Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

“Times” dünyanın ən varlı ailələrinin reytinqini tərtib edib

Tarix 08.12.22, 18:05

Font ölçüsü : - / +
bitmap-img6


Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanın ailəsi dünyanın ən varlı ailəsidir.

AZƏRTAC “The Times” qəzetinə istinadla xəbər verir ki, Nəhyanlar ailəsinə məxsus sərvətin əsasını enerji ticarətindən əldə edilən gəlirlər, həmçinin müxtəlif kompaniyalara və daşınmaz əmlak bazarlarına qoyduğu sərmayə də daxil olmaqla, uğurlu investisiya siyasəti təşkil edir. “Bloomberg” agentliyinin məlumatına görə, ailənin varidatı təxminən 300 milyard dollar həcmində qiymətləndirilir.

Əbu-Dabidən olan ailə maliyyə məsələlərindən robot texnikasına qədər müxtəlif sahələrdə fəaliyyət göstərən, 27 mindən çox işçisi olan “Royal Group” kompaniyasının sahibidir. Al Nəhyanlar İngiltərənin “Mançester Siti” futbol klubunda, İlon Maskın “SpaceX” kompaniyasında və Rihannanın “Savage x Fenty” moda evində pay sahibidir.

“The Times” qəzetinin tərtib etdiyi reytinqin ikinci pilləsində sərvəti 224,5 milyard dollar həcmində qiymətləndirilən “Walmart” mağazalar şəbəkəsinin sahibləri amerikalı Uolton ailəsi qərarlaşıb. İlk beşliyə, həmçinin eyniadlı qənnadi kompaniyasının təsisçiləri olan Mars ailəsi (160 milyard dollar), “Koch Industries” sənaye konqlomeratını idarə edən Koc ailəsi (128,8 milyard dollar) və Səudiyyə Ərəbistanının kral ailəsi (105 milyard dollar) daxil olub.



Xəbərin oxunma sayı : 457




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap