Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Qarabağ“ “Olimpiakos“u darmadağın etdi - Avropa Liqası

Tarix 07.10.22, 1:03

Font ölçüsü : - / +
bitmap-img6


"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.

AzFakt.com xəbər verir ki, Ağdam təmsilçisi G qrupunun III turunda Yunanıstanda "Olimpiakos"la qarşılaşıb.

"Georgios Karaiskakis" stadionunda reallaşan matçdan Qurban Qurbanovun baş məşqçisi olduğu komanda inamlı qələbə ilə ayrılıb. İlk yarısı qolsuz heç-heçə bitən görüşün 2-ci hissəsində 3 cavabsız qol vuran "köhlən atlar"ın heyətində Ovusu, Veşoviç və Şeydayev fərqləniblər. Beləliklə, "Qarabağ" 2-ci pillədə yerini möhkəmləndirib.  

Qrupun digər oyununda "Frayburq" Almaniyada Fransa "Nant"ını 2:0 məğlub edib.

UEFA Avropa Liqası
Qrup mərhələsi, III tur
6 oktyabr

23:00. "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" (Azərbaycan) 0:3
Qol: Ovusu Kvabena, 68, Marko Veşoviç, 82, Ramil Şeydayev, 86 

"Olimpiakos": 88. Kostas Tsolakis, 2. Şime Vrsalko, 5. Andreas Buxalakis, 6. Yann MVila, 8. Pyer Kunde, 18. Hvan İy Co, 21. Pep Biel, 26. Qonsalo Avila, 45. Oleq Ryabçuk, 66. Pape Abu Sisse, 77. Qarri Rodriges
Baş məşqçi: Miçel Qonsales

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k) 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 20. Kadi Borges. 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: İrfan Pelto, Davor Belyo, Damir Laziç, Antoni Bandiç (Bosniya və Herseqovina)
Pirey, "Georgios Karaiskakis"

Xal durumu: "Frayburq" - 9, "Qarabağ" - 6, "Nant" - 3, "Olimpiakos" - 0.




Xəbərin oxunma sayı : 1144




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap