Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Gürcüstanda yüksək vəzifələrdə azərbaycanlıları daha çox görmək istəyirəm” - Baş nazir

Tarix 03.08.21, 15:39

Font ölçüsü : - / +
bitmap-img6


“Bu gün bir çox vətəndaşlarımız gürcücə nə danışa, nə də yaza bilir. Bu, çox ağrılıdır və əlbəttə ki, problemdir”.

“Report”un yerli bürosu xəbər verir ki, bu fikirləri Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Barışıq və Vətəndaş Bərabərliyi üzrə dövlət naziri Aparatının 10 illik failiyyət planının təqdimat mərasimində çıxışında deyib.

Onun sözlərinə görə, konkret vəzifələrdən biri 2030-cu ilə qədər Gürcüstanın bütün vətəndaşlarının gürcücə sərbəst danışmasına nail olmaqdan ibarətdir: “Mən burada etnik azərbaycanlılar olan uğurlu parlament üzvlərini görürəm. Onlar gürcü dilində səlis danışırlar. Belə uğurlu gəncləri parlamentdə və nazirliklərdə nazirlər, nazir müavinləri və digər yüksək vəzifələrdə daha çox görmək istəyirəm. Bunun üçün ilkin şərtlərdən biri bütün vətəndaşlarımızın gürcü dilini öyrənməsidir”.

İ.Qaribaşvili qeyd edib ki, gürcü dilinin öyrənilməsi ilə bağlı azərbaycanlı və erməni həmvətənlərimizlə dəfələrlə danışmışıq: “Onlardan hər biri dövlətin bu istiqamətdə atacağı konkret addımlara hazırdır. Biz bu məqsədə çatmaq üçün lazım olan bütün alətləri yaratmalıyıq. Etnik azlıqların təhsilə və keyfiyyətli tibbi xidmətə əlçatanlığı, onların sosial-iqtisadi layihələr və ölkənin siyasi həyatında daha fəal iştirakı güclü gələcəyimiz üçün möhkəm təminat olacaq”.



Xəbərin oxunma sayı : 967




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap