Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Bu il boşanması ilə gündəmə gələnlər - Fotolar

Tarix 08.12.22, 18:58

Font ölçüsü : - / +
bitmap-img6


2022-ci ildə şou-biznesdə subaylığın daşını atanlar kimi, boşananlar da az olmayıb. 

Axşam.az bu il evliliyinə son qoyan tanınmışları təqdim edir:

İlin ən səs-küylü boşanması müğənni Mina Hüseyninki olub. Sənətçi martda nikah masasına oturduğunu açıqlayıb, sənətdən getdiyini bəyan edib. İnstaqram hesabında bütün paylaşımlarını silən Mina hesabını da bağlayıb. Amma ifaçının evliliyi uzun çəkməyib. Bir neçə ay əvvəl Mina Sərxan adlı bəyin ona yalanlar danışdığını, təzyiq etdiyini və boşandığını açıqlayıb. 


2021-ci ildə ailə qurduqlarını açıqlayan aparıcı Şəhriyar Əbilov və rəqqasə-aktrisa Oksana Rəsulova da ayrıldıqlarını açıqlayıb. Oksana nikahlarına ötən il son qoyduqlarını etiraf edib. Cütlüyün Osman adlı oğlu var. 

Aktrisa Zümrüd Qasımova 14 illik həyat yoldaşı Nazimdən boşanıb. Amma cütlük hələ də bir yerdə yaşadığını açıqlayıb. Boşanmaya səbəb isə aktrisanın soyad dəyişdirməsi olub. Onlar yaxın günlərdə yenidən nikah masasına oturacaq.


Əməkdar artist Nigar Şabanova hərbçi həyat yoldaşı Xəyyamdan rəsmi olaraq boşanıb. Xanəndə həyat yoldaşının ona təzyiq göstərdiyini, xəyanət etdiyini bildirib. 

Müğənni Aysel Əlizadənin də ailə qurma və boşanma xəbəri yayılıb. Belə ki, müğənni Sevinc Ağaşirinova Ayselin Türkiyədə gizli ailə qurduğunu və ayrıldığını deyib. Aysel isə bu haqda sualları cavabsız qoyub. 

Müğənni Aytac Vidadiqızı da bu il Türkiyə vətəndaşı olan həyat yoldaşından ayrıldığını deyib. O bildirib ki, əri Can onu və övladlarını atıb ABŞ-da yaşamağa başlayıb.

Əməkdar artist Nurlan Növrəsli də bu ilin yanvarında boşandığını açıqlayıb. Müğənni bildirib ki, ikinci dəfə ailə qurmağa hazırlaşır. 

Müğənni Elnar Xəlilov keçmiş həyat yoldaşı, şairə Aysel Vaqifqızı ilə rəsmi boşanıb. Cütlük qalmaqallı şəkildə ayrılıb və hazırda danışmırlar. Elnar oğlunu da görə bilmədiyini deyib.




Xəbərin oxunma sayı : 1033




Maqazin

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap