Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

12 ölkə “Taliban”a çağırış etdi – “Zorakılığı dayandırın”

Tarix 23.07.21, 17:44

Font ölçüsü : - / +
bitmap-img6


İyulun 22-də Əfqanıstanda 12 ölkənin səfirliyi «Tabiban»ı və davam edən münaqişənin bütün tərəflərini «təcili olaraq, zorakılığı dayandırmağa və davamlı və hərtərəfli atəşkəsə» çağırıb.

Bəyanat taliblərə Avstraliya, Kanada, Çexiya, Danimarka, Avropa İttifaqı nümayəndəliyi, Finlandiya, Almaniya, İtaliya, Yaponiya, Koreya, Böyük Britaniya və Amerika Birləşmiş Ştatları (ABŞ) diplomatik missiyası tərəfindən göndərilib.

«Biz, bütün Əfqanıstanda davam edən qətllər, həyati əhəmiyyətli infrastrukturun dağıdılmasına, əfqanların son iyirmi ildə əldə etdikləri nailiyyətlərə - bizim qəti şəkildə dəstəklədiyimiz nailiyyətlərə qarşı təhdidləri, bəyənatları və digər təzyiqləri pisləyirik» - bəyanatda deyilir.

Sənəddə həm də bildirilir ki, taliblərin hücumu onların Dohada tənzimləmənin dəstəklənməsi və sülh prosesi barədə verdikləri bəyanatla ziddiyyət təşkil edir.

«Bu, heç bir günahı olmayan əfqanların öldürülməsinə, o cümlədən, məqsədli şəkildə davam edən qətllərin, mülki əhalinin yerdəyişməsinə, talanlara və həyati əhəmiyyətli infrastrukturun və rabitə xətlərinin zədələnməsinə gətirib çıxardıb».

Əfqanıstanın «TOLOnews» agentliyinin bildirdiyi kimi, bu ərəfədə Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bəyan edib ki, «Tabiban» tərəfindən zorakılıq güclənsə də qruplaşma münaqişənin siyasi tənzimlənməsinə hazırdır. Əfqanıstan XİN bu gün buna cavab verib ki, əgər Kabulov bu barədə dürüst informasiyaya malikdirsə, onu hökumətlə bölüşməlidir.

«Əgər cənab Kabulovun informasiyaya girişi varsa ki, «Taliban»ın gerçək niyyəti münaqişənin sülh yolu ilə həllidir və biz, sülh prosesində proqres əldə edə bilərik, o halda bunu bizimlə bolüşməsini xahiş edirik».



Xəbərin oxunma sayı : 748




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap