Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Qarabağ”ın yeni transferi: “Biz maaşı da, qızı da göstərmirik”

Tarix 01.02.23, 19:59

Font ölçüsü : - / +
bitmap-img6


“Qarabağ”ın albaniyalı hücumçusu Redon Cica Azərbaycan Premyer Liqasının 20-ci turunun “Şamaxı” ilə (3:1) görüşündəki debütündən danışıb.

“Qafqazinfo” xəbər verir ki, ölkəsinin “Sport Magazine” portalına danışan forvard yeni komandasındakı ilk təəssüratlarından söhbət açıb:

“Debüt etmək xoş idi. Komandaya yaxşı alışmışam, buraya uyğunlaşıram. Düşünürdüm ki, oyunçularla münasibətlər qurmaq daha çətin olacaq, amma hamı məni çox yaxşı qarşıladı. Yaşadığım evdən stadionla bazaya maşınla təxminən 20 dəqiqəlik yoldur. Məşqdən sonra evə qayıdırıq. Bu həftə ilk dəfə düzgün marşrutu tapmaq üçün naviqatordan istifadə etmişəm”.

Redon “Qarabağ”ın ən məşhur albaniyalı futbolçusu olmuş Ansi Aqollini xatırlayıb:

“O, burada təkcə futbolçu yox, həm də əfsanə idi. Ansini burada çox sevirdilər. Ümid edirəm ki, bir gün məni Aqollini sevdikləri qədər sevəcəklər”.

Futbolçu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovla ilk söhbətindən danışarkən bunları qeyd edib:

“Baş məşqçi ilk olaraq mənə dedi ki, biz sənə inanırdıq, izləyirdik, bacarıqlarını bəyənirik və sənə tam güvənirəm. Debütdən sonra məni təbrik etdi”.

“Qarabağ”dakı maaşına gəlincə, Cica belə danışıb:

“Bilirəm ki, biz albanlar hər şeyə maraqlı insanlarıq. Amma bizim bir ifadəmiz var ki, maaşı da, qızı da göstərmirik. “Qarabağ”a pula görə yox, daha güclü komandaya keçməyə yaxşı fürsət hesab etdiyim üçün gəlmişəm”.



Xəbərin oxunma sayı : 379




İdman

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap