Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Rus kəşfiyyatının “zəhər zənciri“ - Navalnını öldürmək istəyənlər Bıkovu da aradan götürməyə çalışıblar

Tarix 11.06.21, 12:10

Font ölçüsü : - / +
bitmap-img6


İki il öncə rusiyalı yazıçı və şair, hökumətin tənqidçisi Dmitri Bıkovu zəhərləyən gizli agentlər, müxalifətçilər Aleksey Navalnı və Vladimir Kara-Murzanın zəhərlənməsində şübhəli bilinən şəxslərdir. Bu haqda “Bellingcat” və “The Insider” müstəqil araşdırmaçı qrupları detallı tədqiqat açıqlayıblar.

"AzPolitika.info" iyunun 10-da "Azadlıq" raiosunda dərc olunan hesabata istinadən bildirir ki, Federal Təhlükəsizlik Xidməti (FSB) üzvlərinin səyahətləri ilə tanınmış ictimai xadimlərin zəhərlənməsi, yaxud ölümləri arasında ciddi əlaqə müəyyənləşdirilib. Bu sıraya müxalifətçi Kara-Murzanın iki dəfə az qala ölümlə nəticələnəcək zəhərlənməsi, Qafqazda iki insan haqları fəalı, eləcə də bir antikorrupsiya fəalına hücumlar daxildir. Bıkov Rusiya hökumətinin açıq tənqidçisidir, iki dəfə Prezident Vladimir Putinin ölkənin mədəni elitası ilə görüşə qatılmaqdan imtina edib.

“Dmitri Bıkovun ehtimal edilən zəhərlənməsi ilə Aleksey Navalnı işində böyük oxşarlıq var...”, – deyə qruplar zəhərlənmədən öncə eyni FSB zabitlərinin qurbanın yanında olmasını, zəhərlənmənin simptomlarını, uçuş zamanı komaya düşməni və sairəni misal gətirirlər.

Bıkov Rusiyanın Krımı ilhaq etməsinə və Ukraynanın şərqinə müdaxiləsinə qarşı çıxırdı. O, 2019-cu ilin aprelində Yekaterinburqdan Ufaya gedən təyyarədə xəstələnib. Bıkov Ufaya endirilən təyyarədən xəstəxanaya aparılıb, orada uzun müddət müalicə olunub. Rəsmi diaqnoz açıqlanmasa da, Bıkov zəhərləndiyini deyib.

“The Insider”in baş redaktoru Roman Dobroxotovun iyunun 9-da “Current Time”a deyib ki, onun qrupu “Bellingcat” ilə birlikdə FSB-nin Bıkovu zəhərlənməzdən öncə azı bir il daimi izlədiyini aşkarlayıb. Dobroxotovun sözlərinə görə, zəhər yazıçının paltarına o, Novosibirskdə Domina Otelində qalan zaman sürtülüb.

“Bellingcat” və “The Insider” Navalnının zəhərlənməsində əli olduğu güman edilən FSB zabitlərinin səfərlərini izləyəndən sonra Bıkovun zəhərlənməsini araşdırmağa başlayıblar.

Navalnı ötən ilin avqustunda Sibirdə "Noviçok" sinir qazıyla zəhərlənib. Onun zəhərlənməsini Avropanın bir sıra laboratoriyaları təsdiqləyib. Navalnı bir neçə ay Almaniyada müalicə alandan sonra bu ilin yanvarında Rusiyaya qayıdarkən aeroportda saxlanıb. O, hazırda həbs cəzası çəkir. Özü və tərəfdarları ona ittihamları siyasi motivli sayır.

Kara-Murza isə 2015 və 2017-ci illərdə Moskvada zəhərləndiyini deyir. Səbəb kimi insan haqları pozuntularında əli olduğu bildirilən Rusiya rəsmilərinə qarşı ABŞ sanksiyaları üçün lobbiçilik etməsini göstərir. Hər iki halda rusiyalı həkimlər onun naməlum maddədən zəhərləndiyini bildiriblər.



Xəbərin oxunma sayı : 748




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap