Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Naziri öldürmək istəyən sui-qəsdçilər belə tutuldu - Film kimi əməliyyat

Tarix 09.08.22, 14:21

Font ölçüsü : - / +
bitmap-img6


Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiyanın sui-qəsd qrupunun Ukraynanın müdafiə naziri Aleksey Reznikov və ordunun yüksək rütbəli hərbçilərini öldürməyi planlaşdırdığını açıqlayıb.

Musavat.com xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin hərbi kəşfiyyat qurumuna (GRU) bağlı olan sui-qəsd qrupunun üzvləri artıq saxlanıb.

“Onlar ölkəmizin müdafiə nazirinin və Baş Kəşfiyyat İdarəsinin rəisinin, eləcə də tanınmış ukraynalı fəalın qətlinə hazırlıq görürdülər. Öldürülməsi planlaşdırılan hər bir şəxs üçün onlara 100-150 ​​min dollar pul mükafatı vəd edilib” - Ukrayna Təhlükəsizlik Xidmətinın açıqlamasında bildirilib.

Məlumata görə, sui-qəsd qrupu izi itirmək üçün Ukraynaya Belarus ərazisindən daxil olub.

Ukrayna kəşfiyyatı onların nəzarət-buraxılış məntəqələrindən Volın vilayətinə girişini və əlaqəli şəxslərlə görüşlərini qeydə alıb. Kəşfiyyatçılar ciddi hücumun qarşısını almaq üçün Kovel şəhərində sui-qəsdçiləri saxlamağa müvəffəq olublar. Həbs edilən hər iki şəxs qəsdən adam öldürmədə ittiham olunur.

Saxlanan şəxslərin üzərində Rusiya pasportlarının olduğu da bildirilir.





Xəbərin oxunma sayı : 439




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap