Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Azərenerji”nin 4,2 milyonluq tenderini Baba Rzayevin qohumlarına bağlı şirkət uddu – Faktlar

Tarix 06.02.23, 11:32

Font ölçüsü : - / +
bitmap-img6


"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin elan etdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi məlum olub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, "Azərenerji” ASC tərəfindən "Müxtəlif növ elektrik mallarının satın alınması” məqəsədilə keçirilən tender müsabiqəsinin qalibi "Electro Service” QSC (VÖEN – 1504224741) olub.

"Azərenerji” "Müxtəlif növ elektrik mallarının satın alınması” üçün "Electro Service” QSC-yə 4 milyon 209 min 465 manat 80 qəpik ödəycək.

Məlumat üçün bildirək ki, "Electro Service” QSC 08.10.2018-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min manat olan QSC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Heydər Əliyev pr., ev 187B-də yerləşir. "Electro Service” QSC-nin qanuni təmsilçisi Babayev Tural Əli oğludur.

Maraqlı məqamlardan biri odur ki, dövlət qurumlarının keçirdiyi milyonluq tenderlərin qalibi olan "Electro Service” QSC barəsidən açıq internet resurslarda heç bir məlumat yoxdur. Şirkətin nə rəsmi saytı, nə də sosial şəbəkə hesabları var. 2018-ci ilin oktyabr ayında dövlət qeydiyyatına alınan şirkət cəmi 8-9 ay sonra "Azərişıq” ASC-nin keçirdiyi 787 min manatlıq tenderi udub. "Electro Service” QSC təkcə 2022-ci ildə 8 tender müsabiqəsində qalib olub.

Diqqət çəkən digər bir maraqlı məqam isə odur ki, "Electro Service” QSC dövlət qeydiyyatına alınan zaman şirkətin hüquqi ünvanı Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşib. Şirkətin qanuni təmsilçisi isə Məmmədov Fuad Alxaz oğlu olub.

Qeyd edək ki, Nərimanov rayonu, Ziya Bünyadov, ev 2071-ci məhəllədə "Azərenerji” ASC-nin prezienti Balababa (Baba) Rzayevin ailə üzvlərinə məxsus şirkətlər yerləşir. Məsələn, 1 mart 2016-cı il tarixində dövlət qeydiyyatına alınan və hüquqi ünvanı Ziya Bünyadov, ev 2071-ci məhəllədə yerləşən "Zirə Aqropark” MMC-nin (VÖEN – 1503134451) qanuni təmsilçisi Baba Rzayevin kürəkəni Fərid Fərhadzadə olub.

Fərid Fərhadzadə Fövqəladə Hallar Nazirliyi yanında Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin rəisi olan general-mayor Rüfət Fərhadovun oğludur. Baba Rzayevin kürəkəni mətbuatda "Göknur Bakı Ltd” MMC-nin (VÖEN – 1500023181) müdiri kimi təqdim olunur. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qardaşı Rahib Rzayevdir.

Bundan başqa "Zirə Aqropark” MMC-nin qeydiyyatada olduğu hüquqi ünvanda – Ziya Bünyadov, ev 2071-ci məhəllədə "GBS” QSC adlı (VÖEN-1500855231) şirkət də yerləşir. Bu şirkətə məxsus obyektlər də Zirədəki zeytun zavodu ilə eyni ərazidədir. Həmçinin "GBS” adı ilə başlayan başqa bir şirkətə – "GBS Constrasion Electro Mechanical Systems” MMC-yə (VÖEN – 1501472741 ) Baba Rzayevin digər qardaşı Emin Rzayev rəhbərlik edir.

Ölkənin aparıcı şirkətlərindən biri olan "Santral Elektrik LTD” MMC-nin (VÖEN – 1500023051) yerləşdiyi ünvan kimi də Ziya Bünyadov, ev 2071-ci məhəllə göstərilib. Bu şirkətin qanuni təmsilçisi isə Baba Rzayevin qaynı Həsənov İlham Ağaməsim oğludur.

4,2 milyonluq tenderin qalibi olan "Electro Service” QSC-nin hazırki qanuni təmsilçisi Tural Babayevin kim olduğu bilinmir. Lakin, açıq internet resurslarda Zirə qəsəbəsinin sakini olan Tural Babayev adlı şəxsin "Santral Elektrik LTD” MMC-də işlədiyi qeyd olunub.



Xəbərin oxunma sayı : 556




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap