Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Nazarbayev nəhayət üzə çıxdı: “Bu hadisələr bütün Qazaxıstanı sarsıtdı...”

Tarix 18.01.22, 15:06

Font ölçüsü : - / +
bitmap-img6


Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayev ölkəsində etirazların başlamasından və yatırılmasından sonra ilk dəfə üzə çıxıb. virtualaz.org xəbər verir ki, Nazarbayev videomüraciət yayıb və ölkədən heç yana getmədiyini, Qazaxıstan paytaxtında olduğunu və hazırda istirahət etdiyini bildirib.

-Hörmətli qazaxıstanlılar! Əziz həmvətənlər! Yanvar hadisələri bütün Qazaxıstanı sarsıtdı. Təşkil olunmuş bu iğtişaşların və Qazaxıstana hücumların məqsədi ölkənin bütövlüyünü və dövlətin dayaqlarını dağıtmaq idi. Bu hadisələr bir daha göstərir ki, müstəqilliyi göz bəbəyi kimi, xüsusi qayğı tələb edən kövrək budaq kimi qorumaq lazımdır. Baş vermiş faciə bizim hamımız üçün dərs oldu.

Aydınlaşdırmaq lazımdır ki, bu poqromları və qətlləri kim təşkil etmişdi. İstintaq bu suala cavab verəcək. Həlak olanların yaxınlarına və doğmalarına səmimi başsağlığı verirəm, zərər çəkənlərin tezliklə sağalmasını arzu edirəm.



Mənim ünvanıma daxil olan çoxsaylı müraciətlərə və KİV-lərdə dərc edilmiş xəbərlərə cavab olaraq bildirirəm ki, 2019-cu ildə səlahiyyətlərimi prezident Kasım-Jomart Tokayevə vermişəm və o vaxtdan bəri pensiyadayam, hazırda da Qazaxıstan paytaxtında dincəlirəm və heç yana getməmişəm.

Prezident Kasım-Jomart Tokayev tam hakimiyyətə sahibdir. O, Təhlükəsizlik Şurasının sədridir. Tezliklə prezident “Nur Otan” partiyasının sədri seçiləcək. Ona görə də elita daxilində heç bir münaqişə və qarşıdurma yoxdur. Bu barədə şayiələr əsassızdır.

Hamıya məlumdur ki, mən 30 il, dayanmadan Vətənimiz naminə işləmişəm. Biz onun sərhədlərini möhkəmləndirmişik. Proqressiv islahatlar aparmışıq. Birlikdə müstəqil Qazaxıstan qurmuşuq, sosial-iqtisadi inkişafda böyük nailiyyətlər qazanmışıq, bir çox göstəricilərə görə təkcə Mərkəzi Asiyada deyil, eyni zamanda MDB-də lider olmuşuq. Qazaxıstan dünya ictimaiyyətinin tanıdığı və hörmət etdiyi ölkəyə çevrilib. Bu, bütün qazaxıstanlıların birliyinin və sıx birləşməsinin nəticəsidir.

Ölkədə stabillik və sakitlik həmişə mənim məqsədim olub. Bu üstün dəyərləri hamımız qorumalıylq. Biz hökmən bu böhranı dəf edəcəyik və daha güclü olacağıq. Prezident xalqın rifahını yüksəltməyə yönəlmiş yeni islahatlar proqramı irəli sürüb. Bu proqramı dəstəkləmək lazımdır. Əziz həmvətənlər, sizlərə sağlamlıq və rifah arzu edirəm! Mənim dövlət başçısı postunda yürütdüyüm islahatları və modernləşmə  kursunu dəstəklədiyiniz üçün təşəkkür edirəm.



Xəbərin oxunma sayı : 580




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap