Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Neft qiymətləri son 5 ayın minimumuna düşdü - Səbəb

Tarix 14.07.22, 23:13

Font ölçüsü : - / +
bitmap-img6


Dünya bazarında neftin qiyməti düşməyə davam edir. Bu gün günortadan sonra Ukraynada müharibə başlayandan bəri ilk dəfə olaraq Londonun LCE birjasında Brent markalı neftin sentyabr fyuçersləri üzrə 1 bareli 95 dollardan aşağı satılıb. Nyu-Yorkun NYMEX birjasında WTI neftinin avqust fyuçersləri isə 92,14 barel təşkil edib.

Analitiklər neftin ucuzlaşmasının əsas səbəbi kimi ABŞ-da inflyasiyanın daha da sürətlənməsi fonunda Federal Ehtiyatlar Sisteminin(FED) uçot dərəcəsini daha kəskin, hətta 100 faiz bəndi artırmağa məcbur olacağı gözləntilərini qeyd edirlər. FED-in uçot dərəcəsinə 26-27 iyulda baxacağı gözlənilir. Uçot dərəcəsinin kəskin artımı ABŞ iqtisadiyyatında resessiya təhlükəsini daha da gücləndirəcək. Bu isə qlobal iqtisadiyyata yansımaqla neftə tələbatı kəskin azalda biləcək ən böyük faktordur.

Neft qiymətlərini üzüaşağı çəkən digər amil dolların məzənnəsindəki sürətli möhkəmlənmədir. Xüsusilə 20 ildə ilk dəfə avronun məzənnəsinin dollardan aşağı düşməsi bazarlar üçün neqativ siqnal olub.

Analitiklərin fikrincə, hazırkı təklif azlığı şəraitində belə qlobal iqtisadi resessiya təhlükəsi qiymətlərin düşməsinin davamlı olmasına səbəb olacaq.

 



Xəbərin oxunma sayı : 1240




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap