|
Azərbaycanla Ermənistan razılaşdı: Qazaxın 4 kəndi qaytarılır
“Express Bank” iflas ərəfəsində - Şirkətlər bankdan 25 milyondan çox depoziti geri çəkiblər
Rusiya sülhməramlı kontingentinin Azərbaycandan çıxması prosesi başlayıb - VİDEO
Deputat Ülvi Quliyev Nəsimi rayonunda torpaq zəbt edib? - FOTOLAR
Digərlərinin ağlı ilə hərəkət edən Ermənistan - VİDEO
“Ermənistan müharibəyə təhrik edilir“ - DTX rəisi kəşfiyyat məlumatlarını açıqladı
Mərkəzi Kəşfiyyat İdarəsi terror hücumlarından necə xəbər tuta bilir? – ŞƏRH
Ərdoğan Qərbi belə mat etdi – Türk əsri başlayıb
Fəxri Kazımov nüfuzlu şəxsləri Taleh Kazımovla Elnur Əliyevə minnətçi salır - Vəzifədə qalmaq üçün
Bəxtiyar Əsgərov məsələsi Fuad Nəcəflini çətin duruma salıb - Naxçıvana ardı-arası kəsilməyən zənglər...
Samir Şərifov Bakıda biznes mərkəzi tikdirir? - FOTOLAR
Pekin dünya üçün “Çin şoku” hazırlayır – Bazarları ucuz məhsulları ilə dolduracaq
Eldar Əzizovun “tender camaşırxanası“: Mirzəyevlə Mehralıyevin “it yemi satınalması“
“Xocalı qurbanlarının qisasını aldıq!“ - Prezidentin Xocalıdakı çıxışı (FOTOLAR)
“Azərişıq”ın problem yaradan yeniliyi - ARAŞDIRMA
Tarix 28.05.22, 23:29 |
|
Vətəndaşlar “Azərişıq” ASC-nin sms tipli sayğaclarında yaranan problemlərdən şikayət edirlər. Şikayətçilər iddia edirlər ki, onlara əlavə borc yazılır, balansdakı vəsait naməlum səbəblərdən silinir. Bəzi vətəndaşlar uzun çək-çevirdən sonra problemin həllinə nail olursa, əksəri süründürməçiliklə üzləşir.
Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.
Son dövrlər vətəndaşlar “Azərişıq” ASC-nin sms tipli sayğaclarının göstəriciləri ilə bağlı narazılıq edirlər. Redaksiyamıza müraciət edən şikayətçilər bildirir ki, 2021-ci ilin noyabr ayının 1-dən tariflər dəyişib, enerjinin qiyməti bahalaşıb. Ancaq tarif dəyişsə də, sms tipli sayğacların tarifi dəyişdirilməyib. “Azərişıq”ın İnformasiya Texnologiyaları şöbəsi bu işin öhdəsindən gələ bilmədiyi üçün, qurumun enerji satışı şöbəsinə edilən şikayətlərin həcmi hər gün artır. Təəssüf ki, bu şikayətlər real nəticə vermir.
Sms tipli sayğaclar ən çox Nəsimi rayonu ərazisində olduğu üçün şikayətlərin də əksəri məhz bu rayondandır. Sakinlərin iddiasına görə, “Azərişıq”ın işçiləri bu problemi həll etmək üçün elektron qaydada deyil, fərdi qaydada sayğaclara baxış keçirir, əl təması ilə sayğacda dəyişiklik edirlər. Amma bu da problemi həll etmir. İstehlakçılara yazılan əlavə borclara görə “Azərişıq” nümayəndələri ilə vətəndaşlar arasında mübahisələr yaranır. Misal üçün, QHT sektorunda tanınmış simalardan olan Vüqar Tofiqli iddia edir ki, “Azərişıq” hər ay ona əlavə borc yazıb. Özü də bu borc hər ay artır: “Fevral ayının əvvəlində yaşadığımız binadakı mənzillərin elektrik sayğacını sms tipli sayğacla əvəzləyiblər. Bu dəyişmənin özünü normal hesab etmirəm. Çünki əvvəlki sayğaclar daha etibarlı və münasib idi. Əvvəllər bir ay tamam olan kimi qəbz verilirdi və istehlakçıya 1 ay ərzində borcunu ödəmək imkanı yaradılırdı. Biz də ya onlayn şəkildə, ya da ödəmə terminalları vasitəsilə borcumuzu ödəyirdik. Yeni sms tipli sayğaclarda istehlakçılar əvvəlki imkandan məhrum olublar. İndiki sayğaclar istehlakçını məcbur edir ki, əvvəlcədən balansa pul yükləsin. Yəni “Azərişıq” satmaq istədiyi, istehlakçının hələ istifadə etmədiyi enerjinin pulunu bəri başdan alır. Belə məlum olur ki, “Azərişıq”ın yenilik adı altında tətbiq etdiyi sms tipli sayğacların əsas məqsədi bundan ibarətdir. Bundan başqa, əgər mən balansımı onlayn qaydada yoxlaya, sərfiyyatımı, pulumun qalığını onlayn şəkildə öyrənə bilmirəmsə, bunun nəyi yenilikdir? Təsəvvür edin, mən 3-cü mərtəbədə yaşayıram və balansımdakı məbləği öyrənmək üçün mütləq birinci mərtəbəyə düşməli, sayğaca baxış keçirməli, mexaniki qaydada məlumat almalıyam”.
V.Tofiqli deyir ki, yeni sms tipli sayğaclar quraşdırılandan qısa müddət sonra e-manat ödəmə terminalında abonent kodunu yükləyən zaman mart ayı üzrə 26 manat 40 qəpik borc yazıldığını öyrənib. O, əvvəlcə bunu anlaşılmazlıq kimi qəbul edib, hər ehtimala borc kimi göstərilən məbləği artıqlaması ilə ödəyib. Lakin aprel ayında 15 gündən artıq müddətdə Bakıdakı mənzildə deyil, rayondakı evində yaşamasına rəğmən, abonent kodunu ödəmə terminalına daxil edəndə 27 manat borc yazıldığını öyrənib: “Maraqlı burasıdır ki, balansımda 22 manat artıq vəsait olduğu halda, mənim 27 manat borclu olduğum göstərilirdi. Dərhal “Azərişıq”la əlaqə saxladım, bunun səbəbini soruşdum. İzah etdilər ki, sistemdə problem var, tariflər əvvəlki qiymətlə hesablandığından belə fərqli vəziyyət yaranıb. Tələb etdilər ki, fərqin aradan qalxması üçün borcu ödəyim. Borcu ödəməkdən imtina etmədim, amma haqlı olaraq soruşdum ki, bu vəziyyətə görə kim günahkardır? Açıq şəkildə bildirdilər ki, günah “Azərişıq”dadır. Üçüncü dəfə “Azərişıq”ın Nəsimi rayonundakı enerji satış mərkəzinə gedəndə öyrəndim ki, mənim mənzilimin elektrik enerjisindən istifadəyə görə borcu artıq 88 manatdır. Ətraflı araşdırma aparılmasını tələb etdim. Sistemdəki nasazlığı, hansısa naməlum problemi əsas gətirib günahı öz üzərilərindən atdılar. Məsələni bu cür qoymadım, “Azərişıq” rəhbərliyi səviyyəsinə çıxdım. Onlara sübut etdim ki, əsassız yerə mənzilimə borc yazılıb və sistemdə yaranan hər hansı çatışmazlığa görə məsuliyyəti istehlakçı deyil, “Azərişıq” daşıyır”.
V.Tofiqlinin sözlərinə görə, hətta Tarif Şurasının qərarına uyğun olaraq qiymətlərdə dəyişiklik varsa, bu dəyişiklik sms tipli sayğaclara xüsusi proqram vasitəsilə ötürülməli, balansdakı vəsaitdən işlədilən elektrik enerjisinin xərci çıxılmalıdır: “Balansımda vəsait ola-ola mənə borc yazılması absurddur. Çox çətinliklə “Azərişıq” rəsmilərinə vəziyyəti izah etdikdən sonra tələblərim yerinə yetirildi, problem həllini tapdı. Məsələ burasındadır ki, bu situasiya ilə yalnız mən deyil, onlarla, bəlkə də, yüzlərlə abonent qarşılaşa bilər. İndi onların hamısı mütləq “Azərişıq” rəhbərliyinə müraciət etməli, bütün iş-gücünü atıb haqlı olduqlarını sübut etməklə məşğul olmalıdırlar? İstənilən yenilik tətbiq olunanda elə etmək lazımdır ki, vətəndaşlara əlavə qayğı yüklənməsin, əksinə, xidmət səviyyəsi daha da yaxşılaşsın, məmnunluq təmin olunsun”.
Bu cür şikayətlər onlarladır. Hər birində də eyni məzmun var. Qeyd olunan problemlə əlaqədar “Azərişıq” ASC-nin Mətbuat katibi Vaqif Aydınoğlu ilə əlaqə saxladıq. Şikayətçilərin səsləndirdiyi iddiaların əsaslı olub-olmadığına aydınlıq gətirmək istədik. O, hər bir vətəndaşın şikayətinin ətraflı araşdırılması, obyektiv mənzərənin ortaya çıxması üçün abonent kodu ilə birlikdə “Azərişıq”ın yerli qurumuna müraciət olunmasını tövsiyə etdi. Bildirdi ki, abonent kodu vasitəsilə illər, aylar və günlər ərzində vətəndaşın istehlak etdiyi enerjinin miqdarını, indiyə qədər hansı onlayn vasitələrdən, ödəmə terminalından istifadə edilməklə nə qədər vəsait ödədiyini müəyyənləşdirmək olar.
Enerji məsələləri üzrə ekspert İlham Şaban mövzuya dair qəzetimizə açıqlamasında bildirib ki, “Azərişıq” ASC-nin elektron xidmətləri hər kəs üçün əlçatandır. Ekspertin qənaətincə, istənilən istehlakçı istifadə etdiyi smartfona “Azərişıq”ın xidmətlərinin mobil versiyasını yükləməklə, nəinki cari ay ərzində, eləcə də aylar və illər üzrə elektrik enerjisi sərfiyyatını, ödənişlərini, borcunu öyrənə bilər. İ.Şabanın sözlərinə görə, əgər hər hansı istehlakçı hesab edirsə ki, ona əlavə borc yazılıb, o, elektron qaydada, yaxud ərizə ilə “Azərişıq” ASC-yə müraciət etməklə məsələnin ətraflı araşdırılmasını tələb edə bilər. Məsələ bu müstəvidə həllini tapmazsa, hər bir vətəndaş öz hüquqlarını qorumaq üçün məhkəməyə müraciət etməkdə azaddır.
Xəbərin oxunma sayı : 922
Sosial
Xəbərlər
-
Vətəndaş Qəbulu Mərkəzində may ayında qəbul cədvəli açıqlanıb - SİYAHI
-
Ətin qiyməti 25 manat olacaq? - AÇIQLAMA
-
Prezidentlər Ağdamda orta məktəbin təməlqoyma mərasimində - FOTOLAR
-
Yusif Mustafayev borc verdiyi 100 mindən çox pulunu geri ala bilmir - VİDEO
-
Tayvandan Azərbaycana gətirilən meyvə suyu yararsız çıxıb - FOTO
-
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
-
Mənimsəmədə təqsirləndirilən vəkilin cinayət işinin bəzi detalları məlum olub - İTTİHAM AKTI
-
Xaricdən gətirilən kartof ölkə daxilində 2 dəfə baha satılır – Rəqəmlər
-
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
-
İki naziri yola salan Heydər Yaqubov... – Direktor öz gücünü kimdən alır?
-
Qərb Cənubi Qafqazda sabitliyi pozmağa çalışır - Zaxarova
-
“TikTok“la bağlı sorğu keçirilib - 74,9% məhdudiyyət tətbiqini istəyib
-
Binə qəsəbəsində qanunsuz elektrik xətləri çəkilir? - VİDEO
-
Xocalıda insan qalıqları aşkar edildi - FOTO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar - FOTOLAR
-
HƏMAS silahı yerə qoyacağına söz verdi: Amma bir şərtlə
-
“Füzuli tam şəkildə yenidən qurulur” - Hikmət Hacıyev
-
Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - FOTOLAR
-
Naxçıvanın yeni baş naziri kimdir? - DOSYE
-
Bakıda kişi qardaşını qətlə yetirib: “Hamımızın başına oyun açırdı”
-
Prezidentlər Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - FOTO
-
Deputatdan parlament seçkilərinin vaxtı ilə bağlı iddia
-
Bakının məşhur məktəbi təmirə bağlanır: Şagirdlər digər təhsil ocağına köçürülürlər
-
Avtomobili yay rejiminə necə keçirək? - AÇIQLAMA + VİDEO
-
Naxçıvanın yeni baş naziri vəzifəsindən azad olundu - Yerinə Cəlilov təyin edildi
-
“Zəngəzur dəhlizinin adını eşitdikcə sanki ağıllarını itirirlər...“ - “Bu, çox qəribədir“
-
Bakıda 6 istiqamət üzrə istirahət zonaları yaradılacaq - TƏFƏRRÜAT + VİDEO
-
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - FOTOLAR
-
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
-
“Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunmuş hesab edilir” - Prezident İlham Əliyev
-
Bölmələrimiz həyəcan siqnalı ilə ayağa qaldırıldı - Zakir Həsənov prosesi izlədi
-
Taliban İŞİD-ə qarşı mübarizə üçün xüsusi bölmə yaradır: İşsizlərin siyahısı hazırlanır
-
Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdə
-
“NATO Polşada nüvə obyektləri yerləşdirərsə, hədəfimiz olacaq“ - Rusiya XİN
-
Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - ARAŞDIRMA + VİDEO
-
Azərbaycanda niyə qeysəriyyə əməliyyatlarına üstünlük verilir? - ARAŞDIRMA
-
Bayden qanun imzaladı - Üç ölkəyə hərbi yardım haqqında
-
Tünzalə Ağayevanın yeni görünüşü - VİDEO
-
“Qarabağ“ - “Neftçi“ oyunundakı 5 qol - VİDEO
-
Sakinlər deputatlara ən çox nədən şikayətlənirlər? - VİDEO
-
Keçmiş başçının hospitalından şikayət - Pasientlə “Rela Hospital“ arasında nə baş verib?
-
Bayden qanunu imzaladı - “TikTok” ABŞ-da qadağan ediləcək
-
Şuşada inşa olunan yeni yaşayış kompleksinin görüntüləri - VİDEO
-
Maşın bazarında durğunluğun səbəbi nədir? - VİDEO
-
Büdcəyə yenidən baxılacaq? - FOTO
-
Rəisin evindən oğurluq etdi, araq alıb içdi - Kameraya salam da verdi
-
İkinci əl məhsulun oğurluq olmadığını necə bilmək olar? - VİDEO
-
Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - VİDEO
-
Bakıda nöqsanlar aşkarlanan restoranın fəaliyyəti məhdudlaşdırılıb - FOTO
-
Alimpaşa Məmmədov vurduğu ziyandan 185 min manat ödəyib
-
“İstəyirəm həyat yoldaşım mənə qulaq asanda utanmasın” - Aysun İsmayılova
-
Sabah Rəfahda hərbi əməliyyat başlaya bilər - İsrail nəşrindən şok iddia
-
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
-
Sabah Binəqədidə qaz olmayacaq - Xəbərdarlıq
-
Zəngilan, Cəbrayıl və Qubadlı sakinlərinə şad xəbər - VİDEO
-
Əfv Komissiyasının növbəti iclası keçirilib - Müraciətlərin sayı 300-ü keçib
-
Xankəndidə tələ partlayıcı qurğular aşkarlanıb - VİDEO
-
Bakıda restoran sahibləri cəzalandırıldılar - RƏSMİ
-
Naxçıvanda 10 aydan çoxdur ki, maaş ala bilməyən işçilər etiraz etdilər - VİDEO
-
30-a yaxın israilli general HƏMAS-ın girovluğundadır – KİV
-
Şuşaya köç başlayır - Tarix açıqlandı
-
Moskvada sərgidə qənimət götürülmüş NATO tankı nümayiş etdiriləcək - VİDEO
-
Üç ayda 170 avtomobil yanıb: FHN əsas səbəbləri açıqladı
-
Bakı Sağlamlıq Mərkəzində maşınqayırma texnikumunu bitirən şəxs anju edir? - İDDİA/VİDEO
-
“Azərbaycan parlaq gələcəyini inamla qurur“ - Sadıq Japarov
-
Bakıda dələduz şəbəkə peyda olub – Mənzilləri, obyektləri kirayələyib...
-
100 milyon da son hədd deyil - İlham Əliyev
-
ABŞ-nin Rusiyadakı səfirliyi zəhərlənmədən ehtiyat edir - SƏBƏB
-
“Ermənistan özü işğalı sonlandırmağa qərar verdi“ - Elçin Əmirbəyov
-
Respubilkanın sabiq baş pediatırı intihar edib - Prokurorluqdan açıqlama
-
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - FOTO
-
Tanınmış iş adamı deputat olacaq? - İDDİA
-
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - VİDEO
-
Roza Zərgərli pedaqoji fəaliyyətə başlayıb - VİDEO
-
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının 2-ci iclası keçirilib - FOTOLAR
-
Benzinlə qadını yandıran şəxs vəzifəli şəxsin oğludur - Yeni faktlar
-
Prezidentdən Allahverən İsmayılovla bağlı – Sərəncam
-
Bakıda təhlükəli vəziyyət: 130-dan çox yaşı olan bina hər an uça bilər (VİDEO)
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - FOTO
-
Deputatın tikdiyi binanın əyilməsi ilə bağlı xəbərdarlıq: Komissiya yaradılması təklif edildi
-
“NATO-nun Finlandiyadakı təlimləri təxribat xarakterlidir” - Zaxarova
-
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü başladı
-
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR +VİDEO
-
AMEA-da yeni şöbələr yaradılıb - Kadr təyinatları olub
-
Sadır Japarov Bakıya gəldi - FOTO
-
Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı
-
Bakıda taksilər gediş haqqı qiymətini qaldırdı - VİDEO
-
“Made in Karabakh”: Şərablarımız yenidən dünyaya ayaq açır - VİDEO
-
Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var - Ramiz Mehdiyevin qohumudur
-
Hadrut yenidən qurulur - Ən son görüntülər
-
Baş nazir iclas keçirib - Holdinqin İdarə Heyətinə tapşırıqlar verilib
-
“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək“ - ABŞ institutu
-
Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
-
“Sənəd masama qoyulan kimi onu imzalayacağam” - Bayden
-
Beyləqanda dəhşətli cinayət: Ferma sahibi toyuq hinində çobanın arvadına təcavüz etdi
-
Keyfiyyətsiz gün eynəklərinin qorxunc fəsadları - VİDEO
-
Masazırda vətəndaşa məxsus torpaq sahəsi zəbt edilərək ev tikilir - İDDİA + VİDEO
-
Dünyada ABŞ-dən narazılıq artır - QLOBAL SORĞU
-
"35 ildir Aygünü sevmişəm" - Faiq Ağayev
-
“Britaniya sənayesi müharibə rejiminə keçir” - Sunak
-
Sumqayıtda 28 ailənin bir qaz sayğacı var: Limit necə hesablanır?
-
“Üçüncü dünya müharibəsi artıq gedir” - Podolyak
-
Rusiya müdafiə nazirinin müavini saxlanılıb - Külli miqdarda rüşvət görə
-
MDB-nin fond birjaları üçün yeni dövr: Azərbaycan və Özbəkistan yol açır
-
Şirkət işçilərin hüquqlarını pozdu: 20 min cərimələndi
-
“BAM-ın gücü 12 ildə 3 dəfə artıb“ - Putin
-
“Vətəndaş nikahı qanunsuzdur“ - Spiker
-
“ABŞ Ukraynaya 1 milyardlıq hərbi yardım paketi hazırlayır” – “Reuters”
-
Bu gün toyları olacaqdı - Heç biri həyatda deyil...
-
İran hakimiyyəti ölkə əhalisinə divan tutur - VİDEO
-
Sabah bəzi ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq
-
Qrunt suları Binə qəsəbəsinin sakinlərinin evlərinə doldu - VİDEO
-
Ərdoğan iqamətgahında uşaqlarla görüşdü - Fotolar
-
“Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar“ - Prezident
-
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur
-
Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişdi - QƏRAR
-
Mikayıl Cabbarov səyyar vergi yoxlaması haqda qərar imzaladı - Dəyişiklik
-
“Ukrayna müharibə başlayandan yarım milyon hərbçisini itirib“ - Şoyqu
-
İcra Hakimiyyəti sabiq nazirdən 133 minə “BMW 520i” alır – Bazardakı qiymətdən 17,5 min bahadır
-
Şahin Bağırovu Bakı Şəhər Baş Gömrük İdarəsinə buraxmayıblar - TƏFƏRRÜAT
TOP 10
ARXİV