Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 26 Mart 2024

    “Xoşbəxtəm ki, boşandıq” - Dilarədən etiraf

“Azərsu“ rəsmisi hansı qanunsuzluqlara yol verib? - DİN və ETSN birgə məlumat yaydı

Tarix 04.08.21, 16:50

Font ölçüsü : - / +
bitmap-img6


31 iyul 2021-ci il tarixdə saat 23:00 radələrində “Azərsu” ASC-yə məxsus Hövsan Aerasiya Stansiyasının ərazisində yanğın baş vermiş və yanğınla əlaqədar yerində araşdırma aparılıb.

AzFakt.com xəbər verir ki, bu barədə Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumat yayıb.

Araşdırma zamanı sözügedən ərazidə (200 kv.metr sahədə) 3500 ədədə yaxın istifadəyə yararsız olduğu bildirilən su sayğacının utilizasiya məqsədilə saxlandığı və yanğın nəticəsində onların bir hissəsinin tamamilə yanaraq məhv olduğu, digər hissəsinin isə torpağa basdırıldığı müəyyən olunub:

"Həmçinin araşdırma zamanı məlum olmuşdur ki, yanğın baş verən ərazidə yaşayan əhalinin səhhətində problemlər yaranmış və bu da haqlı narazılığa səbəb olmuşdur.

Aparılan ölçmələr zamanı müəyyən olmuşdur ki, yanma prosesi zamanı ətraf mühitə 2.192 manat məbləğində ziyan dəymişdir.

Faktla əlaqədar inzibati qaydada akt tərtib olunmuş və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə görə Stansiyanın rəisi Əbil Əbilov vəzifəli şəxs qismində 3 000 manat cərimə olunmuşdur.

Digər xüsusatlarla bağlı araşdırma davam etdirilir".



Xəbərin oxunma sayı : 787




Hadisə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap