Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Bura “Azərbaycanın Parisi” olacaq: Nəhəng layihə

Tarix 24.10.21, 18:38

Font ölçüsü : - / +
bitmap-img6


Türkiyə və Azərbaycan Erməni işğalından azad edilmiş Zəngilan rayonunda illərlə boş qalan torpaqları kənd təsərrüfatı üçün hazırlayır.

Bu barədə Türkiyənin "Anadolu” agentliyində dərc olunmuş məqalədə bildirilib.

Məqalədə qeyd edilib ki, Azərbaycan işğaldan azad edilmiş bölgələrdə geniş yenidənqurma və inkişaf layihələri həyata keçirir:

"Bölgədə yeni yollar, elektrik stansiyaları salan, dağılmış yaşayış məntəqələrini bərpa edən Azərbaycan hökuməti aqrar sahənin inkişafı üçün çalışır. Bölgədəki bütün layihələrdə Azərbaycana dəstək verən Türkiyə prioritet sahələrdən biri kimi müəyyən edilən kənd təsərrüfatı sektorunun inkişafına dəstəyini davam etdirir. Bu çərçivədə işğaldan azad edilmiş Zəngilanda türk şirkətlərinin qatqısı ilə müasir texnologiyalarla kənd kəsərrüfatı işlərinin həyata keçiriləcəyi park qurulur.

Fasiləsiz davam edən təsərrüfat parkında əkin sahələri, istixanalar, mal -qara ferması, kəsim yerləri, yem fabriki və meyvə bağları olacaq. İşçilər üçün yaşayış və istirahət yerlərinin tikildiyi parkda Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə abidə, meşə sahəsi və məscid tikilməsi də planlaşdırılır.

Tullantıları enerjiyə çevrəcək biokütlə qazlaşdırma qurğusunun və damlara günəş panellərinin qurulması parkın elektrik enerjisinə olan tələbatının bir hissəsini qarşılamaq məqsədi daşıyır.

Parkda bütün işlər türk və azərbaycanlı mühəndislər və digər işçilər tərəfindən həyata keçirilir”.

Parkın tikintisinə rəhbərlik edən layihə rəhbəri Yasin Yavuz "Anadolu”ya açıqlamasında bura iki ay əvvəl gəldiyini və bu müddət ərzində böyük dəyişikliklərin şahidi olduğunu bildirib.

Yavuz ermənilərin işğal dövründə - illərlə bu torpaqları boş buraxdıqlarını deyib:

"Gələcəkdə burada çox fərqli Qarabağ olacaq. Çox məhsuldar torpaqları var. Suyu var. Zəngin torpaqlardır. Biz yaşayış yeri salırıq. İşçilər üçün 5 ulduzlu otel standartında yaşayış yeri tikirik. Azərbaycanlı və türk mühəndislər birlikdə işləyir. Azərbaycan dövləti bura çox böyük yatırımlar qoyur. Bölgədə bir çox Türkiyə və Azərbaycan şirkəti işləyir. İnfrastruktur layihələri sürətlə həyata keçirilir. Buranı bir-iki ilə tanıya bilməyəcəyik. Bura "Azərbaycanın Parisi” olacaq”.

Tikinti işlərinə rəhbərlik edən azərbaycanlı mühəndis Elvin Əliyev də türk dostları ilə ahəngdarlıq içində işlədiklərini bildirib.

Təsərrüfat parkında bir çox insanın işlə təmin olunacağını bildirən Elvin Əliyev təcrübələrini türk işçilərlə bölüşdüklərini söyləyib.

Tikinti işlərinin davam etdiyi parkın daxilindəki əkin sahələri vaxt itirmədən şumlanaraq gübrələnməyə başlanılıb.

Traktorçu Halil Səfa Düzgüngü azad edilmiş Azərbaycan torpaqlarında təsərrüfat işlərinə kömək etmək üçün Tokatdan gəldiyini bildirib.

İki ay əvvəl gəldiyi günlə bu gün arasında bölgədə ciddi fərqlərin olduğunu qeyd edən Düzgüngü söyləyib:

"Çox sürətli iş prosesindəyik. Gecə-gündüz işləyirik. İlk gələndə torpaqlar acınacaqlı idi. Biz bu torpaqların ölkələrimizə və iqtisadiyyatımıza töhfə verəcəyini düşünürük”.

Azərbaycanlı traktorçu Elməddin Rufullayev isə deyib ki, minlərlə hektar ərazi təsərrüfat üçün hazırlanıb: "Ümid edirəm ki, bol məhsul alacağıq. Bu torpaqları görmək üçün nə qədər qurban verdik. Bu torpaqlar illərdir becərilməyib. Bir neçə gündən sonra əkinə başlayacağıq”.//Teleqraf.com 



Xəbərin oxunma sayı : 424




İqtisadiyyat

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap