Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 21 Aprel 2024

    Xalq artistinin sinə dekoltesi gündəm oldu - VİDEO

  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

İranda su qıtlığına görə etirazlar səngimir ,bir polis zabiti öldürülüb - VİDEO

Tarix 21.07.21, 18:52

Font ölçüsü : - / +
bitmap-img6


İranın cənub-qərbində yerləşən Xuzestan əyalətində su qıtlığına görə  keçirilən etirazlar zamanı baş verən toqquşmalarda 1 polis zabiti öldürülüb. Artıq 6 gündür ki, əyalətdə su qıtlığı və elektrik kəsilmələrinə etiraz olaraq aksiyalar keçirilir. Bu etirazlar zamanı baş verən qarşıdurmalarda azı indiyədək 3 nəfərin öldüyü bildirilir. Lakin sosial şəbəkələrdə yayılan məlumatlara görə, təhlükəsizlik qüvvələri tərəfindən öldürülənlərin sayı 5 nəfərdir.



İran dövlət televiziyasının iyulun 21-də verdiyi məlumata görə, polis zabiti liman şəhəri olan Bəndər Mahşəhr şəhərində gecə saatlarında baş verən atışmada ölüb.İnsident zamanı həmçinin 1 polisin yaralandığı bildirilir. Bütün bunlar, olkənin Covid-19 pandemiyası və ABŞ-ın sanksiyaları ilə üzləşdiyi  vaxta təsadüf edir. Bundan əvvəl neft sənayesində çalışan minlərlə fəhlə də maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil elan etmişdilər.



Sosial şəbəkələrdə son günlər İranın müxtəlif yerlərində keçirilən etirazların foto və videoları paylaşılır. Bəzi videolarda atışma səsləri də eşidilir. İranın “Etemed” qəzeti Əhvaz əyalətində internetin məhdudlaşdırıldığını, Şadeqanda isə tamamilə kəsildiyini xəbər verir.

İran son 50 ildə görünməmiş quraqlıqla üzləşib və nəticədə kənd təsərrüfatına ciddi ziyan dəyib. Çaylarda suyun səviyyəsinin azalması həmçinin bir neçə vilayətdə elektrik enerjisinin də kəsilməsinə səbəb olub.

virtualaz.org








Xəbərin oxunma sayı : 703




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap