Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“
Axtar
 
  • / Sosial / — 13 Mart 2026

    Nazirlik “Dokta“da yoxlama apardı - Pozuntular aşkarladı

  • / Maqazin / — 27 Fevral 2026

    Azərbaycanda bu məşhur müğənnilərə efir qadağası qoyuldu - SİYAHI

  • / Maqazin / — 22 Fevral 2026

    “Sevdiyim şəxs var, heç “instagram“ı da yoxdur“ - Aysun

  • / Maqazin / — 05 Fevral 2026

    Boşandığı həyat yoldaşı ilə bağlı etiraf etdi: “Onu sevirəm“

  • / Maqazin / — 26 Yanvar 2026

    Efirdə xanəndə ilə Mənzurə arasında gərginlik - VİDEO

  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

Nə market qalıb, nə işçi, amma cərimə gəlir - VİDEO

Tarix 06.03.26, 23:03

Font ölçüsü : - / +
bitmap-img6


2015-ci ildə fəaliyyətini dayandıran obyektə 11 ildən sonra 1 000 manat cərimə tətbiq olunub.

Bu obyekt Sumqayıt şəhəri, Koroğlu prospekti, 746 ünvanında yerləşən aptekdir. Lakin 2015-ci ilə qədər burada market fəaliyyət göstərirdi. Cərimə marketin 11 il əvvəlki sahibinə işçilərə aşağı maaş verilməsi səbəbindən yazılıb. Halbuki hazırda burada nə market fəaliyyət göstərir, nə də işçilər çalışırlar.


Fevralın 12-də 2026-cı ildə tətbiq olunan 1 000 manatlıq cərimə ilə bağlı şikayətçi Asif Qurbanov Baku TV-yə bildirib:

"Sumqayıt Regional Mərkəzinə müraciət etdim. Məlum oldu ki, cəriməni Baş İdarədən yazıblar. Onlar mənə bildirdilər ki, İnzibati Xətalar Məcəlləsini pozmuşam, işçilərə az maaş vermişəm. Dedim ki, siz bunu necə yazırsınız? Yoxlamadan, yerində baxış keçirmədən cərimə yazmaq qanunsuzdur. Bu insanlar qeyri-qanuni olaraq cərimə yazıblar. 11 ildir obyektimiz bağlanıb və işçilər də mənim qardaşlarım olub. Bağladıqdan sonra Vergi Xidmətinə müvafiq hesabatları vermişəm. Sadəcə olaraq, onlar 11 il əvvəl mənim işçilərimə verdiyim 250 manat maaşı nəzərə alıblar. Hazırda isə minimum əməkhaqqı 450 manatdır".

Dövlət Əmək Müfəttişliyi Xidməti isə məsələyə belə münasibət bildirib:

"Əmək və məşğulluq" altsisteminə baxış zamanı işçilərlə aktiv əmək müqavilələrinin mövcudluğu müəyyən olundu. Eyni zamanda işçilərə minimum əməkhaqqından aşağı maaş ödənilməsi faktı aşkarlandığı üçün Asif Qurbanov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun cərimə tətbiq edilib. Sahibkar bu qərara görə şikayət edib. Şikayətə İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun baxılacaq və müvafiq qərar qəbul ediləcək".



Xəbərin oxunma sayı : 1663




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap