“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Avropa İttifaqı İsrailə qarşı sanksiya paketi təklif edir - Ticarət qadağası da gündəmdədir

Tarix 17.09.25, 18:34

Font ölçüsü : - / +
bitmap-img6


Avropa İttifaqı (Aİ) İsraillə ticarət əlaqələrinin məhdudlaşdırılması və bu ölkənin iki nazirinə qarşı sanksiyalar tətbiq olunmasını nəzərdə tutan təklif irəli sürüb. Brüsselin bu addımı Qəzza zolağında artıq iki ildir davam edən müharibə ilə bağlıdır. Münaqişə nəticəsində indiyədək 60 mindən çox insan, o cümlədən minlərlə qadın və uşaq həlak olub.

Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas bildirib ki, məqsəd İsraili cəzalandırmaq deyil, Qazada humanitar vəziyyəti yaxşılaşdırmaqdır: “Savaş bitməlidir. Əzablar dayandırılmalı və bütün girovlar azad olunmalıdır”.

Lakin müşahidəçilər hesab edirlər ki, bu təşəbbüs Aİ ölkələri arasında fikir ayrılıqları səbəbindən qəbul edilməyə bilər. “Reuters” yazır ki, bəzi üzv dövlətlər, xüsusən Almaniya və digər tərəfdaşlar, sanksiyaların tətbiqinə tərəddüdlə yanaşırlar.

Qeyd edək ki, Aİ-nin təklifi İsrailin Avropa ilə imzaladığı Assosiasiya sazişinin ticarət üstünlüklərinin məhdudlaşdırılmasını və müəyyən mallara əlavə gömrük rüsumlarının tətbiqini nəzərdə tutur. Bundan başqa, iki israilli nazirlə yanaşı, bir sıra ifrat sağçı qruplara qarşı da sanksiyaların gündəmə gətiriləcəyi istisna edilmir.

Beləliklə, Brüsselin təşəbbüsü Avropa İttifaqının İsrailin Qaza əməliyyatları ilə bağlı artan narazılığını göstərsə də, onun real həyata keçib-keçməyəcəyi üzv ölkələrin siyasi iradəsindən asılı olacaq. (AzPolitika.info)



Xəbərin oxunma sayı : 397




Dünya

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap