|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
Pakistanın Azərbaycan sevgisinin səbəbi nədir? - Maraqlı faktlar
Tarix 27.07.21, 13:43 |
|
Bu həftə Bakıda Azərbaycan, Pakistan və Türkiyə parlamentləri sədrlərinin və nümayəndə heyətlərinin ilk üçtərəfli iclası keçiriləcək. İclasda "Bakı Bəyannaməsi" adlı üçtərəfli sənədin imzalanma mərasiminin keçiriləcəyi gözlənilir.
44 günlük İkinci Qarabağ Müharibəsi dövründə yadda qalan məqamlardan biri də ölkə boyu hər yerdə - küçələrdə, binalarda, müxtəlif tədbirlərdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı üçüncü ölkənin də bayrağının qaldırılmasıdır. O bayraq Pakistanın idi.
"Azərbaycanın Qarabağ müharibəsində qələbəsi və öz ərazi bütövlüyünü bərpa etməsi hər bir müsəlman, hər bir pakistanlı üçün möhtəşəm hadisədir", - bu sözləri Pakistan Quru Qoşunlarının komandanı, ordu generalı Qamar Caved Bacva Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşərkən deyib. Pakistanın yüksək səviyyəli hərbi nümayəndə heyəti Azərbaycanda ötən ayın sonunda olub.
Qamar Caved Bacva ilə görüşdə Prezident Əliyev "Pakistanın və Azərbaycanın iki qardaş ölkə" olduğunu və İslamabadın Bakıya verdiyi dəstəyi qeyd edib: "Biz, xüsusilə İkinci Qarabağ müharibəsində Pakistanın Azərbaycana göstərdiyi çox fəal dəstək mövqeyinə görə minnətdarıq".
Pakistan 1990-cı illərin əvvəllərində Türkiyədən sonra Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət idi. Pakistan həmçinin Azərbaycanın bəzi ərazisini işğal etməsi faktına görə uzun illər Ermənistanı tanımayıb və onunla diplomatik əlaqələr qurmayıb. İkinci belə ölkə Türkiyədir.
Rəsmi olaraq İslam Respublikası adlanan Pakistanı azərbaycanlılara və Azərbaycana yaxın edən təkcə dini və mədəni yaxınlıq deyil. Hər iki ölkənin qarşılaşdığı siyasi problemlər də bənzərdir. "Azərbaycan Kəşmir məsələsində hər zaman Pakistanı dəstəkləyir. Bizim açıq mövqeyimiz dəfələrlə nümayiş etdirilib. Bu mövqe ədalət, beynəlxalq hüquq və qardaşlıq əlaqələrimizə əsaslanır. Biz bütün məsələlərdə qardaşlarımızı dəstəkləməliyik", - Prezident Əliyev general Bacva ilə görüşündə deyib.
2019-cu ildə Dehli, Hindistanda yeganə müsəlman çoxluqlu ştat olan Kəşmirə verdiyi muxtariyyatı ləğv edib. Kəşmirin bir hissəsinə isə Pakistan nəzarət edir. Azərbaycan beynəlxalq tədbirlərdə Kəşmir məsələsində Pakistanın yanında olduğunu nümayiş etdirir.
Pakistan da, öz növbəsində, Azərbaycan müstəqilliyini elan edən ilk gündən onun ərazi bütövlüyünü dəstəkləyib və hazırda Azərbaycanla hərbi əlaqələri genişləndirməyə çalışmaqdadır.
BMT qətnamələrində Pakistanın rolu
Politoloq Rasim Musabəyov hesab edir ki, Azərbaycan üçün Pakistanın siyasi dəstəyi vacibdir. O əlavə edir ki, Pakistan Azərbaycanı müstəqilliyinin elan olunmasının ilk günündən ardıcıl olaraq dəstəkləyib. "Pakistan müsəlman dövlətidir, nüvə silahına malikdir, əhalisi 250 milyondur. İndoneziyadan sonra Pakistan ən böyük əhalisi olan ikinci müsəlman dövlətidir".
Rasim Musabəyov xatırladıb ki, 1993-cü ilin aprelində, Kəlbəcərin işğal olunması məsələsi BMT-nin Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılarkən Azərbaycanın ərazi bütövlüyünün bərpasını tələb edən 822 saylı qətnamənin qəbul edildiyi iclasa məhz Pakistan sədrlik edib: "Azərbaycanın ərazi bütövlüyünü təsdiqləyən qətnamələr Pakistanın dəstəyi ilə qəbul olunub".
Hərbi əməkdaşlığa aparan yol
Hərbi ekspert Murad Sadəddinov Azərbaycan-Pakistan ikitərəfli münasibətlərin Heydər Əliyev və Pərviz Müşərrəf dövründə yeni keyfiyyət aldığına diqqəti çəkib. Onun sözlərinə görə, həmin dövrdə Pakistan Azərbaycana "Qarabağın işğaldan azad olunmasında hərbi yardım göstərəcəyini və işğaldan azad olunmasında yaxından iştirak edəcəyini" vəd edib.
Hərbi ekspert tərəflər arasında 2000-ci ildə Tehranda İqtisadi Əməkdaşlıq Çərçivəsində keçirilmiş danışıqların və verilmiş bəyanatların da əhəmiyyətini yada salıb.
"Bu, çox ciddi və ikitərəfli hərbi əlaqələrin gələcəyi üçün mühüm rol oynamış bəyanat idi. Həmin görüşdən sonra iki ölkə arasında hərbçilərin qarşılıqlı səfərlərinin intensivliyi artmağa başladı," - Sadəddinov deyib.
Azərbaycanlı hərbi ekspert Sadəddinov İslamabadın Bakıya verdiyi dəstəyin daha bir vacib aspektinə toxunub: Pakistan nüvə silahına sahib yeganə müsəlman ölkəsidir, həm də həmin silahı daşıya bilən müasir raketləri də var.
"Bəzi dəyərləndirmələrə görə, Pakistanın onlarla nüvə silahı vahidi var. Bu, qeyri-rəsmi məlumatdır. Lakin Türkiyənin dəstəyi ilə yanaşı, belə silahı daşıya bilən müasir raketlərin mövcudluğu da Azərbaycan üçün ciddi mənəvi və siyasi təminatdir və bir növ təhlükəsizlik çətiri rolunu oynamış olur," - Murad Sadəddinov qeyd edib.
Politoloq Rasim Musabəyova görə, Pakistanın nüvə ölkəsi statusuna baxmayarq, Bakı üçün "ilk növbədə Pakistanın siyasi dəstəyi mühüm əhəmiyyət kəsb edir". Onun qənaətincə, Pakistanla sıx müttəfiqlik əlaqələri Bakı üçün ilk növbədə İslamabadın verdiyi etibarlı siyasi dəstək anlamında qiymətlidir.
"Pakistanın nüvə dövləti statusuna sahib olması - bu, əbəttə ki, ilk növbədə, siyasi dəstəkdir, amma eyni zamanda da Azərbaycanı hədələmək fikrinə düşənləri, Ermənistanın tərəfini saxlayan nüvə ölkələrini Azərbaycana və Azərbaycanı dəstəkləyən Türkiyəyə həddən artıq təzyiq göstərmək cəhdlərindən çəkindrə biləcək bir amildir," - Musabəyov deyib.
Hərbi təcrübə mübadiləsi
Təhlilçi qeyd edir ki, hərbi sahədə əməkdaşlığın perspektivi baxımından Pakistan 40-50 ildir ki, Hindistanla dağlıq ərazidə mübarizə aparması və müvafiq təcrübəyə malik olması nəzərə alınmalıdır.
"Pakistanın çox yüksək hazırlıqlı dağlıq ərazidə əməliyyatlar aparan xüsusi təyinatlı bölmələri var. Və bu mənada Azərbaycan üçün həm təcrübə, həm taktika baxımından Pakistanın dağ xüsusi təyinatlılarının taktika və təcrübəsi vacib idi. Və düşünürəm ki, bu sahədə Pakistan Azərbaycana müəyyən yardım göstərib,"- Rasim Musabəyov əlavə edib.
Hərbi-sənaye kompleksi
Təhlilçilərin fikrincə, Bakı ilə İslamabad arasında hərbi-texniki əməkdaşlığın digər bir istiqaməti Pakistanın müəyyən dərəcədə Çinin dəstəyi ilə istehsal etdiyi hərbi təyyarələri ola bilər. "Azərbaycanın Pakistandan bir neçə ədəd JF-17 təyyarələri alması ilə bağlı məlumatlar olub," - Murad Sadəddinov xatırladıb.
Rasim Musabəyov Pakistanın istehsal etdiyi ən son model hərbi təyyarələrinin 5-ci nəsilə yaxın olduğunu, "hər halda ən azı 4+ nəsil səviyyəsinə aid edilə biləcəyini" qeyd edib.
Musabəyovun sözlərinə görə, Azərbaycan Pakistanın hərbi təyyarə istehsalına "maraq göstərir, planlar mövcuddur, müəyyən danışıqlar aparılır, amma bu məsələ hələ götür-qoy ediləsidir, çünki Qarabağ müharibəsi, əslində, dronlardan istifadə edilməsinin daha effektiv olduğunu göstərib".
Millət vəkili Azərbaycanın Türkiyə ilə birlikdə hərbi sənaye kompleksini inkişaf etdirmək niyyətində olduğunu da xatırladıb.
"Azərbaycanın bu sahədə imkanları Türkiyə və Pakistanın imkanları qədər olmasa da, mütəxəssislərimizin və maliyyə imkanlarımızın mövcudluğu hərbi təyinatlı məhsulun buraxılmasında üçtərəfli əməkdaşlığı faydalı edir. Bizim hərbi məhsul bazarımız böyük olmasa da, Türkiyə və Pakistanın bazarı həcmcə böyükdür və bü cür əməkdaşlıq layihələri çərçivəsində buraxılan məhsula tələbat əvvəlcədən təmin olunur," - Musabəyov söyləyib.
Minalanmış ərazilərin təmizlənməsi
Pakistanın Azərbaycana yardım göstərməyə hazır olduğu daha bir sahə işğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsidir. Müdafiə naziri Zakir Həsənovla danışıqlar zamanı bu məsələyə pakistanlı general Bacva diqqət yetirib.
"Ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsi prosesində pakistanlı mütəxəssislər iştirak etməyə hazırdır," - general vurğulayıb.
Prezident Əliyevlə görüşü zamanı isə Pakistanın Quru Qoşunlarının komandanı daha bir diqqəti çəkən məsələyə toxunub.
"Azərbaycanla bizim ortaq tərəfdaşlarımızdan biri də Türkiyədir. Sizin "bir millət, iki dövlət" dediyiniz kimi, Türkiyə bizim də qəlbimizə çox yaxındır. Dünyada ən yaxın əlaqələrimiz Türkiyəylədi. Hər üç ölkə arasında sıx əlaqələrin olması əməkdaşlığımız üçün hədsiz imkanlar açır," - pakistanlı general deyib.
Pakistanı Türkiyəyə bağlayan nədir?
Bəs Türkiyə, generalın dediyi kimi, ``Pakistanın qəlbinə`` niyə bu qədər yaxındır? BBC Türkce xidmətinin jurnalisti Ece Göksedefin sözlərinə görə, bu əlaqələrin tarixçəsi ən azı yüz il bundan əvvəlki dövrə, Hindistanın Britaniyanın müstəmləkəsi olduğu zamana gedib çıxır.
"O zaman Pakistan hələ siyasi xəritədə yox idi, Hindistan müsəlmanları isə Osmanlı imperiyasını müsəlman aləminin mərkəzi qüvvəsi sayırdılar".
Birinici Dünya Müharibəsindən sonra Türkiyənin xarici qüvvələr tərəfindən işğalı onun Britaniya protektoratına çevrilməsinə gətirib çıxardı. Məhz həmin illərdə müsəlmanların etiraz dalğası, o cümlədən Mahatma Qandinin Britaniyanın Hindistanda müstəmləkəçi üsul-idarəçiliyinə qarşı başladığı müqavimət hərəkatını da enerji ilə təmin etdi.
Həmin dövrdə Hindistanda yaranmış müsəlmanların kütləvi "Xilafət hərəkatının" əsas məqsədi işğal altında olan Türkiyəyə dəstək verilməsi idi", - Ece Göksedef qeyd edir.
Böyük sayda Hindistan müsəlmanları Türkiyənin işğala qarşı savaşında iştirak etmək üçün həmin illərdə bu ölkəyə yollanıblar.
Türkiyə XİN-in saytında Pakistanla qurulmuş sıx əlaqələrin təməlinə işıq salan yazıda Pakistan xalqının Türkiyənin müstəqillik uğunda mübarizəsində oynadığı rol barədə bunlar yazılıb: "Qurtuluş Savaşımıza alt qitədə yaşayan müsəlmanların verdiyi dəstək şüurumuzda xüsusi yer tutur".
"Digər tərəfdən isə, Türkiyənin müstəqillik uğrunda apardığı mübarizə və müasir bir dövlət qurulması işində qazandığı uğur Pakistan xalqını bu yolla irəliləməyə ilhamlandırıb", - Turkiyə XİN-i qeyd edib.
Türkiyədə müstəqillik savaşında qələbə qazandıqdan 25 il sonra Hindistan da müstəmləkə buxovunu, nəhayət qıra bilib, 1947-ci ildə Hindistan müsəlmanları müstəqil Pakistan dövlətinin yaranmasını elan ediblər.
Ece Göksedef qeyd edir ki, həmin dövrdə təzəcə ayaq üstə duran Pakistan dövləti üçün milli pul vahidi - rupi əskinaslarını çap edib ölkəyə təcili çatdıran məhz Türkiyə olub.
O vaxtdan bəri Türkiyə "daima Pakistanın yanında olub, qardaş ölkəyə dəstəyini əsirgəməyib və hazırda da Ankara ilə İslamabad arasında bütün sahələrdə sıx əməkdaşlıq mövcuddur".
2010-2107-ci illərdə ABŞ-ın Pakistanla hərbi sahədə münasibətləri geriləməyə başladı, ABŞ Pakistana hərbi sənaye məhsulunun satışını kəskin sürətdə məhdudlaşdırdı.
Bunu görə Türkiyə dərhal Pakistana yardım əlini uzadıb: 2017-2019-cu illərdə Türkiyənin Pakistana ixrac etdiyi hərbi məhsulunun həcmi üçqat artırılıb.
2016-ci ildə isə Türkiyədə hərbi çevriliş cəhdinin qarşısı alındıqdan sonra, ABŞ-ın Türkiyə ilə münasibətlərində problemlər yarandı, ABŞ türkiyəli hərbi pilotlara təlim keçirilməsinə əngəllər yaratmağa başladı. Həmin dövrdə bu dəfə Pakistan Türkiyəyə bu məsələdə yardım əlini uzatdı.
Uçtərəfli hərbi təlim planları
Hərbi ekspert Murad Sadəddinova görə, Pakistan ordusu regionun ən mükkəmməl ordularından biridir və hərbiyyənin bütün sahələrində bu ölkə ilə əməkdaşlıq və təcrübə mübadiləsi Azərbaycan üçün faydalı olacaq.
Azərbaycan son aylarda Türkiyə ordusu ilə birgə müxtəlif qoşun növləri üzrə ardıcıl təlimlər keçirir. Yaxın zamanlarda bu cür təlimlərə, görünür, Pakistan da qoşulacaq. Uçtərəfli Azərbaycan-Türkiyə-Pakistan hərbi təlimləri sentyabr ayına təyin olunub. Bunu mətbuata müdafiə naziri Zakir Həsənov söyləyib.
Nazirin sözlərinə görə, Prezident Əliyevin tapşırığı ilə "Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlı qüvvələrinin birgə təlimləri keçirilməlidir".
"Biz buna hazırlıqlar görürük, artıq ekspert qruplarının bir qismi Azərbaycandadır, təlim ərazilərini yoxlayırlar. Onlar bizim hazırlığımızı yüksək qiymətləndirirlər", - Azərbaycanın müdafiə naziri vurğulayıb. /BBC Azərbaycanca
Xəbərin oxunma sayı : 1939
Maraqlı
Xəbərlər
-
“Biz sevgili olmamışıq” - Faiq Ağayev
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
-
“Türkiyədə yeni konstitusiya ilə bağlı proses başlayır” - Numan Kurtulmuş
-
“Ermənistan “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıb” - Prezident
-
Xankəndi şəhərindəki tibb müəssisəsində ilk körpə dünyaya gəlib - FOTOLAR
-
Qubadlıda sərhədçilər üçün yaşayış binası istifadəyə verilib - FOTO/VİDEO
-
Xətai rayonunda səkini zəbt edərək qanunsuz parklanma yeri saldılar - VİDEO
-
Üç ayda xaricə 25 min ton alma satmışıq – Qiyməti nə qədər bahalaşıb?
-
“Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərik“ - Prezident
-
Binəqədidə sürücülük məktəbi ilə bağlı ilginc iddia - “Asan“ yolla sürüclük kursu arayışı almaq olur?
-
“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi - FOTOLAR
-
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırıldı - FOTO
-
“Biz dörd kənd məsələsini heç vaxt yaddan çıxarmamışıq” - İlham Əliyev
-
“Narkotik artıq məktəblərə yol tapıb“ - Siyavuş Novruzov
-
“İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var“ - Azərbaycan lideri
-
Ceyhun Bayramov Çexiyanın Baş naziri ilə görüşüb - FOTO
-
Binəqədidə yol problemi: “Yağış yağanda şəhərə çıxmaq mümkün deyil”
-
Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər - Ərdoğan
-
Şimali Koreyadan nüvə əks-hücum təlimi – FOTOLAR
-
Rayonlara yağış yağacaq, dolu düşəcək - Sabahın havası
-
“Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək” – Zahid Oruc
-
Serenay Sarıkaya ilk dəfə sevgilisi ilə əl-ələ görüntüləndi - FOTOLAR
-
Uşaq bağçasında mənimsəmə - Cinayət işi açıldı
-
Masallıda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar - FOTO
-
Əsgərovların bankında problemli kreditlər 2 dəfədən çox artdı - TƏFƏRRÜAT
-
Tavuşda gərgin vəziyyət: “Yerkrapa” üzvləri maşını etirazçıların üzərinə sürdülər
-
Bakıda məktəblilərə siqaret satanlar cərimələniblər - FOTO/VİDEO
-
“65 yaşıma qədər işləmək istəyirəm” - Mourinyo
-
Dünyada müdafiə xərcləri tarixi rekord həddə çatıb - SİYAHI
-
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
-
Röyal Sarıməmmədov Pirallahının icra başçısı olmaq üçün hərəkətə keçib? - İDDİA
-
Bu qaydanı pozan sürücülər 200 AZN cərimələnəcək - RƏSMİ
-
Milli Məclisin növbəti iclası başlayıb - Gündəlikdə 18 məsələ var
-
AMEA-nın qarşısındakı parkda oturacaqlar niyə yoxa çıxıb? - AÇIQLAMA/FOTO
-
İsrail İrana atdığı raketi özü məhv edib - “The New York Times”
-
Gürcüstan bazarında böhran - Azərbaycanda hansı avtomobillər ucuzlaşacaq?
-
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri barəsində cərimə protokolu tərtib edilib - FOTO
-
Arxektura komitəsində “göydələn biznesi“ - Ramin Abdullayev hər ay onlarla mənzilə necə sahiblənir?
-
“İranda etnik azərbaycanlılar ayrı-seçkiliyə məruz qalır“ - Dövlət Departamenti
-
Bəzi bölgələrə yağış, Şahdağa sulu qar yağıb - FAKTİKİ HAVA
-
Qərb ölkələrində “Çin casusu” xofu: Beş nəfər həbs olundu
-
Həyət evlərinin satışında yaranan durğunluğun səbəbi nədir? - VİDEO
-
Ərli qadınla subay oğlanın şok hərəkəti: - “Rayona getdik, kənddə axşam...“
-
Kanalizasiya suyu aylardır küçəyə axır - ŞİKAYƏT + VİDEO
-
Son günlər turşulardan zəhərlənmə halları artıb: SƏBƏB NƏDİR?
-
Füzuli şəhərinə növbəti köç karvanı yola düşdü - FOTOLAR
-
Lətifənin fərqli tərzi - Fotolar
-
Ev telefonlarına olan tələbat niyə azalıb? - VİDEO
-
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
-
Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə
-
“Heydər Əliyev əlindən gələni əsirgəmirdi” - Putin
-
Ali məktəbləri bitirən tələbələr işə təyinat ala biləcəklər? - VİDEO
-
Kanalizasiya xətlərinin tez-tez tıxanmasına səbəb nədir? - VİDEO
-
Şagirdlər daha ev tapşırığı etməyəcəklər? - Nazirlikdən açıqlama
-
“Vladimir Putin və Heydər Əliyev iki ölkə arasında dostluq münasibətlərinin əsasını qoyublar” - İlham Əliyev
-
Hakimlərə etirazı rədd edildi - İndi də prokurordan narazıdır
-
İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - FOTO/VİDEO
-
“BAM XXI əsr üçün qlobal siyasəti müəyyən edir“ - Vladimir Putin
-
Astarada xarabalıqdan betər tibb məntəqəsi - VİDEO
-
İranda Rusiyanın kredit kartları işləyəcək - FOTO
-
“Əli Kərimli, artıq kənara çəkilməlisiniz“ - Deputatdan ÇAĞIRIŞ
-
Bu universitetdə tələbələrin təhsilhaqqı mənimsənilib - TƏFƏRRÜAT
-
“AccessBank” 126 milyon manatdan çox - ZƏRƏRDƏ
-
Quşçularla deputat arasında qalmaqal: Toyuqlar dərmanla şişirdilir?
-
Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini AÇIQLADI
-
Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - VİDEO
-
Taksi qiymətlərində artım var: Səbəb nədir?
-
Müəllimlərin nəzərinə: Növbəti vakansiya seçimi başlayır
-
Hansı bankda əhalinin nə qədər əmanəti var? – Tam siyahı
-
Bəzi rayonlarda leysan yağıb, dolu düşüb - FAKTİKİ HAVA
-
“Rusiya ilə əlaqələrimizin inkişafından çox razıyıq” - İlham Əliyev
-
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb - Diqqət!
-
“Heydər Əliyev BAM layihənin icrasında böyük rol oynayıb” - Putin
-
Gürcüstandan Azərbaycana xırdabuynuzlu heyvan idxalı dayandırıldı – Rəsmi
-
Konduktorluq edən qız necə millinin kapitanı oldu? - VİDEO
-
“Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 4 milyard dollara çatıb“ - Putin
-
Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - VİDEO
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
-
Azərbaycan və Rusiya prezidentlərinin təkbətək görüşü olub - VİDEO/FOTO
-
Qubad İbadoğlu ev dustaqlığına buraxılıb - Məhkəmədən qərar
-
İrana məxsus qayıq Azərbaycan sərhədini pozub - Saxlanılanlar var
-
Sülhməramlılar Xocalıdakı dislokasiya yerini tərk edir - VİDEO
-
“Birləşmiş Ştatlar 170 milyon amerikalının söz azadlığını tapdalayır” - “TikTok”
-
Tibb Universiteti Stomatoloji Klinikada müəmmalı təmir işləri aparır – Nə qalib şirkət bəllidi, nə də ayrılan vəsait
-
Azərbaycan Rusiyanın böyük dostudur - Peskov
-
Yasamalda dörd kiloqram narkotik ələ keçirilib - FOTO/VİDEO
-
Magistraturaya qəbul imtahanı keçiriləcək – Bu tarixdə
-
Rüşvət almaqda ittiham olunan sabiq hakimin cinayət işi - Beş vəkil müdafiə edir
-
Bir milyondan çox aksizsiz siqaret aşkar edilərək götürülüb - FOTO
-
Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kremldən açıqlama
-
Yağış yağacaq, külək əsəcək - Sabahın havası
-
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
-
“Bu aylarda çox şey dəyişə bilər“ - KTMT-nin baş katibi
-
Ermənistanda rusları hindular əvəz edir - ŞOK MƏLUMAT
-
Ərəblər məni pulla almışdılar - Samirə Yusifqızı
-
Rusiyadan 75 qəpiyə gətirilən “qreçka” marketlərdə 3 manata satılır – Rəsmi
-
MN-də 143 milyonluq mənimsəmə: “Pulların vaxtında ödənilməsi üçün “otkat” verirdik”
-
Bu xanıma yüksək vəzifə verildi - FOTO
-
Prezident İlham Əliyev Rusiyada səfərdədir - FOTO/VİDEO
-
9 və 28 mayda ardıcıl qeyri iş günləri olacaq: Əmək Məcəlləsi nə deyir?
-
Yeni fırıldaq sxemi - Telegram hesabları necə oğurlayırlar...
-
Çiyələk və qaragilə ilə bağlı araşdırma: İnsan orqanizmini nələrdən qoruyur?
-
HHM bölmələrimiz döyüş atışlı taktiki təlim icra edib - VİDEO
-
Nazirdən yüksək vəzifəyə təyinat - FOTO
-
Ağdaşda internet xətlərinə qənim kəsilənlər tutuldular - FOTO
-
Rayonlarda torpaq almaq neçəyə başa gəlir? - ARAŞDIRMA
-
Neçə yerdə işləyə bilərik? - VİDEO
-
Yeni virus pandemiyaya səbəb ola bilər - TƏHLÜKƏ
-
Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək - Bu tarixdə
-
Gürcüstanın avtomobil bazarındakı durğunluq Azərbaycana təsir edə bilərmi? - VİDEO
-
“Yollara görə maşın hər gün ustadadır” - VİDEO
-
Şirkətlər tikinti materiallarını sığortalamaqda niyə maraqlı deyillər? - ARAŞDIRMA
-
“ABŞ Ukraynaya “ATACMS” taktiki raketləri verə bilər” - Senator Uorner
-
Bəyan edilməyən telefonlara görə cərimələnə bilərsiniz - VİDEO
TOP 10
ARXİV