Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

Neft hasilatında kəskin azalma – 5 ayda 400 min ton az istehsal edilib

Tarix 13.06.22, 17:23

Font ölçüsü : - / +
bitmap-img6


2022-ci ilin yanvar-may aylarında neft hasilatı kondensat həcmləri də nəzərə alınmaqla 13,9 milyon ton təşkil edib. Bu haqda Energetika Nazirliyi məlumat yayıb.

“Caspianbarrel.az”ın təhlilinə görə, bu məlumat ötən ilin müvafiq dövrü ilə müqayisədə Azərbaycanda neft və kondensat hasilatının 400 min ton azaldığını göstərir. Eyni zamanda, AÇG blokundan 8,8 milyon ton neft hasil edilib, 3,2 milyon ton SOCAR-ın yataqlarının payına düşüb, daha 1,9 milyon ton kondensat isə “Şahdəniz” yatağından çıxarılıb.

Energetika Nazirliyi onu da bildirir ki, ilin əvvəlindən Azərbaycan 11,4 milyon ton neft və kondensat ixrac edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,4% azdır.

Nazirliyin məlumatına görə, 2022-ci ilin yanvar-may aylarında Azərbaycanda 2,3 milyon ton neft (azalma 14,8%) emal edilib.

Nazirlikdən verilən məlumata görə, işlənmə başlanandan 2022-ci il iyunun 1-nə qədər AÇG blokundan və “Şahdəniz” yatağından müvafiq olaraq 555,3 milyon ton neft və 36,3 milyon ton kondensat hasil edilib. AÇG blokundan neftin və “Şahdəniz” yatağından hasil edilən kondensatın ümumi ixracı 591 milyon ton təşkil edib.



Xəbərin oxunma sayı : 1075




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap