Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“40 manata da arayış olar?” - ARAŞDIRMA

Tarix 05.02.23, 21:51

Font ölçüsü : - / +
bitmap-img6


Əvvəllər sürücülük vəsiqəsi almaq üçün tələb olunan tibbi arayış 30, sağlamlıq haqqında iş yerinə təqdim edilən arayış  üçün qiymət 15 manat təşkil edirdi. Ötən ilin sonundan hər ikisi üçün dövlət rüsumu 40 manat 12 qəpik təyin edildi. Beləliklə, bu arayışı almaq üçün müraciət edənlər qiymətlə tanış olduqda “40 manata da arayış olar?” sualını verirlər.

“Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Bildirilib ki, bugünlərdə Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Məlahət İbrahimqızı da bu mövzuya toxunub:

“Sağlamlıq arayışının rüsumu 41 manatdır. Bu, kasıb ailə üçün bir kisə un deməkdir. Tarif Şurasında həkim olub-olmadığını bilmirəm. Amma bu məsələyə komitədə baxaq”.

Həqiqətən də 40 manata da arayış olar? Bu qiymət nəyin əsasında təyin edilib?

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirildi ki, arayış alınması tibbi göstəriş əsasında deyil, profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil deyil. Lakin sosial layihə olaraq bəzi arayışlar icbari tibbi sığortanın təminatına alınıb. Bunlar 18 yaşa qədər uşaqların bütün növ arayışları və həqiqi hərbi xidmətə çağırılanların müayinəsidir. Ancaq sürücülük vəsiqəsi almaq üçün, işə qəbul zamanı tələb olunan, peşə xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmək və s. ödənişli arayışlardır.

Qeyd edildi ki, bu arayışlar üçün tariflər tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmi nəzərə alınaraq müəyyən edilib. Belə ki sağlamlıq haqqında arayışlara terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq, dermatoveneroloq, stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya, qanın ümumi analizi, sidiyin ümumi analizi daxildir.

TƏBİB qeyd edir ki, hər bir arayışın təsviri Səhiyyə Nazirliyinin qərarları ilə tənzimlənir. Hansı ixtisaslı həkimin müayinəsindən, hansı instrumental-laborator müayinələrdən keçmək lazımdırsa, onların hamısı olarsa, bu zaman məbləğ daha yüksək olur. Yəni arayış bizə 40 manatdan da yüksək məbləğə başa gələ bilər.

Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli deyir ki, sağlamlıq haqqında arayış ödənişli olmalı deyil:

“Ölkəmizdə ancaq dövlət səhiyyə müəssisələrinin verdiyi tibbi arayışlar rəsmi olaraq tanınır. Dövlət tibb müəssisələrində xidmət pulsuzdur. Bu məntiqlə dövlət müəssisələrində verilən tibbi arayışlar da tamamilə pulsuz olmalıdır. Həkimin arayış üçün yoxlamasını da icbari tibbi sığortaya oturtsaq, arayış üçün müayinə aparan həkimə də sığorta çərçivəsində müəyyən ödəniş edilə bilər”.

İ.Hüseynli bildirdi ki, rüsumun 40 manat müəyyənləşdirilməsi də doğru olmayan yanaşmadır:

“Niyə 40 manat? Bunun heç bir iqtisadi və sosial əsası yoxdur. Bir ailənin 4 üzvünə arayış lazım olsa, get-gəl xərcini də hesablasan, bu, 200 manat xərc deməkdir”.

Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkim Elvin Hüseynov çalışdığı ölkədə sağlamlıq haqqında arayış üçün pul ödənilmədiyini bildirir: “Sağlamlıq haqqında arayış lazımdırsa, ailə həkiminə müraciət edirlər, o da arayış verir. Bunun üçün hər hansı pul ödənmir. Ancaq onu da qeyd edim ki, Almaniyada icbari sığorta üçün ödənişlər çoxdur. Aylıq maaşın 18 faizini dövlət icbari tibbi sığorta üçün tutur. Düzdür, müəyyən həddən sonra maaşın artsa da, ödədiyin miqdar artmır. Ancaq ümumilikdə ödəniş daha çoxdur. 2-3 il işləyən həkim üçün haradasa 1000-1200 manat dövlətə pul ödənilir. Bu məbləğin yarısı işçinin özündən, yarısı da işəgötürəndən çıxılır”.

İqtisadçı Rauf Qarayev deyir ki, tibbi arayışlar üçün ödənişin rəsmi olması yaxşı haldır, amma təyin edilən məbləğ heç də hər kəsin maddi durumuna uyğun deyil:

“Bir neçə il öncə arayış üçün hər hansı rüsum yox idi. Kimin nəyə gücü çatırdısa, poliklinikada həkimə verirdi, bu arayışı alırdı. Təbii ki, o ödənişlər qeyri-qanuni idi. Amma sonra bu rəsmiləşdi. Bu, yaxşı haldır. Tibbi arayışın pulsuz verilməsinin tərəfdarı deyiləm. Sadəcə, burda əhalinin qazancı nəzərə alınmalıdır. Axı hər kəsin qazancı eyni deyil. Elə ailə var ki, aztəminatlıdır. Onun tibbi arayışa bu qədər pul ödəməyə imkanı yoxdur. Kimdənsə borc almalıdır. Nəticə olaraq narazılıq yaranır. Məbləğ təyin edərkən aztəminatlı ailələr nəzərə alınmalı, kateqoriyalara uyğun qiymətlər təyin edilməli idi”.

Millət vəkili Musa Quliyev də deyir ki, bu məsələdə diferensial yanaşma tətbiq olunsa, daha yaxşı olar: “Mən demirəm ki, bütün sağlamlıq haqqındakı arayışlar pulsuz olsun. Arayış elə-belə verilmir axı, müəyyən müayinələrdən keçirilir, bunun da xərci var. Məsələn, kimsə orta məktəbi bitirib universitetə sənəd verirsə, onun üçün sağlamlıq arayışı pulsuz olmalıdır. Amma kimsə sürücülük vəsiqəsi almaq üçün istəyirsə, bunu ödənişli edək. Burda da diferensial yanaşma olmalıdır. Arayış qiyməti 10 manat da ola bilər, 20 də, 80 də. Hansı müayinələrdən keçibsə, ona uyğun məbləğ təyin edilsin. Yoxsa tavandan bir rəqəm götürüb yazmağı doğru saymıram. Üstəlik, ödənişli arayış üçün müayinə xərclərinin yarısı TƏBİB, yaxud dövlət büdcəsindən qarşılansa, daha yaxşı olar. Gərək vətəndaşlarımızın sosial vəziyyətini ağırlaşdıran addımlara getməyək”.

Yeri gəlmişkən, TƏBİB-dən o da bildirildi ki, arayışların verilməsi ilə bağlı gələcəkdə hansısa əhali kateqoriyası üçün güzəştlərin tətbiq edilməsi hazırda müzakirə edilir.



Xəbərin oxunma sayı : 619




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap