“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Bank borclarına görə qərarların 50%-i icra olunmur - Deputat

Tarix 17.09.25, 12:00

Font ölçüsü : - / +
bitmap-img6


Problem bankların üzərinə düşür

"Məhkəmə qərarlarının icrası ilə bağlı məsələlərdə problemlər var. Yaz sessiyası dövründə qanun layihəsi qəbul etdik. Bu, "Xüsusi icra məmurları haqqında" qanundur".

Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında deputat Arzuxan Əlizadə deyib. 

"Statistik məlumatlar onu deməyə əsas verir ki, məhkəmə qərarları təxminən 50 faiz icra olunmur. Bununla bağlı ciddi problemlər var. Bu məsələlər xüsusi olaraq diqqətdə saxlanmalıdır", - deyə deputat bildirib.

Komitə sədri Zahid Oruc isə məsələ ilə bağlı bildirib ki, məhkəmə qərarlarının 50 faizinin icra olunmamasının səbəbi banklarla bağlıdır:

“Bank vətəndaşın vəziyyətini nəzərə almadan ona külli miqdarda kredit verirsə, nəticəsini də bilməlidir ki, onu almaqda çətinlik çəkəcək. Burada problem onların üzərinə düşür və məhkəmə sistemini buna görə qınaya bilmərik. Nə qədər ki, bank sistemimiz bu faizlərlə və şərtlərlə çalışır, yəni əmlak, girov və maaş təminatı olmayan kreditlər verir, 340 mindən artıq yerinə yetirilməyən məhkəmə qərarı məhz o sistemlə bağlıdır”.

modern.az



Xəbərin oxunma sayı : 385




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap