Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Üçrəngli bayrağımızın ideoloqu Əli Bəy Hüseynzadə - VİDEO

Tarix 28.05.22, 13:03

Font ölçüsü : - / +
bitmap-img6


Bayrağımızın üçrəngli düsturu məhz onun adı ilə bağlıdır. Bütün həyatı boyu elə 3 istiqamətdə - inancımızın, milliyyətimizin və inkişafımızın yolunda fəaliyyət göstərib. Qafqaz şeyxülislamı olan babasının himayəsində böyüyüb, türk birliyinin ideoloqu olub, Qərb dəyərlərinin təbliğatçısı kimi çıxış edib.

Əli bəy Hüseynzadə özü haqqında “24 fevral 1864-cü ildə Qafqaz Azərbaycanında Kür nəhri sahilində − Salyanda dünyaya gəlmişəm” yazıb. Taleyi isə onu tezliklə Kürün o biri başına − Tiflisə aparıb çıxarır. Məhz burada Mirzə Fətəli Axundov balaca Əli bəyin ilk təhsilinin əsasını qoyur. Beləcə, Azərbaycan Xalq Cümhuriyyəti dövründə dövlət bayrağında üç rənglə simvollaşan Azərbaycan vətəndaşının ideya-mənəvi dəyərləri məhz onun adı ilə bağlıdır. Bu gün doğma yurdunda da onun adı əbədiləşdirilib.

Batumda imzalanan Türkiyə-Azərbaycan dostluq müqaviləsinin mətninin hazırlanmasında da böyük mütəfəkkir Əli bəy Hüseynzadə xüsusi rol oynayıb.

Şərqdə ilk opera sayılan Üzeyir bəy Hacıbəylinin “Leyli və Məcnun” operasının ilk tamaşasının bədii tərtibatçısı, rəssamı da Əli bəy Hüseynzadə idi. Müsəlman şərqində ilk demokratik cümhuriyyət də məhz Azərbaycanda elan edilib. Əli bəyin ideoloqluğu, Üzeyir Hacıbəylinin bəstələdiyi himnimizin musiqisinin müşayiəti ilə.






Xəbərin oxunma sayı : 946




Maraqlı

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap