Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Burak Yılmaz “dubl” edərək, İbrahimoviçə çatdı - VİDEO

Tarix 08.05.21, 10:41

Font ölçüsü : - / +
bitmap-img6


Fransa Liqa 1-də XXXVI turun açılış oyununda “Lans və “Lill” komandaları qarşılaşıb.

AzFakt.com-un məlumatına görə, görüş qonaqların qələbəsi ilə yekunlaşıb – 3:0. İlk yarıda qolları “Lill”in türkiyəli hücumçusu Burak Yılmaz vurub. Hesabı 4-cü dəqiqədə penaltidən açan 36 yaşlı hücumçu 40-cı dəqiqədə uzaqdan zərbə ilə baxımlı qola imza atıb. O, 75-ci dəqiqədə yerini komanda yoldaşı və həmyerlisi Yusuf Yazıcıya verib.

Bu qələbədən sonra “Lill” 36 oyundan 79 xalla liderliyini davam etdirir və ən yaxın izləyicisi PSJ-dən 4 xal irəlidədir. Paytaxt təmsilçisi bu tur “Renn”in qonağı olacaq. Liqa 1 20 komandanın iştirakı ilə keçirilir və ümumilikdə 38 turdan ibarətdir.

Burak Yılmazın isə aktivində 15 qol var. O, “böyük 5-lik” çempionatlarında 35 yaşdan yuxarılar arasında ən çox qol vuran ikinci futbolçudur. Birinci yerdə İtaliya “Yuventus”undan Kriştianu Ronaldu 27 topla qərarlaşıb. “Milan”ın forvardı Zlatan İbrahimoviç də 15 dəfə fərqlənib.









Xəbərin oxunma sayı : 886




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap