Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Netanyahu BAEA-nın İranla bağlı qərarını tənqid etdi - “Təşkilatın tarixində qara ləkədir”

Tarix 04.06.23, 23:10

Font ölçüsü : - / +
bitmap-img6


İsrailin baş naziri Benyamin Netanyahu bazar günü Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) İrandakı nüvə obyektlərindən birində uranın 83,7%-ə qədər zənginləşdirilməsi ilə bağlı təhqiqatı bağlamaq qərarını “İranın təzyiqi altında edilən güzəşt”  və “təşkilatın tarixindəki qara ləkə” adlandırıb.

Baş nazir bu barədə Nazirlər Kabinetinin həftəlik iclasında məlumat verib.

“İrana gəlincə, bu ölkə BAEA-ya yalan danışmağa davam edir. İranın təzyiqi altında edilən güzəşt bu təşkilatın tarixində qara ləkədir”, - baş nazirin ofisi onun sözlərini yayıb.

Baş nazir bildirib  ki, BAEA-nın qərarı “İran rəhbərliyinin nüvə silahı əldə etməyə çalışaraq beynəlxalq ictimaiyyəti aldatmağa davam edə biləcəyi mesajıdır”.
Xatırladaq ki, mayın 30-da agentlik İrandakı nüvə obyektlərindən birində uranın 83,7%-ə qədər zənginləşdirilməsi ilə bağlı təhqiqatı dayandırıb. Halbuki, hələ fevral ayında BAEA müfəttişləri müntəzəm yoxlama nəticəsində İranın təxminən 84% zənginləşdirilmiş uran aldığını aşkar ediblər.

Mənbə: TASS



Xəbərin oxunma sayı : 331




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap