Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Günün transfer xəbərləri: Mourinyu “Nyukasl“a gedəcək?

Tarix 17.05.22, 20:16

Font ölçüsü : - / +
bitmap-img6


Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri artıq indidən klubların yay transfer pəncərəsi dövrü üçün planları ilə bağlı maraqlı məlumatlar yayımlayır.

"Yuventus"un baş direktoru Mauritsio Arrivabene "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın Turin klubuna potensial keçidi ilə bağlı sualı cavablandırıb: “Pol Poqba “Mançester Yunayted”in oyunçusudur, ona və klubuna hörmət edirəm. O, "Yuventus"da oynayıb. Ona görə də biz Poqbanı heyətimizdə görməyə hər zaman şad olarıq".

"Calciomercato" nəşri: Londonun "Arsenal" klubu "Bolonya"nın şotlandiyalı müdafiəçisi Aaron Hiki ilə müqavilə imzalamağa yaxındır.

"Braqa" klubu Karlos Karvalyalın komandanın baş məşqçisi postundan getdiyini açıqlayıb. 56 yaşlı mütəxəssisə yeni müqavilə təklif edilsə də, məşqçi karyerasını başqa klubda davam etdirmək qərarına gəlib. 

"L`Equipe" nəşri: "Barselona"nın hücumçusu Usman Dembele "Bayern Münhen"in hədəfindədir" 

"Marca" nəşri: "Nyukasl"ın bossları "Roma"nın baş məşqçisi Joze Mourinyunu baş məşqçi kimi görmək istəyirlər. “Sağsağanlar”ın yeni sahibləri 59 yaşlı portuqaliyalı mütəxəssisi kluba rəhbərlik etməyə razı salmağa çalışacaqlar. Bu baş verərsə, klub Eddi Haunu istefaya göndərəcək. (fanat)



Xəbərin oxunma sayı : 760




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap