Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova
Axtar
 
  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

  • / Maqazin / — 04 İyun 2026

    “Elə kişi ilə 1 gün də yaşamaram” - Aygün Şükürova

  • / Maqazin / — 15 May 2026

    Britni Spirs restoranda qalmaqal yaradıb - Hürüb, bıçaqla gəzib

Naxçıvan reysləri geri qayıtdı - AZAL səbəbini AÇIQLADI

Tarix 12.06.26, 21:54

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycan Hava Yollarının (AZAL) J2-285 və J2-291 nömrəli Bakı-Naxçıvan reyslərini icra edən təyyarələr bölgədə hökm sürən ildırımlı hava şəraiti və yağan dolu səbəbindən Bakıya geri qayıdıb.

Bu haqda “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarələr Heydər Əliyev Beynəlxalq Aeroportuna müvafiq olaraq 21:27 və 21:32-də uğurla eniş edib: “Qeyd edək ki, əlverişsiz hava şəraitinin bu gün davam edəcəyi gözlənilir. Sərnişinlərə mümkün dəyişikliklərlə bağlı ətraflı məlumat veriləcək və hava şəraiti sabitləşdikdən sonra uçuşlar ştat rejimdə icra edilməyə davam edəcək.

Məlumat üçün bildiririk ki, son günlər Naxçıvanda müşahidə olunan qeyri-sabit hava şəraiti Bakı–Naxçıvan–Bakı marşrutu üzrə reyslərin planlaşdırılmış qrafikə uyğun icrasını çətinləşdirərək uçuş cədvəlində müəyyən dəyişikliklərə səbəb olub. Naxçıvanın coğrafi yerləşməsi və dağlıq relyefi səbəbindən külək, görmə məsafəsinin məhdudlaşması və sürətlə dəyişən meteoroloji şərait bir çox hallarda uçuş əməliyyatlarına birbaşa təsir göstərir. Bu səbəbdən uçuşların təhlükəsiz şəkildə yerinə yetirilməsini təmin etmək məqsədilə hava şəraitinə uyğun olaraq operativ qərarlar qəbul edilir.

AZAL-da bütün qərarlar sərnişinlərin və ekipajın təhlükəsizliyinin təmin olunması məqsədilə qəbul edilir və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına uyğun şəkildə həyata keçirilir”.



Xəbərin oxunma sayı : 1546




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap