Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

2137 hərbçi mənzil növbəsinə qəbul olundu - Rəsmi

Tarix 26.11.21, 22:32

Font ölçüsü : - / +
bitmap-img6


Bu gün Prezidentin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmanı ilə yaradılmış Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib.

AzFakt.com xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iclası giriş sözü ilə açan komissiyanın sədri, maliyyə naziri Samir Şərifov komissiyanın bu günədək olan fəaliyyəti barədə yeni tərkibi məlumatlandırıb, əsas məqsəd və hədəflərdən bəhs edib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində son illər Silahlı Qüvvələrin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılıb və sözügedən Fərman Silahlı Qüvvələrdə 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına alınmış mənzillərlə təmin olunmasını nəzərdə tutur.

Komissiyanın sədri Vətən müharibəsində tarixi zəfər qazanan Azərbaycan ordusunun hərbi qulluqçularının mənzil təminatının Prezident İlham Əliyevin xüsusi diqqət və nəzarətində olduğunu bildirib.

"Bu tədbirlərin həyata keçirilməsi ilə bağlı hər il dövlət büdcəsinin imkanları daxilində müvafiq məbləğdə vəsait ayrılır və bugünədək Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası olaraq Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında mənzil növbəsinə qəbul olunan 2387 hərbi qulluqçudan artıq 2093 nəfər Bakı, Gəncə şəhərlərində, Abşeron rayonunda və Naxçıvan Muxtar Respublikasında tam təmirli mənzillərlə təmin olunub”, deyə S.Şərifov bildirib.

İclasda Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş siyahı əsasında mənzil almaq hüququ qazanan növbəti 2137 nəfər hərbi qulluqçunun mənzil növbəsinə qəbul olunması qərara alınıb.

Eyni zamanda, komissiya üzvləri hazırda mənzil növbəsində olan hərbi qulluqçulardan 131-nin Bakı şəhərində tam təmirli mənzillərlə təmin olunması barədə qərar qəbul edib.



Xəbərin oxunma sayı : 721




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap