Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

İsveçrə də Fransanı “aldatdı”: Paris daha bir iri sifarişdən məhrum oldu

Tarix 19.09.21, 18:47

Font ölçüsü : - / +
bitmap-img6


İsveçrə və Fransa prezidentləri arasında planlaşdırılmış görüş ləğv edilib. Buna səbəb Bernin fransız deyil, ABŞ təyyarələrini tərcih etməsi olub. Caliber.Az xəbər verir ki, İsveçrə qəzetləri “Le Matin Dimanche” və “SonntagsZeitung” məhz müvafiq qərarın ardından Fransa tərəfinin təşəbbüsü ilə ölkə prezidenti Makronun isveçrəli həmkarı və iqtisadiyyat naziri ilə bu ilin noyabrında keçiriləcək danışıqlarının ləğv olunduğunu bildirir.

Məlumata görə, İsveçrə 36 ədəd “Lockheed Martin F35A” təyyarəsinin alınması barədə qərarı hələ iyun ayında qəbul edib. Buna baxmayaraq, ölkənin müdafiə nazirliyi “Rafale” təyyarələrinin istehsalçısı olan Fransanın “Dassault” şirkətilə aparılan danışıqları davam etdirib.

İsveçrənin İqtisadiyyat Nazirliyi Makronla görüşün keçirilməyəcəyini təsdiq etsə də, onun isçi qrafikinin tərtibatının hələ başa çatmadığını vurğulayıb.

Qeyd edək ki, bu xəbər Fransa ilə ABŞ və Avstraliya arasındakı gərginliyin meyana gəldiyi bir zamanda yayılıb.

Xatırladaq ki, bugünlərdə rəsmi Kanberra fransız sualtı qayıqları əvəzinə ABŞ-ın atom silahlı anoloji məhsullarını tərcih etdiyini açıqlayıb.



Xəbərin oxunma sayı : 388




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap