Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti konfrans keçirəcək - Mayın 20-də

Tarix 19.05.22, 21:02

Font ölçüsü : - / +
bitmap-img6


Mayın 20-də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) növbəti hesabat-seçki konfransı keçiriləcək.

AzFakt.com xəbər verir ki, tədbir saat 8:30-da, Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarətlə başlayacaq, daha sonra Şəhidlər Xiyabanını ziyarətlə davam edəcək.

"Excelsior" oteldə (H.Əliyev prospekti 2) saat 10:00-da işə başlayacaq konfransın gündəliyinə sədr və Nəzarət Təftiş Komissiyasının (NTK) hesabatının dinlənilməsi, təşkilatın yeni sədrinin, idarə heyətinin və NTK üzvlərinin seçilməsi, Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilən “Qiymətləndirmə fəaliyyəti haqqında Azərbaycan Respublikasının qanun” lahiyəsinin və bir sıra cari məsələlərin müzakirəsi daxildir. 40-a yaxın qiymətləndirici şirkətin nümayəndələrindən təşkil olunan konfransa müxtəlif dövlət təşkilatlarından, deputatlardan və qeyri-hökumət təşkilatlarından da qonaqlar dəvət olunub. 

 

Konfrans öz işini saat 14:00-da yekunlaşdıracaq. 

İştirakınıza görə hər birinizə təşəkkür edirik.

 

Hörmətlə, konfransa hazırlıq üzrə Təşkilat Komitəsi.

 



Xəbərin oxunma sayı : 550




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap