar
-
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
-
Rusiya ordusunda döyüşən 8 azərbaycanlı həlak olub - ADLAR
-
Aİ Suriya ilə əməkdaşlığı bərpa etdi - 15 ildən sonra
-
Son 13 ildə əsas ərzaq məhsullarının qiyməti necə dəyişib? - SİYAHI
-
Bakıda saxlanılmış mafiya başçısı Şri-Lankaya ekstradisiya edilib - VİDEO
-
Macarıstan Ukraynaya silah və əsgər göndərməyəcəklər - Anita Orban
-
Armatur satışı adı altında 190 minlik dələduzluq - 4 nəfər saxlanıldı
-
Bölgələrdə daşınmaz əmlak niyə bahalaşır? - Ekspertlər səbəbləri açıqlayır
-
Nərgiz Məhəmmədi zaminə buraxıldı - Tehranda müalicə alacaq
-
Türkiyədə hantavirus karantini: Üç nəfər təcrid olundu
-
Biri kosmetik vasitə oğurladı, digəri elektron siqaret - İkisi də saxlanıldı
-
Almaniya fikrini dəyişdi: Şröderi danışıqlara göndərməyi nəzərdən keçirir
-
Şimşək çaxacaq, dolu düşəcək, çaylardan sel keçəcək - Xəbərdarlıq
-
Rusiya İrana hərbi yükləri Xəzərlə göndərir - ABŞ bu marşruta toxuna bilmir
-
Azərbaycan Kubokunda finala doğru: 10 mövsümün rekordu
-
Sosial şəbəkədə qan axtarışı: Vətəndaşlar niyə donor tapmaqda çətinlik çəkirlər?
-
Binəqədidə şirkətdən 7 min manatlıq kabel oğurlandı - İki nəfər saxlanıldı
-
Motosiklet piyada keçidinə çırpıldı - Sürücü öldü + Video
-
“Turan Tovuz“un futbolçusu 100-ə çatdı - İkinci ispaniyalı
-
Bank işçiləri ilə bağlı qərar: İmtahanlara cəlb olunacaqlar - Hansı suallar veriləcək?
-
Abşeronun Qobu qəsəbəsində su problemi yaşanır - VİDEO
-
Xanım sahibkar Gülşən Məmmədli ilə bağlı ilginc iddialar - Dövlətin verdiyi icazə sənədini satır?
-
Dünya bazarında təlatüm: Bir milyard barel neft itib
-
Tramp 8,5 il sonra Çinə səfər edəcək - Tarix açıqlandı
-
“Barselona” “Real Madrid”i məğlub etdi - İspaniya çempionu oldu + Video
-
Şəki dağlarında gecə əməliyyatı: Köməksiz qalanlar xilas edildi (VİDEO)
-
“ABŞ gec-tez İranın zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirəcək“ - Tramp
-
Tarixi Qum hamamı, neft qoxuyan tarix: Dəyişən Balaxanıdan reportaj (VİDEO)
-
Burada uşaqlar hər gün Kürü qayıqla keçib məktəbə gedirlər - Video
-
Heydər Əliyevdə ilahi bir güc vardı - dayısı qızından diqqətçəkən açıqlamalar
-
Prezidentin Zəngilan sakinləri ilə səmimi anları - VİDEO
-
Məktəblərin birləşdirilməsi istiqamətində iki model tətbiq edilir - Nazir
-
ABŞ-dan İrana mesaj:Diplomatiya davam edir, hərbi variant masadadır
-
Dünya bazarlarında kənd təsərrüfatı məhsulları neçəyə satılır? - Siyahı
-
“Turan Tovuz“ rəsmən Avropada! - “Karvan“ Premyer Liqadan getdi
-
Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO
-
Hər ayın 8-i və ya 9-u ödənilən pensiyalar indi niyə 14-də verilir? - AÇIQLAMA
-
DYP cərimələrində “35% endirim” tələsi - Vətəndaşlara xəbərdarlıq
-
Avtomobil yollarında görünüş məsafəsinin məhdudlaşacaq - Xəbərdarlıq
-
“Məhkəmə qərarını geri oxutmaq istəyirlər” - işin içində keçmiş vəkil Adəm Məmmədov da var
-
“Qətər Hörmüz boğazını yardı“ - Müharibədən sonra ilk qaz tankeri yola salındı
-
Mehriban Əliyeva Zəngilandan maraqlı paylaşım edib - Fotolar
-
Prezident təqaüdü kimlərə və nə qədər verilir? - SİYAHI
TOP 10
ARXİV






