Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“İtaliya neftimiz üçün əsas bazardır” - Prezident

Tarix 12.06.21, 16:09

Font ölçüsü : - / +
bitmap-img6


“Cənub Qaz Dəhlizinin icrası əməkdaşlığın, uzunmüddətli əməkdaşlığın tamamilə yeni formatını yaratdı. İtaliya bizim təbii qaz üçün əsas bazarlardan birinə çevrilir, neftimiz üçün əsas bazardır”.

AzFakt.com xəbər verir ki, bunu Prezident İlham Əliyev İtaliyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən deyib.

Dövlət başçısı bildirib ki, bunlar bizim ikitərəfli əməkdaşlığımızda həqiqətən də mühüm nailiyyətlərdir və Cənub Qaz Dəhlizi həqiqətən də tarixi bir layihədir, tarixi əhəmiyyətə və böyük mürəkkəbliyə malik olan layihədir:

“Lakin indi düşünürəm ki, bütün bunlara nail olduqdan sonra biz gələcəyə baxmalıyıq və dost ölkələr praktiki əməkdaşlıq üçün yeni sahələr tapmalıdır. Əminəm ki, bu, baş verəcək. Çünki İtaliya şirkətləri azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlı işləməyə başlayan ilk xarici şirkətlər sırasındadır. Siz bilirsiniz ki, layihələr - Azərbaycan üçün böyük əhəmiyyət kəsb edən, rəmzi əhəmiyyət kəsb edən, eləcə də iqtisadi inkişaf və infrastruktur layihələri var. Enerji sektorunda, elektrik enerjisi istehsalında artıq İtaliya şirkətləri dağıdılmış su elektrik stansiyalarının yenidən qurulması prosesinə, digər sahələrdə emal və istehsal prosesinə cəlb olunub. Beləliklə, bu, həqiqətən də onu göstərir ki, biz sadəcə kağız, sənəd üzərində deyil, reallıqda strateji tərəfdaşıq. Əminəm, siz bizim müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığımızı daha da təşviq etmək üçün Azərbaycanda aktiv fəaliyyət göstərəcəksiniz ki, ikitərəfli əməkdaşlığımız uzunmüddətli, dayanıqlı və uğurlu olsun”.


  















Xəbərin oxunma sayı : 1012




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap