Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Nə veteranlıq vəsiqəsindən, nə də müavinətdən xəbər var - Nazirlər Kabineti komissiya yaradıb, amma...

Tarix 22.10.21, 23:00

Font ölçüsü : - / +
bitmap-img6


"Vətən müharibəsi zamanı Murovdağ istiqamətində döyüşlərə qatılmışam, ötən ilin dekabr ayında ordudan təxris olundum. Amma 10 ay keçməsinə baxmayaraq, nə veteranlıq vəsiqəsini, nə də müavinət ala bilməmişəm. İki dəfə hərbi komissarlığa müraciət etdim, bildirdilər ki, bu məsələ ilə komissiya məşğul olur, bizlik deyil".

Bunları "AzPolitika.info"-ya müraciət edən Şəmkir sakini Elşən Nağıyev bildirir. O, həm də veteranlıq müavinətinin hansı tarixdən hesablanacağından narahatdır: "Əslində, müharibənin başladığı gündən hesablanıb, ödəniş edilməlidir. Bunu edəcəklər, ya yox, bu müəmmalıdır". 

Kimlər müharibə veteranı hesab edilir və hansı sənəd tələb olunur?

Mövcud qanunvericiliyə görə, 1994-cü il mayın 12-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak edən bütün iştirakçılar və 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçular müharibə veteranı hesab edilirlər.

Şəxsin müharibə veteranı hesab edilməsi üçün “Müharibə veteranı vəsiqəsi” tələb olunur.

Xatırladaq ki, bu il aprelin 23-də Prezident İlham Əliyev “Veteranlar haqqında” Qanunda dəyişiklik edilməsi barədə qərar verib.

Dəyişikliyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Qeyd edək ki, bu ilin yanvar ayının 30-da Nazirlər Kabinetinin qərarı ilə Vətən müharibəsi iştirakçılarına “Müharibə veteranı” adının verilməsi işinin təşkili üzrə komissiya yaradılıb. Baş nazirin müavini Yaqub Eyyubovun sədrlik etdiyi quruma güc nazirlikləri və ədliyə, səhiyyə, sosial qurumlarda müavin postu tutan şəxslər üzv təyin edilib. Ötən 10 aya yaxın müddətdə komissiyanın hansı işlər gördüyü barədə heç bir məlumat yoxdur. Paradoksal haldır ki, Müdafiə Nazirliyi tərəfindən müharibə iştirakçılarının bir çoxu orden və medallarla təltif olunub, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə döyüşlərdə yaralanaraq əlil olmuş 2 min nəfərdən artıq qaziyə müxtəlif dərəcəli əlillik qrupları təyin edib, onlar hazırda müəyyən edilmiş həcmdə müavinətlər alırlar. Amma müxtəlif mənbələrin məlumatına görə, sayı 80 min nəfərdən artıq olan müharibə iştirakçılarının veteranlıq statusu düyünə düşüb. Komissiya bu günə qədər hansı işləri görüb, müavinətlər hansı aydan hesablanacaq, təltif olunmuş hərbçilərə əlavə ödənişlər olacaqmı və s. suallar açıq qalıb.

Nazirlər Kabinetinə bu barədə ünvanladığımız suala cavabda bildirildi ki, hələlik yeni bir məlumat yoxdur.

Açıklama yok.

Hərbi ekspert Ədalət Verdiyev yaranmış vəziyyəti "AzPolitika.info"ya şərh edərkən bildirib ki, Nazirlər Kabinetində yaradılan komissiya ötən 9 ay müddətdində yalnız bir dəfə, vəsiqələrin alınmasında hansısa dəyişiklik olacağı barədə açıqlama verib. Onun sözlərinə görə, bundan başqa sözügedən komissiyanın nə iş gördüyü bu günə qədər bəlli deyil: "Əslində, hərbçilər öncə veteran olur, sonra orden, medalla təltif edilir, yaxud qazi olurlar. Bizdə isə tam tərsinədir. Hərbçi müharibədə döyüşüb, əlini, ayağını, müxtəlif orqanlarını itirib, Prezident tərəfindən mükafatlandırılıb, lakin onun veteran olub-olmadığı hələ də müzakirə olunur. Əlbəttə, bəzi məsələlərin həlli bir müddət tələb edə bilər. Amma müharibə əlillərinin, qazilərin veteranlığının müzakirə edilməsi absurd məsələdir. Mən bunu nə qəbul edə, nə də anlaya bilmirəm".

Hərbi ekspert hesab edir ki, bu komissiyanın üzvlərindən biri təcili qaydada, bəlkə də media vasitəsi ilə çıxıb ləngimənin səbəblərini ictimaiyyətə, döyüşçülərimizə açıqlamalıdır. "Çünki problem uzun müddətdir davam edir və heç bir nəticə yoxdur. Veteranlardan mənə müraciət edənlərin sayı çoxdur. Onlar bildirirlər ki, keçən ilin sentyabrından bu günə qədər veterandırlar, amma 80 manatlıq vəsaiti nə zaman alacaqlar, onu bilmirlər", - ekspert əlavə edib.

Maraqlıdır, bəs həmin vəsait hansı tarixdən ödəniləcək?

Ə.Verdiyev təəssüflə vurğulayır ki, onun özü də bu suala cavab tapa bilmir: "Sizlərdən xahiş edirəm, Nazirlər Kabinetinin nəzdində olan bu komissiyanın üzvlərindən birini tapın, açıqlama alın. Bu məsələ mənim üçün də maraqlıdır".



Xəbərin oxunma sayı : 637




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap