Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 19 Oktyabr 2025

    Model Günay Musayevə çılpaq fotosunu PAYLAŞDI

  • / Maqazin / — 16 Oktyabr 2025

    Aysel Teymurzadə “The Most“ jurnalında - FOTOLAR

  • / Maqazin / — 04 Oktyabr 2025

    Xalq artistinin bu geyimi müzakirələr yaratdı - FOTO

  • / Maqazin / — 21 Sentyabr 2025

    Xatirə açıq-saçıq geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 20 Sentyabr 2025

    “Həyatımı alt-üst etdin, hər şeyi dəyişdin“ - VİDEO

  • / Maqazin / — 15 Sentyabr 2025

    Yarıçılpaq libası ilə diqqət çəkdi - Fotolar

İki deputatın rəqabəti: Kəmaləddin Qafarov Cavanşir Feyziyevi Mehdiyevə niyə calayır?

Tarix 11.11.25, 19:28

Font ölçüsü : - / +
bitmap-img6


Milli Onkologiya Mərkəzindəki bazar qanunlarını dəyişmək əvəzinə deputat Qafarov bu aralar dərman biznesindəki rəqiblərini sıradan çıxarmaqla məşğuldur…

Milli Onkologiya Mərkəzindəki vəziyyət hər kəsə bəllidir və bu səhiyyə qurumundan olan şikayətlər bütün bu illər ərzində artmaqda davam edir. Buna baxmayarq deputat Kəmaləddin Qafarovun rəhbərliyi altında olan Milli Onkologiya Mərkəzinin fəaliyyətində bu günə qədər heç bir müsbət dəyişiklik müşahidə olunmayıb.

Mərkəzdə xəstələrə açıq bazar prinsipi ilə yanaşır və istədikləri qiyməti tətbiq edirlər. Rüşvət almaqla bərabər, yanlış müalicə, yanlış dərmanlar xəstələrin sağlıq durumunda daha ağır fəsadlara gətirib çıxarır. İş o həddə gəlib çatıb ki, çəkinmədən çox zaman sağlam insana belə onkoloji xəstə diaqnozu qoyulur və xəstə bilavasitə soyulur. Əbəs yerə Milli Onkologiya Mərkəzi xalq arasında “qəssabxana” adlandırılmır. Dəfələrlə xəstələrin şikayətlərinə baxmayaraq,bu gün də bu mərkəz xəstələrdən rüşvət almaqda davam etməkdədir. Tibb müəsisəsin de-fakto rəhbəri, bu qurumu öz biznes obyektinə çevirən deputat Kamaləddin Qafarov isə bütün bu faktları görməzdən gəlir.

Poliqon-a daxil olan məlumata görə, Milli Onkologiya Mərkəzindəki bazar qanunlarını dəyişmək əvəzinə deputat Qafarov bu aralar dərman biznesindəki rəqiblərini sıradan çıxarmaqla məşğuldur. Bununla bağlı Kəmaləddin Qafarovun çevrəsindən əldə etdiyimiz məlumata görə oliqarx deputat Ramiz Mehdiyevin vətənə və dövlətə xəyanətindən bəhrələnərək ölkənin digər dərman oliqarxı Cavanşir Feyziyevə qarşı gizli kampaniya başladıb. İddialara görə Kəmaləddin Qafarov deputat həmkarı Cavanşir Feyziyevin Ramiz Mehdiyevin əsas adamlarından biri olması haqda media orqanlarına gizli yollarla məlumat ötürür. Bunda əsas məqsəd isə dərman biznesində əsas rəqibi olan Cavanşir Feyziyevi nüfuzdan salmaqdır.

Qeyd edək ki, Cavanşir Feyziyev Azərbaycana dərman gətirilməsində əsas payı olan “Avromed” şirkətinin sahibidir. Deputatın apteklər şəbəkəsi bütün ölkədə fəaliyyət göstərməklə yanaş, Feyziyev digər aptekləri də dərmanla təmin edir. Ölkədəki iri dərman depoları da “Avromed” şirkətinə aiddir.

Kəmaləddin Qafarov isə Milli Onkologiya Mərkəzinə rəhbərlik etməsinə baxmayaraq, geniş apteklər şəbəkəsinə də sahiblik edir. “Azəri Med” və “Shafran” şirkətlərinin sahibi olan deputat Qafarov bu şirkətlərin nəzdində çoxsaylı apteklər şəbəkəsi qurub, həm də ölkəyə dərman ixrac edir. Eyni zamanda deputat Qafarov “Zəfəran” hospitalının da sahibidir.



Xəbərin oxunma sayı : 340




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap